"Dördgünlük müharibə" dövründə erməni tərəfi cəbhədə xeyli ərazini əlindən verib. Əgər yaxın vaxtlarda bu mövqeləri qaytarmasaq, onda gələcəkdə bizi daha ciddi problemlər gözləyəcək".
Bunu "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahının lideri Jirayr Sefilyan deyib. Onun sözlərinə görə, "itirilmiş mövqelər"i qaytarmaq üçün hökumətə çox sayda çağırış edilib, ancaq hakimiyyət buna qulaq asmayıb:
"Bütün çağırışlara cavab olaraq rejim qeyd edirib ki, bu mövqelər strateji əhəmiyyət daşımır. Hakimiyyət iddia edir ki, 100-200 metr ərazini "itiriblər". Bu deyilənlərin hamısı faktiki olaraq yalandır. Faktiki itkilər daha çoxdur", - deyə Sefilyan qeyd edib. "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahının lideri əlavə edib ki, hakimiyyət xalqa həqiqətləri deməlidir.
Sefilyanan rejimin fəaliyyətsizliyinə diqqət çəkib və bildirib ki, cəbhədə verilən bütün qurbanlar mənasızdır. "Rəqib bizə ağır zərbə vurdu. Buna cavab verə bilmək üçün ümummilli səfərbərlik lazımdır, etibarlı hökumət yaradılmalı və xalq hakimiyyəti buna məcbur etməlidir", - deyə o qeyd edib.
Sefilyananın fikrincə, əgər əks həmlə olmasa, yaxın vaxtlarda Ermənistana daha böyük zərbə dəyəcək: "Aprel döyüşləri yalnız başlanğıcdır. Azərbaycan yeni hərbi əməliyyatlara hazırlaşır. Buna görə də bütün insan resurslarından və hərbi arsenaldan istifadə etmək lazımdır".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?