Bakının Səbayel rayonunda evi yıxılmış, aş-nalə ilə evindən didərgin düşmüş nə qədər insan var, nə qədər insan var ki, onlar məhz indi həbsdə olan Rəşad Məmmədova görə malından-mülküdən olub. Sahibkarların əmlakları əllərindən alınıb. Və «Azimport» vasitəsilə talanıb. İndi həbsdə olan Dövlət Bayraq Meydanı şirkətinin rəhbərinə görə əmlakından olub.
Daxil olan informasiyalar hazırda həbsdə olan Rəşad Məmmədovun «etdiyi yaxşılıqlar»ın bədəli olaraq gah özünü xəstəliyə vuran, gah da günahsız olduğu isbat etməyə çalışan Rəşad Məmmədovla bağlıdır.
Həbsindən dərhal sonra «Azimport» açıqlama yayır. 2015-ci ilin aprel ayının 4-də. Bu açıqlamada yazılır ki, «Azimport» MMC-nin Rəşad Məmmədova heç bir adiyyaı yqoxdur. Əsaslandırma isə ondan ibarətdir ki, guya R.Məmmədov dövlət qulluğuna keçdikdən sonra əslində biznes fəaliyyətini dayandırıb və bundan sonra da bizneslə heç bir əlaqəsi yoxdur. Əslində isə Rəşad Məmmədovun özünün həbs edildikdən sonra istəyi ilə bu məsələ mediaya açıqlama halında yayılıb və bizə bəlli olan səbəblərdən öz aləmlərində «Azimport»un rəhbərliyi «özünü qorumağa» çalışır. Adıçəkilən şirkətlə Rəşad Məmmədovun birbaşa əlaqəsi var.
2015-ci ilin may ayının 12-də həbs edilən Rəşad Məmmədovun sabiq MTN şefi ilə biznes ortaqlığı barədə faktlar da bir sıra məqamlarda gizlədilməyə çalışır. Hansı ki, saytların yazdıqlarından da bəlli olur ki, Rəşad Məmmədov əslində elə zeytun bağlarının dağıdılmasında, Bakıda yaşıllıqların məhv edilməsində müstəsna hüquqlara malik olub. Məsələ burasındadır ki, Rəşad Məmmədov adları Bakıda Zeytun bağlarının məhv edilməsi məsələsində hallanan «MTN çetesi» xüsusilə də hazırda mühim dövləti cinayətlərdə ittiham edilən Çovdarovla əlaqələri üzə çıxır.
Məhz Bakının Qala kəndində Zeytun bağlarının məhv edilməsi işində «Azimort» MMC «müstəsna» rol oynayıb. Zeytun Bağlarının 2014-ci ildə Rəşad Məmmədovun «Azimort» MMC-sinə verildiyi tarix o qədər məqamlara aydınlıq gətirir ki, burada hər hansı bir məqamı araşdırmağa ehtiyac yoxdur. Zakir Fərəcov Abşeron rayon icra hakimiyyətinin başçısı olduğu dövrlərdə Qala kəndindəki bütün zeytun bağları Rəşad Məmmədovun rəhbəri olduğu «Azimport» MMC-yə verilib. Nəticə etibarilə də bu qurum dövlətin ən mühim yaşıllaşdırma siyasətinə qarşı çıxaraq o bağları söküb.
İndi isə Rəşad Məmmədov həbsdə ola-ola bir qədər «irəli gedərək» «Azimort» MMC-nin adından media vasitəsilə təkziblər hazırladaraq özünü sübut etməyə çalışır ki, illərlə rəhbərlik etdiyi qurumun ona heç bir aidiyyatı yoxdur.
Lakin Gundeminfo.az-a daxil olan başqa bir ilginc məqamlara əsasən elə Rəşad Məmmədovun da, onun olduğu heç kimə sirr olmayan «Azimport» MMC-nin də birbaşa olaraq hazırda Bakı Şəhər İcra Hakimiyyətində çalışan, rabitə və yüksək texnologiyalar nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun qohumu olan şəxlə birbaşa əlaqələri olub. Məsələ burasındadır ki, bu məqamların ört-basdır edilməsi üçün Rəşad Məmmədovun ətrafındakılar buna mane olmağa çalışır, cəhdlər edirlər…
Qarşı tərəfin mühim arqumentlərini dinləməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?