GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Hacıbala Abutalıbov milyonluq tenderləri həyat yoldaşının şirkətlərinə verib! – İTTİHAM

Hacıbala Abutalıbov milyonluq tenderləri həyat yoldaşının şirkətlərinə verib! – İTTİHAM

Tarix: 12-05-2016, 16:34 Bölmə :Siyasət Baxış: 0
Hacıbala Abutalıbov milyonluq tenderləri həyat yoldaşının şirkətlərinə verib! – İTTİHAM

Prezident İlham Əliyev dəfələrlə öz çıxşlarında məmurları iş adamlarının fəaliyyətinə müdaxilə etməməyə, korrupsiyaya, rüşvətxorluqdan uzaq durmağa çağırsa da, hələ də bunu eşitməməzliyə vuranların sayı kifayət qədərdir. Prezident belələrinin Azərbaycana xəyanət etdiyini bildirsə də onlar öz əməllərindən əl çəkmirlər. Öz maraqları naminə iş adamlarının fəaliyyətinə maneçilik törətməkdə davam edirlər.
Düzdür, sahiblkarların qəniminə çevrilmiş MTN-dəki bandanın məhv edilməsi, bir sıra qurumlarda aparılan islahatlar ölkədə iş adamlarının fəaliyyətinə maneə olan bir çox amilləri aradan qaldırıb. Ancaq hələ də keçmiş MTN-dəlki şəbəkə ilə əlbir işləyən bəzi şəxslərin vəzifədə qalması və əməllərini davam etdirməsi problemin tam aradan qalxmasına imkan vermir. Şəxsi maraqları naminə sahibkarları sıxışdıran, qanunsuz yollarla onların biznesini əlindən alanlardan hələ də postunu qoruyanlar var.
Ölkədə reklam binesi ilə məşğul olmuş “Mediaqraf” MMC-nin məhv edilməsini də də məhz belə məmurların “əməyi” hesab etmək olar. “AzToday.az” xəbər verir ki, “Mediaqraf” MMC-ni 1998-ci ildə vaxtilə SSRİ Baş prokuroru yanında xüsusi əhəmiyyətli işlər üzrə müstəntiq işləyən və Azərbaycan müstəqillik əldə etdikdən sonra vətənə dönərək, ölkənin baş prokurorluğunda eyni vəzifəni tutmuş İsmayıl Səlimov yaradıb.
O, bir müddət prokurorluqda çalışdıqdan sonra hələ Rusiyada olarkən öyrəndiyi reklam biznesinə başlamağı qərara alıb. Və Baş Prokurorluqdakı vəzifəsindən könüllü olaraq istefa verərək, 1998-ci ildə “Mediaqraf” firmasını yaradıb. Azərbaycan üçün yeni olan bir sahədə biznes fəaliyətinə başlasa da, işgüzarlığı və Rusiyada öyrəndikləri qısa müddətdə müəyyən uğur əldə etməsinə şərait yaradıb. Bunda təbii ki, Qərb texnoligiyasından və müasir reklam daşıyıcılarından istifadə etməsinin də rolu az olmur. Ölkədəki iqtisadi inkişaf, şirkətlərin, mağaza və ticarət obyektlərinin sayının artması, reklam bazarının genişlənməsi İ. Səlimovun firmasının da gəlirli bir təsərrüfata çevrilməsinə səbəb olur. Dövlətə vergilərini və digər ödəmələrini vaxtı-vaxtında həyata keçirən “Mediaqraf” 2009-cu ilə qədər problemsiz fəaliyyət göstərir.
Hacıbala Abutalıbov 2 vəzifəni niyə bir adama tapşırıb?

