GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Müsavatın qurultayının bəyanat və qətnamələri yayıldı

Müsavatın qurultayının bəyanat və qətnamələri yayıldı

Tarix: 8-10-2014, 15:05 Bölmə :Siyasət Baxış: 601
Müsavatın qurultayının bəyanat və qətnamələri yayıldı

Müsavat Partiyasının VIII qurultayında bir sıra qətnamələr və bəyanatlar qəbul olunub. Bu gün partiya onların mediada işıqlandırılması üçün qəzet, sayt və agentliklərə göndərib. Müsavatın qurultayında qəbul olunan bəyanat və qətnamələrin mətnini təqdim edirik.

Azərbaycandakı sosial-iqtisadi vəziyyələ bağlı QƏTNAMƏ

Mövcud iqtidarın apardığı siyasət Azərbaycanın digər sahələrində olduğu kimi, iqtisadiyyat və sosial sahədə də ciddi problemlər yaradır. İldən-ilə ölkə iqtisadiyyatının neft-qaz bölməsindən asılılığı güclənir, sərvətlərin və gəlirlərin bölgüsündə ədalətsizlik artır, əhali arasında işsizlik və yoxsulluq getdikcə çoxalır. Azərbaycan iqtiadiyyatını şaxələnməsi hələ də ciddi problem olaraq qaldığından milli iqtisadiyyatın dünya bazarındakı neft qiymətlərindən asılılığı xarici faktorlar neqativ təsir imkanlarını daha da artırır. Təsadüfi deyil ki, ötən il dövlət büdcəsinin gəlirlərinin 75,2 faizi, ixracatda xam neft, neft məhsulları və təbii qazın birlikdə payı 92 faizi ötmüş və ölkə iqtisadiyyatı ciddi şəkildə xammal resurslarından əldə edilən gəlirlərdən asılı vəziyyətə düşmüş, Azərbaycan periferiya ölkəsinə çevrilmişdir. Bu il Azərbaycanda sənaye ili elan edilməsinə baxmayaraq, ilin 8 ayının yekunlarına olan rəsmi məlumatlara görə, Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal olunmuşdur. Ölkə iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının ümumi məhsulu eyni dövrdə 3,7 faiz azalmışdır. Sənaye və kənd təsərrüfatına tənəzzülün və eyni zamanda idxal məhsullarına tətbiq edilən qeyri-rəsmi ödənişlərin həcminin artması nəticəsində ölkədə qiymətlərin ümumi səviyyəsi qalxmış, xüsusilə də ərzaq məhsulları əhəmiyyətli dərəcədə bahalaşmışdır. İşsizliyin artdığı, yoxsulluğun çoxaldığı, qiymətlərin bahalaşdığı, yüksək kredit faizlərinin mövcud olduğu hazırkı şəraitdə əhalinin çox hissəsi istehlak kreditlərindən asılı vəziyyətə düşmüş və bütövlükdə istehlak kreditlərinə görə əhalinin, xüsusilə də müəllimlərin və həkimlərin banklara borcları 6 milyard manatı ötmüşdür.
Bu ilin birinci yarısında ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,8 manat olmuşdur. Hesablamalara görə, müəllimlərin orta aylıq əmək haqların bu məbləğdən 1,8 dəfə, həkimlərin isə 2,4 dəfə aşağı olub. Hətta dövlət büdcəsində çalışanların belə öz ailəsinin xərclərini təmin etmək qabiliyyətin malik olmaması gündən-günə artan qiymətlərin fonunda sosial vəziyyətin daha da pisləşməsini şərtləndirmişdir.
Bütün bunlarla yanaşı, ölkədə investisiya mühitinin pisləşməsi, sahibkarlığa haqsız müdaxilələr, yersiz yoxlamalar azad təşəbbüskarlıq imkanlarını məhdudlaşdırmışdır. Gəlirli biznes sahələrinin oliqarxlar tərəfindən bölüşdürülməsi, inhisarçılığın siyasi hakimiyyət tərəfindən himayə olunması ölkə iqtisadiyyatının modernləşdirilməsi üçün xaricdən kapital cəlb edilməsi prosesində ciddi əngələ çevrilmişdir.
1997-ci ildən prosesə başlayan Azərbaycan hələ də Dünya Ticarət Təşkilatına üzv qəbul olunmamış və ölkə iqtisadiyyatı bu təşkilatın yaratdığı geniş və çoxşahəli inteqrasiya imkanlarından bəhrələnə bilməmişdir.
Bütün bunları əsas götürərək Qurultay hesab edir ki, Azərbaycan iqtisadiyyatında təxirəsalınmadan dərin və hərtərəfli islahatlar aparmalı, əhalinin gəlirlərinin artırılması istiqamətində dövlətin sosial qayğısı genişləndirilməli, sahibkarlar üçün əlverişli mühit yaradılmalıdır.

