Ermənistanda polis patrul alayının binasını ələ keçirən qiyamçılarla danışıqlar aparılır.
Publika.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti silahlı qrupdan təslim olmağı tələb edir.
“Hazırda silahlı qrupla girovları azad etmək və polisə təslim olmaqla bağlı intensiv danışıqlar aparılır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, silahlı qrup son tələblərini bu gün saat 19:00-da açıqlayacaq. Məlumatlara görə, onlar təslim olub-olmamaqla bağlı çağırışa da həmin vaxt cavab verəcəklər.
17:30
Ermənistanda polis binasında girovları saxlayan silahlı qrup son tələblərini bu gün saat 19:00-da açıqlayacaqlar.
Publika.az xəbər verir ki, bu barədə “Təsisedici parlament” təşkilatının nümayəndəsi Alka Yeniqomşyan deyib.
O, bir gün əvvəl Jirayr Sefilyan və onun tərəfdarları ilə əlaqə saxladığını bildirib: “Bildirdilər ki, bu gün saat 19:00-da öz tələblərini mənim vasitəmlə verəcəklər”.
Qeyd edək ki, “Yeni Ermənistan” hərəkatının bir qrup üzvü iyulun 17-də paytaxt irəvan yaxınlığındakı Erebuni rayonunda yerləşən polis patrul alayının binasını ələ keçiriblər. Onlar yüksək rütbəli polis zabitlərini və digər əməkdaşları da girov götürüblər. Girovlardan bəzilərini azad etsələr də, hazırda əllərində 4 şəxs var.
Silahlı qrup həbsdə olan Jiray Sefilyanın azad olunmasını, həmçinin, Serj Sarkisyanın istefasını tələb edirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?