Ancaq həmin il paytaxtın reklam bazarına nəzarətin yeni bir şəxsə həvalə olunması bu sahədə çalışan bir çox şirkətlər kimi İ.Səlimovun “Mediaqraf” firmasının da fəaliyyətinə son qoyulması ilə nəticələnir. Belə ki, İ. Səlimovun sözlərinə görə, 2009-cu ildə Bakı şəhər İcra Hakimiyyətinin (BŞ İH) başçısı Hacıbala Abutalıbov Əli Əsgər oğlu Əsgərovu Reklam və İnformasiya İdarəsinə rəhbər vəzifəsini icra edən təyin edir. Ə.Əsgərov eyni zamanda BŞİH-də ümumi şöbənin müdiri vəzifəsində çalışır. Yəni eyni vaxta iki vəzifəni daşıyır.
Qanunun bir adamın 7 ildən artıqdır 2 vəzifəni aparmasına nə dərəcədə imkan verdiyini söyləməkdə çətinlik çəksək də, ötən uzun dövrdə Hacıbala Abutalıbovun paytaxtın böyük bir idarəsinə rəhbər təyin etməməsinin və səlahiyyətlərin icrasını Əli Əsgərova tapşırmasının yəqin ki, özəl səbəbləri var. Bəzi məlumatlara görə, onlar arasında qohumluq əlaqələri var. Bunu araşdırcağıq, qayıdaq mövzuya.
Ancaq Reklam və İnformasiya İdarəsinə Əli Əsgərov rəhbər təyin olunduqdan sonra bu sahədə çalışan iş adamlarının qara günləri başlayır. Əli Əsgərov sahəni tam ələ keçirmək üçün ilk növbədə bazarda fəaliyyət göstərən tanınmış şirkətləri sıradan çıxarmağa başlayır. Bu siyahıda da ilk yerdə İ.Səlimovun “Mediaqraf” firması gəlir.
Əli Əsgərov qısa müddətdə reklam bazarında fəaliyyət göstərən iş adamlarını “təmizləməklə”, özünün yaratdığı firmaları alternativsiz qoyur. Bu haqda bir qədər sonra…
“Qəmbər Dadaşov mənə dedi ki, bu acgözlərin ağzını yummaqdan bezmişəm”

Hacıbala Abutalıbov milyonluq tenderləri həyat yoldaşının şirkətlərinə verib! – İTTİHAM

İ.Səlimovun sözlərinə görə, Əli Əsgərov onun firmasını sıradan çıxarmaq üçün nəinki rəhbər şəxsə, ümumiyyətlə insanlığa, kişiliyə yaraşmayan metodlardan istifadə edib.
Belə ki, əvvəlcə departamentdən “Mediaqraf”ın adına irad məktubları göndərməyə başlayırlar. Müştərilər heç bir şikayət etmədiyi halda, hardasa şitin əriməsi, hardasa reklam lövhəsinin küncünün qopması bəhanəsilə firmanın fəaliyyətini əngəlləmək üçün “hüquqi əsas” hazırlayırlar. Bununla paralel olaraq firmanın gəlirlərindən də pay istəyirlər.
İ. Səlimovun sözlərinə görə, ümumiyyətlə, Əli Əsgərov fəaliyyətə başlar-başlamaz reklam şirkətlərindən alınan qeyri-rəsmi vəsaitin həcmi artırılır. Firmalar da məcburiyyətdən bununla razılaşırlar. “Bir gün “Mediaqraf”a direktor təyin etdiyim Qəmbər Dadaşov mənə dedi ki, bu acgözlərin ağzını yummaqdan bezmişəm. İndi bütün gəliri istəyirlər. Ancaq səninlə görüşmək istəyirlər”, deyə İ.Səlimov bildirir.
Sahibkarın sözlərinə görə, görüş zamanı Ə.Əsgərov ona Prezidentin və rəsmi qonaqların mərkəzi yollardan keçməsi bəhanəsilə iki bahalı bannerinin sökülməsi göstərişini verir. Və bunu “yuxarıların” göstərişilə izah edir. İ. Səlimov da sifarişçilərdən üzr istəyərək, onlara təzminat ödəyir və bir neçə saata həmin bannerləri sökür.
Sonradan İ.Səlimovla söhbət edərkən Ə.Əsgərov ondan sifarişçilər barədə soruşur, aldığı məlumatları blaknotuna qeyd edir. Heç nədən şübhələnməyən İ.Səlimov onların adlarını deyir.
Təxminən bir neçə gün sonra sökülən reklam lövhələrinin yerində təzə qurğular qoyulur. Qurğuları qoyan adamlar bu işin Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin razılığı ilə görüldüyünü bildirirlər.
“Mediaqraf”ın qurğuları dağıtdırılır, sonra da satmaq təklifi edilir