27 sentyabr 2014-cü il

***


Müsavat Partiyası VIII Quruitayının Müsavat Partiyasının başqanı İsa Qəmbərin Hesabat məruzəsi ilə bağlı

QƏTNAMƏSI

Azərbaycan dövlətçiliyinin memarı olan Musavat Partiyası 2001-ci ildə daha bir ilkə imza atmış, bir nəfərin iki dəfədən artıq ardıcıl olaraq partiya başqanı seçilməsinə Nizamnamə məhdudiyyəti qoymuşdur. Siyasi mədəniyyətimizə əhəmiyyətli töhvələrdən biri olan bu yeniliyin təşəbbüsçüsü Müsavat Partiyası başqanı İsa Qəmbər olmuşdur. VIII qurultay ərəfəsində Müsavat Partiyası üzvlərinin və təşkilatlarının, demək olar ki, hamısı, həmçinin Müsavat Partiyası üzvü olmayan milli-demokratik cameə tərəfindən Nizamnamənin bu bəndinin ləğvi və İsa Qəmbərin yenidən partiya başqanı seçilməsi barədə təkidli müraciət və rəylər irəli sürülmüşdür. Lakin İsa Qəmbər ilk olaraq özü bu təkliflərə və müraciətlərə qarşı çıxmış, həmin ideyanın və onun gerçəkləşdirilməsinin Azərbaycan cəmiyyətinin mənəvi və siyasi inkişafının zəruri mərhələlərindən biri olaraq bu dəyişikliyin vacibliyini göstərmişdir. 2009-cu ildə İlham Əliyevin hakimiyyətdə qalması üçün bir nəfərin prezident seçilməsinə məhdudiyyət qoyan Konstitusiya müddəasının ləğvindən sonra avtoritarizmin gücləndiyi, ictimai şüura gerici feodal monarxik meyllərin təlqin edildiyi bir şəraitdə İsa Qəmbərin bu ideyası və onu gerçəkləşdirmək iradəsi strateji, ümumdövlət əhəmiyyət kəsb edir.
İsa Qəmbər 90-cı ilərin əvvəllərində Müsavat Partiyasının Azərbaycanda fəaliyyətinin bərpasına rəhbərlik etmişdir. Partiyanın istiqlal və hürriyyət yolunun davam etdirilməsi, Rəsulzadə irsinin qorunub saxlanması və müasir dövrün çağrılarına uyğun olaraq inkişaf etdirilməsi, müsavatçılığın canlı, yaşayan bir milli ideya, ideoloji-siyasi cərəyan, dövlətçilik kursu kimi movcudluğu 22 ildir məhz onun adı ilə bağlıdır.
İsa Qəmbərin başqanlığı dövründə Müsavat ideologiyası siyasi cəhətdən təşkilatlanmış, Müsavat Partiyası yenidən ümummilli partiyaya çevrilmişdir. İsa Qəmbərin rəhbərliyi ilə Müsavat Partiyası AXC ilə birlikdə Elçibəy liderliyində milli-demokratik qüvvələrin hakimiyyətə gəlməsində, milli-dövlətçilik quruculuğunda önəmli yer almış, müsavatçılığın dövlət siyasəti səviyyəsinə yüksəlməsinə nail olmuşdur. İsa Qəmbər liderliyində Müsavat Partiyası 2000-ci il Parlament seçkilərinin, 2003-cü ilin Prezident seçkilərinin faktiki qalibi olmuş, sonrakı seçkilərdə də milli-demokratik qüvvələrin uğurlarında həlledici rol oynamışdır. Həm də İsa Qəmbərin fəaliyyətinin nəticəsi olaraq Müsavat Partiyası bu gün də Azərbaycanın ən nüfuzlu müxalifət partiyasıdır və iqtidarda olmasa da, Azərbaycanın dövlət müstəqilliyi kursunun dönməzliyinin və təməl demokratik prinsiplərinin qorunması naminə proseslərə təsir göstərməkdə davam edir. Bütün bu uğurların qazanılmasında İsa Qəmbərin müstəsna rolu olmuşdur.
Ən son tariximizdə Azərbaycan milli-azadlıq hərəkatının rəhbərlərindən, dövlət müstəqilliyimizin bərpaçılarından biri, eyni zamanda, müsavatçılığın, Rəsulzadə-Elçibəy ideoloji-siyasi platformasının, çağdaş demokratik düşərgənin və siyasi müxalifətin şəriksiz lideri olaraq İsa Qəmbər aktual siyasətin ən önəmli nümayəndəsi kimi qalır.
Qurultay Müsavat Partiyası qarşısında İsa Qəmbərin əvəzsiz xidmətləri üçün ona təşəkkür edir və partiyanın orqanlarına tapşırır ki, İsa Qəmbərin bundan sonrakı ictimai-siyasi fəaliyyətində ona tam dəstək göstərilsin və bunun üçün partiyanın bütün resurs və imkanlarından istifadə olunsun.
Qurultay qərara alır ki, İsa Qəmbər 2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində Müsavat Partiyasından namizəd irəli sürülsün.
Bu qətnamə İsa Qəmbərin hesabat məruzəsinə qiymət kimi qəbul edilir.

