Dördgünlük savaşda Azərbaycan Ordusu təmas xəttinin şimal-şərq hissəsində təxminən 7 milyon kvadratmetr ərazini işğaldan azad edib.
Mir.Az xəbər verir ki, bu barədə Ermənistanda “Şuşa batayolunu döyüşçülərinin ittifaqı” İctimai Birliyinin sədri Jurayr Sefilyan deyib.
Onun sözlərinə görə, Dördgünlük müharibədə Ermənistan tərəfi ciddi şəkildə mövqelərini itirib:
“İndiyə qədər bununla bağlı çoxsaylı çağırışlar edilsə də, hakimiyyət qulaq asmır. Bütün çağırışlara cavab olaraq rejim bildirir ki, bu mövqelər strateji əhəmiyyətə malik deyil. Onlar 100-200 metr ərazidən danışırlar, amma bu yalandır. Faktiki itkilər daha böyükdür”.
Sefilyan Ermənistanda ümumi səfərbərliyə çağırış edib.
“Yaxın vaxtlarda bizə ən böyük zərbə vurulacaq. Dördgünlük müharibə sadəcə başlanğıc idi”, - o bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?