Hacıbala Abutalıbov milyonluq tenderləri həyat yoldaşının şirkətlərinə verib! – İTTİHAM

İ.Səlimov bu hadisənin şokundan çıxmamış növbəti təxribatla üzləşir. Belə ki, Səlimova hər gün xəbər verilir ki, şəhərin bu və digər yerlərində firmanın quraşdırdığı bahalı reklam bannerləri kimlərsə tərəfindən qəsdən korlanır. Maraqlısı odur ki, reklamları seçərək korlayırdılar.
İ.Səlimovun sözlərinə görə, “Mediaqraf”ın qurğularını kimlərin məhv etdiyini qısa müddət sonra öyrənir: “Təzəcə quraşdırılmış bir reklam qurğusunu günün günorta çağı gürzlə, çəkiclə dağıdan bir dəstə adamla firma işçilərinin davası düşəndə məsələ tam aydın oldu. “Mediaqraf”ın təsadüfən o küçədən keçən işçilərinin gözləri qabağında zəhmətləri məhv edilirdi. Bunun səbəbini soruşduqda, “biz əmri yerinə yetiririk” deyiblər”.
İ.Səlimov hadisə yerinə vaxtında çatıb, hər iki tərəfi sakitləşdirdikdən sonra öyrənir ki, reklam qurğuları Əli Əsgərovun şəxsi göstərişilə sökülür.
Bununla bağlı İ.Səlimov məhkəməyə müraciət edir. Elə həmin vaxt Əli Ələsgərovun yaxın dostu, “Mccan Erikson” şirkətinin rəhbəri Gəray Yusubov İ.Səlimova firmasını satmağı təklif edir. İ.Səlimov da “Mediaqraf”ın 600-700 min qiyməti olduğunu bildirir.
Bundan sonra “Mediaqraf”a qarşı ard-arda həyata keçirilən təxribatların sayı daha da artır. Məqsəd İ.Səlimovu ya firmanı bağlamağa, ya da qarşı tərəfin istədiyi qiymətə satmağa məcbur etmək olur.
İdarə rəhbəri özünü əsl reket kimi aparır, firma direktorunu “satın alır”

Hacıbala Abutalıbov milyonluq tenderləri həyat yoldaşının şirkətlərinə verib! – İTTİHAM

Ancaq o zaman bundan məlumatsız olan İ.Səlimov baş verənlərin səbəbini öyrənmək üçün Əli Əsgərovla görüşməyə gedir.
Onun sözlərinə görə, Reklam və İnformasiya İdarəsinin rəhbəri özünü əsl reket kimi aparır:
“Hansı əsasla bizim qurğularımızı sökdürdüyünü soruşduqda Ə.Əsgərov dedi ki, nəyi ləğv edib, nəyi quracağımıza biz qərar veririk. Əlavə etdi ki, bu sahənin tam şəriksiz və tək ixtiyar sahibi bizik. Bizim mülkiyyətimizdi, bizim resurslarımızdı! Ona görə də, mən bizə verilən hakimiyyətə əsasən sizin 27 yerinizi alıram!”.
İ.Səlimovun sözlərinə görə, dövlət qurumunun bu cür rəftarından heyrətə gələrək, bununla bağlı heç bir xəbərdarlıq edilmədiyini deyir. “Dedim ki, bu, özbaşınalıqdı. Firma o qurğulara nə qədər vəsait qoyub. Sifarişçilər də ödəniş tələb edəcəklər! Şikayət edəcəm”.
Bu zaman Ə.Əsgərov çoxmənalı tərzdə gülümsəyərək bildirir ki, direktorunuzun hər şeydən xəbəri var: “Hara istəyirsiz, müraciət edin! Sizdən aldığımız yerləri başqa firmalara vermişik. Söhbət qurtardı!”
Sonradan İ.Səlimova məlum olur ki, Ə.Əsgərov onun firmasına rəhbərlik edən Q. Dadaşovu necə deyərlər “satın alıbmış”. Ondan əvvəlcə firmanı çökdürmək üçün dəlil istəyir. Ancaq firmanın işləri şəffaf qurulduğundan belə dəlil əldə edə bilmir.
Bundan sonra isə Ə.Əsgərov firmanın müştəriləri barədə məlumatları tələb edir. Hətta İ.Səlimovun sözlərinə görə, Ə.Əsgərov Q.Dadaşova firma barədə ona lazım olan məlumatlar qarşılığında mərkəzdə reklam yerləri söz verir. Q.Dadaşov da firmanın müştəriləri barədə lazımı məlumatları Ə.Əsgərovu ötürür.
Səlimovun firmasının yerləri əlindən alınıb, yeni şirkətlərə verilir