27 sentyabr 2014-cü il

****

Müsavat Partiyasının siyasi məhbuslarla bağlı

BƏYANATI

Avropa Parlamentinin Azərbaycanda insan haqlarının, sərbəst toplaşma, söz və vicdan azadlıqlarının məhdudlaşdırılması, ölkədə siyasi məhbusların sayının son zamanlar sürətlə artması, bu nöqsanların aradan qaldırılması və siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılması barəsində qəbul etdiyi qətnamə Azərbaycanın mövcud reallığına verilən düzgün qiymətdir.
Qarabağ kimi bir problemi olan ölkə rəhbərliyinin Azərbaycan haqqında dünyanın demokratik ölkələri və təsisatları qarşısında belə mənfi imic yaratması Azərbaycan hakimiyyətinə baş ucalığı gətirmir.
Avropa Şurası Parlament Assambleyasında dövlət başçısı İlham Əliyev çıxışı zamanı “Azərbaycanda siyasi məhbuslar yoxdur” dedikdən sonra Parlament Assambleyasının Azərbaycan üzrə siyasi məhbuslar məsələsi üzrə hesabat hazırlamaq haqda qərar verməsi AŞPA-nın Azərbaycanın dövlət başçısının sözlərinin həqiqəti əks etdirmədiyinə reaksiyası kimi qəbul edilib.
Müsavat Partiyası AŞPA-nın Azərbaycan üzrə siyasi məhbuslar məsələsi üzrə hesabat hazırlaması üçün mandat verməsini bu təşkilatın Azərbaycan reallığı haqqında tam məlumatlı olması kimi qiymətləndirir. Lakin bu mandatın Azərbaycan üzrə həmsədr olduğu dövrdə Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməməsinə, ölkədə demokratiyanın və azadlıqların boğulmasına laqeyd yanaşdığına, siyasi və vicdan məhbusları, Azərbaycanda keçirilən seçkilərlə bağlı hakimiyyətin mövqeyini təkrar edən fikirlər səsləndirdiyinə görə Pedro Aqramunta verilməsini məqsədəuyğun hesab etmir, Azərbaycanın real müxalifət qüvvələrini bu məsələ ilə bağlı birgə mövqe müəyyənləşdirməsini, P.Aqramuntla görüşlərdən qətiyyətlə imtina edilməsini, eyni zamanda AŞPA və onun müvafq qurumları ilə əməkdaşlığı intensivləşdirməyi və daha professional səviyyədə qurmağı təklif edir.
Belə bir zamanda ölkədə siyasi və vicdan məhbuslarının real sayı haqqında hüquq müdafiə təşkilatlarının hazırladıqları siyahıların birləşdirilərək yekun siyahının hazırlanması və bu siyahının 20-dək siyasi partiya və təşkilat rəhbərlərinin imzalaması və onların siyasi məhbusların müdafiəsinə qoşulmasını Müsavat Partiyası müsbət hal kimi dəyərləndirir.
