Nəsib Nəsiblinin Müsavat Partiyasının üzvlüyündən istefa istefa verməsinin səbəbləri məlum olub.
Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli APA-ya açıqlamasında N. Nəsiblinin istefa verəcəyi barədə əvvəlcədən məlumatlı olduğunu, onun istefasına qurultay və başqanlıq seçkilərinin təsir etdiyini bildirib.
E. Məmmədli qeyd edib ki, N. Nəsibli Müsavat Partiyasına Arif Hacılının başqan seçilməsini qəbul etməyib: “Bizim aramızda qurultaydan sonra danışıq oldu. O bilirdi ki, partiyanın başına gələn şəxs Müsavatı məhv edəcək. Onun istefasının əsas səbəbi budur. O mənə dedi ki, qurultaydan sonra iki gün özünə gələ bilməyib. Mənə bildirdi ki, belə olan təqdirdə yəqin ki, partiyada qalmayacaq. Bir müddətdən sonra mənə yenə zəng vurdu. Xətai rayon təşkilatına istefa müraciəti göndərmək üçün məndən məsləhət istədi. Mən də gözləməsini xahiş etdim. Çalışdım ki, bir həftə gözlədim onu. O da buna əməl etdi. Ancaq bir həftədən sonra yenidən aramızda söhbət oldu və mən onu gözlətdiyim üçün üzr istədim. Mərkəzi Nəzarət-Təftiş Komissiyasının məlum rəyindən sonra, o, dəyişən bir hadisənin baş vermədiyini görərək istefa verdi”. Qeyd edək ki, N. Nəsibli özü istefasının səbəbləri barədə danışmaq istəməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?