Hacıbala Abutalıbov milyonluq tenderləri həyat yoldaşının şirkətlərinə verib! – İTTİHAM

Təbii ki, həmin vaxt İ.Səlimov bunlardan məlumatsız olur. Yalnız ofisə gəldikdən və müştərilərlə əlaqə qurduqdan sonra öyrənir ki, onlar Reklam və İnformasiya İdarəsinin rəhbərliyinin təkidi ilə yeni firmalarla müqavilə bağlayıblar: “Bizim müştərilər artıq təzə açılmış, heç kimə tanış olmayan «ART MEDİYA SERVIS», «RMM QRUP» və «VVEL VISION» kimi firmalarla işləməyə başlamışdılar. İllərlə “Mediaqraf”la işləmiş müştərilərlə danışıq zamanı bunu nə üçün etdikləri bəlli oldu. Sən demə, departamentin rəhbəri vəzifəsini icra edən Əli Əsgərov və elə həmin şöbənin müdiri Zahid İsmayılov onları buna məcbur edib. Həm də müştərilərin etiraz etməməsi üçün ilkin dövrdə reklamlarını daha ucuz verə biləcəklərini bildiriblər. Onlar da razılaşıblar.”
Beləliklə, Əli Əsgərov əlindəki səlahiyyətlərdən istfadə edərək, İ.Səlimovun firmasını müştərisiz qoymağa və beləliklə məhv etməyə nail olur. Həm bir sahibkar sıradan çıxarılır, həm də onlarla adamın qazanc yeri olan iş yeri… Prezidentin sözlərilə desək, dövlətə XƏYANƏT edilir.
Sual oluna bilər: Ə.Əsgərovun məqsədi nə id ki, bütün bu yerləri “Mediaqraf”dan alıb başqa firmalara verirdi?
İdarə rəhbəri tenderlərdə arvadını adına yaratdığı şirkətləri qalib edir!

Hacıbala Abutalıbov milyonluq tenderləri həyat yoldaşının şirkətlərinə verib! – İTTİHAM

Bu sualın cavabı İ.Səlimovun şikayətindən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorgusuna cavab olaraq, Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin 12 iyul 2013-cü il tarixli cavabından məlum olur.
Belə ki, gələn rəsmi cavabda «ART MEDIYA SERVIS» və «RMM QRUP» firmalarının vətəndaş Rüstəmova Nazilə Məmməd qızına, «VVEL VISION»un isə vətəndaş Məmmədov İlkin Yusif oğluna məxsus olduğu bildirilir.
Bəs kimdir bu şəxslər?
Nikahin qeydə alınmasına dair VVAQ-dan məhkəməyə gələn sənəddən məlum olur ki, Rüstəmova Nazilə Məmməd qızı Əli Əsgərovun həyat yoldaşıdır! İnsanda qanunlara hörmətsizliyi, harınlığı təsəvvür edirsinizmi?!
Bir məmurun hətta başqasının deyil, kobud səslənsə də, arvadının adına yaratdığı şirkət vasitəsilə paytaxtın reklam bazarını ələ keçirməsinə dünyanın hansısa bir ölkəsində rast gəlmək mümkündürmü? Yəqin ki, mümkün deyil.
Digər şirkətə gəldikdə isə, necə deyərlər, o da özgəsinin deyil. Məhkəmədə o da məlum olur ki, «VVEL VISION» şirkətinin sahibi Məmmədov İlkin Yusif oğlu həmin departamentin şöbə müdiri Zahid İsmayılovun qaynıdır.