Müsavat Partiyası siyasi mənsubiyyətindən asılı olmayaraq vicdan və siyasi məhbus kimi tanınmış məhbusları həmişə müdafiə edib və edir.
Müsavat Partiyası bütün vicdan və siyasi məhbuslar siyahısına daxil edilən şəxslərin – Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, “REAL” Hərəkatının rəhbəri İlqar Məmmədovun, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun, hüquq müdafiəçiləri - Leyla və Arif Yunusun, İntiqam Əliyevin, Rəsul Cəfərovun, “N!DA” Vətəndaş Hərəkatının üzvləri – Rəşadət Axundovun, Rəşad Həsənovun, Üzeyir Məmmədlinin, Zaur Qurbanlının, Şahin Novruzlunun, Məmməd Əzizovun və İlkin Rüstəmzadənin, “Tolişi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun, jurnalist Əvəz Zeynallınun, Pərviz Həşimlinin və Rauf Mirqədirovun, vəkil Qurban Məmmədovun, dini kəsimin nümayəndələri - Taleh Bağırovun, Abgül Süleymanovun və Mövsüm Səmədovun, QHT rəhbərləri Anar Məmmədlinin və Bəşir Süleymanlının, blogger Ömər Məmmədovun, facebook sosial şəbəkəsində hakimiyyəti tənqid edən fikirlər səsləndirdikləri üçün Abdul Əbilovun, Müsavat Partiyası Gənclər Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Fərəc Kərimovun və onun qardaşı Sirac Kərimlinin, AXCP Rəyasət Heyətinin üzvü, “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Seymur Həzinin, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilovun qardaşı AXCP fəalı Murad Ədilovun, fəallar - Rəsul Mürsəlovun, Nicat Əliyevin, Nemət Pənahovun və digərlərinin tez bir zamanda həbsdən azad olunmasını Azərbaycan hakimiyyətindən tələb edir. Bu, həm də Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyəti haqqında qəbul etdiyi qətnamədə irəli sürülən tələblərin yerinə yetirilməsidir.
Vicdan və siyasi məhbusların həbsdən azad edilməyəcəyi təqdirdə, 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarının boykot edilməsi çağırışı ilə dünyanın demokratik dövlətlərinə müraciət etmək haqqında Müsavat Partiyası Məclisinin qərarını partiyanın Qurultayı zamanında verilən düzgün qərar olduğunu bəyan edir.


27 sentyabr 2014-cü il

***

Müsavat Partiyasının VIII qurultayının
Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı

BƏYANATI
Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisinin önəmli hissəsi 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Təəssüf ki, bu qədər vaxt keçməsinə baxmayaraq, Azərbaycan müstəqil bir dövlət olaraq hələ də bu torpaqlar üzərində suverenliyini bərpa edə bilməyib. Bunun üçün ilk növbədə 21 ildir ki, hakimiyyətdə olan Əliyev rejimi məsuliyyət daşıyır. Bu illər ərzində heç bir real irəliləyişə nail ola bilməyən mövcud hakimiyyətin apardığı danışıqlar prosesi də faktiki olaraq dalana dirənib. Dağlıq Qarabağ problemi Əliyev rejimi üçün öz hakimiyyətini daxili və xarici təzyiqlərdən qoruyub saxlamaq vasitəsinə çevrilib.
Ermənistanın Azərbaycana təcavüzü faktının diplomatik həlli istiqamətində heç bir irəliləyişə nail olunmaması, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin səmərəsizliyi Azərbaycan cəmiyyətində sülh danışıqlarının perspektivinə ümidləri azaldıb.
Vəziyyətin təhlili bir daha göstərir ki, Azərbaycanda hakimiyyətdə olan qüvvə işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında deyil. Bununla belə, demokratiyanın qloballaşan dünyanın əsas prioritetlərindən birinə çevrildiyi bir dövrdə Müsavat Partiyası Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli variantlarının tükənmədiyini bildirir və bunun üçün partiyanın “Uğur” paketində də öz əksini tapan aşağıdakı prinsiplərin həyata keçirilməsini vacib sayır:
- Azərbaycanın Avroatlantik inteqrasiya strategiyasının perspektivi kimi ölkədə demokratik inkişafa, azad vətəndaş cəmiyyəti quruculuğuna nail olmalı;
- Azərbaycan beynəlxalq birlikdə öz layiqli yerini tutmalı və demokratik təsisat və institutlarla əlaqələrin inkişaf və inteqrasiyasını sürətləndirməli;
- Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına, problemin beynəlxalq hüququn əsas prinsiplərindən olan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və milli azlıqların hüquqlarının qorunması çərçivəsində həlli variantına nail olmalı;
- Problemin həlli ilə bağlı irəli sürülən təkliflərdə, danışıqlarda BMT-nin məlum qətnamələrinin mütləq nəzərə alınmasına nail olmalı;
- Azərbaycan hərbi potensialını gücləndirməli, yüksək döyüş qabiliyətinə malik modern ordu quruculuğunu həyata keçirməli;
- Ölkə iqtisadiyyatının dirçəliş və inkişafını təmin edəcək İqtisadi İnkişaf Proqramı qəbul edilməli;
- Ölkənin təhlükəsizliyini təhdid edən həddə qədər çatmış rüşvətxorluq və korrupsiyaya qarşı sərt və dönməz mübarizə aparmalı;
- Ölkədə milli birlik əldə olunmalı və insanlarda vətənpərvərlik ruhunu gücləndirməli;
- Dağlıq Qarabağ probleminin ümummilli məsələ olduğunu nəzərə alıb, hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, aparılan diplomatik danışıqlar bəzi istisnalar olmaqla mütəmadi olaraq ictimaiyyətə açıqlanmalı və bununla bağlı cəmiyyətin rəyi əsas göstərilməli;
- Problemin çözülməsi ilə bağlı əldə ediləcək hər hansı bir razılaşmada həlledici qərar Azərbaycan xalqının iradəsinə əsasən verilməlidir.

27 sentyabr 2014-cü il

****


Müsavat Partiyasının VIII qurultayının Avroatlantik inteqrasiya ilə bağlı

QƏTNAMƏSİ

Müsavat Partiyası tarixi ənənələrinə və mövcud beynəlxalq vəziyyətin təhlilinə əsaslanaraq ölkəmizin ən doğru yolunun Avroatlantik inteqrasiya olduğunu bəyan edir. Müsavat Partiyası hesab edir ki, Azərbaycan höküməti qonşu dövlətlərlə bərabərhüquqlu qonşuluq münasibətlərini saxlamaqla bərabər, xarici siyasət prioritetinin Avroatlantik inteqrasiya siyasəti olduğunu elan etməlidir. Bu sahədə olan ciddi problemlər aradan qaldırılmalı, dünyada baş verən siyasi-iqtisadi proseslərin fonunda Azərbaycan xalqının maraqlarına uyğun olan cəsarətli addımlar atılmalıdır. Biz bu prosesin asan olmadığını qəbul etməklə yanaşı, onu da əminliklə söyləyirik ki, xalqımızın xoşbəxt və firavan gələcəyi, ölkəmizin ərazi bütünlüyünün bərpası, dövlətimizin suverenliyinin qorunması demokratik dünyaya inteqrasiyada, sivil dünya ilə vahid orqanizim kimi fəaliyyət göstərməkdədir.
Hesab edirik ki, dövlətimizin xarici siyasətini müəyyənləşdirən qurumlar və şəxslər mütərəqqi dünya ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını birmənalı şəkildə nümayiş etdirmək üçün siyasi iradə göstərməlidirlər. Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq imkanlarından mümkün qədər faydalanmaqla, xalqımızın maraqlarına uyğun siyasət həyata keçirilməli, demokratik dəyərlərə hörmətlə yanaşan beynalxalq mərkəzlərlə, demokratik dövlətlərlə yaxından əməkdaşlıqda meylli olduqlarını konkret əməllərlə göstərilməlidir. Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, xarici siyasət sahəsində uğur əldə etmək yolunda maneələr aradan qaldırılmalı, insan haqları və demokratiya sahəsində ciddi islahatlar həyata keçirilməlidir. Müsavat Partiyası Avroatlantik inteqrasiya siyasətinin konkret istiqamətləri kimi Ümumdünya Ticarət Təşkilatı, NATO və Avropa Birliyinə üzvlük üçün ciddi addımlar atılmasını, digər demokratik təşkilatlarla yaxından əməkdaşlıq edilməsini vacib sayır.
Müsavat Partiyası xalqın və dövlətin maraqlarını nəzərə alaraq, Azərbaycanın demokratik gələcəyini mütərəqqi dünyaya inteqrasiyada gördüyünü bir daha bəyan edir, siyasi partiya olaraq öz fəaliyyətini bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın Avroatlantik məkana inteqrasiya istiqamətində davam etdirəcəyinə inamını ifadə edir, Avrointeqrasiya istiqamətində fədakarlıq göstərən xalqları dəstəklədiyini bildirir, hazırda Ukrayna xalqının Avrointeqrasiya uğrunda nümayiş etdirdiyi mübarizəni alqışlayır, öz həmrəylik və dəstəyini ifadə edir.

27 sentyabr 2014-cü il
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: "Qeyri-neft sektorunun inkişafı 2016-cı il iqtisadi sahədə əsas proritet olacaq"

    İlham Əliyev: "Qeyri-neft sektorunun ...

    10-01-2016, 16:24

  • 
  • Neft Tükənəndən Sonra Nə Olacaq?

    Neft Tükənəndən Sonra Nə Olacaq? ...

    18-11-2013, 12:29

  • 
  • İlham Əliyevə təqdim edilən statistik yalan

    İlham Əliyevə təqdim edilən statistik yalan ...

    22-12-2012, 12:13

  • 
  • İlham Əliyevə təqdim edilən statistik yalan

    İlham Əliyevə təqdim edilən statistik yalan ...

    22-12-2012, 13:00

  • 
  • Beynəlxalq Valyuta Fondu: Azərbaycan iqtisadiyyatı yavaşıyıb

    Beynəlxalq Valyuta Fondu: Azərbaycan ...

    22-11-2014, 20:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu