Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı partiyadan istefa verib. Bu haqda Teleqraf.com-a Tural Abbaslı özü məlumat verib. Onun sözlərinə görə, əvvəlcədən may ayında istefa verəcəyini bəyan edib: “Qurultaydan sonra partiyada yaranan vəziyyətdən narazı olduğumuz sirr deyildi. Partiya daxilində müəyyən addımlar atdıq. Ancaq nəticəsi olmadı, sonda yeni partiya qurub orada fəaliyyət göstərməyi planlaşdırdıq”. Tural Abbaslı deyib ki, “Ağ blok”un mayın 29-na qurultayı təyin edilib: “Yeni partiya qurulursa, qanunvericiliyə görə, bir şəxs iki partiyada təmsil oluna bilməz. Odur ki, istefa verdim. Müsavatdakılara doğru bildikləri yolda uğurlar arzulayır, bundan sonrakı fəaliyyətimizi yeni partiyada davam etdirmək niyyətindəyəm”. İstefa ərizəsini yazan Tural Abbaslı ərizəsini sabah partiyaya təqdim edəcək: “Bizimlə partiya quruculuğunda iştirak edən adamlar da istefa verəcəklər. Məqsədimiz Müsavatı zəiflətmək, elektoratını parçalamaq deyil, hədəf yeni partiya yaratmaqdır. İstəyən bizimlə gələ bilər, istəməyən gəlməyə bilər, biz münasibətləri onunla müəyyənləşdirmirik”. Nərgiz - See more at: http://teleqraf.com/news/96494#sthash.Di5RGBre.dpuf
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?