Hacıbala Abutalıbov milyonluq tenderləri həyat yoldaşının şirkətlərinə verib! – İTTİHAM

Yəni, Reklam və İnformasiya İdarəsinin rəhbəri Əli Əsgərov və onun şöbə müdiri paytaxtin reklam bazarını inhisara almaq məqsədilə qarşılarındakı əsas maneəni – İ.Səlimovun şirkətini qanunsuz yollarla, zorakılıqla sıradan çıxarırlar. Əvəzində bazarı öz şirkətlərinin nəzarətinə alırlar.
Bununla Əli Əsgərov “Dövlət satınalmaları haqqında” qanunun “dövlət satınalmalarında maraqların ziddiyyəti”ndən bəhs edən 13.2 və 13.2.1-ci maddələri ilə müəyyən edilmiş qaydaları kobud surətdə pozsa da, qazanacağı böyük pulları düşündüyündən, bu onun üçün elə də əhəmiyyətli olmayıb.
Xatırladaq ki, həmin qanunun 13-cü maddəsində göstərilir ki, iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar satınalma prosedurları zamanı satın alan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.
Əli Əsgərov milyonlarla manatlıq tenderləri hansisa qohumuna deyil, birbaşa arvadının adına yaratdığı şirkətə verib. Elə bu məqsədlə də İsmayıl Səlimovun şirkətini məhv edib. Ancaq İsmatyıl Səlimov mübarizəni davam etdirir və bu zaman dəhşətli faktlarla qarşılaşır.
(ardı var)
ANONS. ANONS, ANONS!
– İqtisadiyyat və Sənaye Nazirliyi Əli Əsgərovun hansı qanunsuzluqlarını ortaya çıxarır?
– Reklam tenderlərini udan Əli Əsgərovun həyat yoldaşı Nazilə Rüstəmova əslində harda işləyir?
– Əli Əsgərov hansı tenderlər həyat yoldaşının adına olan şirkətlərə verib?
– “Mccan Erikson” şirkətinin rəhbəri Gəray Yusubov iş adamına nə təklif edir?
– “Bakı Hüquq Mərkəzi”nin rəhbəri Anar Bağırov məhkəməni hansı vasitə ilə uzadır?
– Eldar Mahmudovun MTN-dəki kriminal şəbəkəsinin bu işlə hansı bağlılığı var?
-Əli Ələsgərovu “Akula Akif” nə bağlayır?
–Reklam və İnformasiya İdarəsində hər il nə qədər büdcə vəsaitləri talanır?(AzToday.az)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İran kəşfiyyatına yaxın biznesmenlər Eldar Mahmudov və çevrəsinə villalar hədiyyə ediblər - Keçmiş nazirin SEPAH-la əlaqələri ilə bağlı sensasion ittihamlar

    İran kəşfiyyatına yaxın biznesmenlər Eldar ...

    30-10-2015, 23:16

  • 
  • «2 ÖLKƏDƏ MAHMUDOVLARIN YARIM MİLYARDLIQ ƏMLAKI VAR» - Keçmiş MTN-çidən açıqlama

    «2 ÖLKƏDƏ MAHMUDOVLARIN YARIM MİLYARDLIQ ƏMLAKI ...

    10-12-2015, 19:17

  • 
  • Tanınmış hüquq müdafiəçisinin də adı MTN olayında

    Tanınmış hüquq müdafiəçisinin də adı MTN olayında ...

    26-10-2015, 12:57

  • 
  • Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

    Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar ...

    24-04-2018, 21:54

  • 
  • "Eldar Mahmudovun hələ də azadlıqda qalması təəccüb doğurur"

    "Eldar Mahmudovun hələ də azadlıqda qalması ...

    17-02-2016, 13:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu