GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rus qoşunlarını Azərbaycandan kim çıxarıb?

Rus qoşunlarını Azərbaycandan kim çıxarıb?

Tarix: 18-06-2016, 16:22 Bölmə :Siyasət Baxış: 0
 Rus qoşunlarını Azərbaycandan kim çıxarıb?

Sosial şəbəkələrdə "rus qoşunlarının Azərbaycandan çıxarılmasının səbəbkarı Əbülfəz Elçibəy deyil, Rəhim Qazıyevdir" kimi məlumatlar yayılıb. Məlumatı yayanlar iyunun 15- də Məhəmməd Hatəminin yaz mərasimində Rəhim Qazıyevin bu iddianı təsdiq edən rəsmi sənədlər göstərdiyini bildirirlər.

Ə.Elçibəyin prezidentliyi dönəmində Baş nazir olmuş Pənah Hüseyn Meydan TV-yə açıqlamasında məsələyə münasibət bildirib:

"Ümumi şəkildə yanaşılsa, istənilən ölkədə xarici dövlətin hərbi mövcudluğu məsələləri dövlətin səlahiyyətli orqanlarının müəyyən etdiyi strateji kurs, doktrina, siyasi qərarlar, və nəhayət, hüquq- müqavilə sənədləri ilə həll edilir. Konkret halda bu idarəçilik modelindən asılı olaraq dövlət başçısının, hökumətin qərarları və parlamentlərin ratifikasiyasını nəzərdə tutur. Məsələnin texniki tərəfi isə təbiidir ki, ayrı- ayrı sahələr üzrə məsul olan aidiyyati idarələr və məmurlar tərəfindən icra olunur. Bununla bağlı onlar tərəfindən danışıqlar, müzakirələr, razılaşdırmalar aparılır, texniki – təşkilati işlər görülür, digər hərəkətlər edilir, sənədlər, aktlar tərtib edilib, verilmiş səlahiyyətli şəxs statusunda imzalar atılır və s.
Ayaz Mütəllibovun dövründə keçmiş SSRİ-dən qalma hərbi hissələrlə bağlı bu proses, ümumiyyətlə, başlamamışdı və o, özü də dəfələrlə bəyan edib ki, prinsipcə Rusiya qoşunlarının Azərbaycanda qalmasının tərəfdarı olub, Xalq Cəbhəsinin bu barədəki mövqeyini doğru hesab etməyib.

Azərbaycandan Rusiya qoşunlarının çıxarılması AXC hakimiyyəti dövründə, Əbülfəz Elçibəyin prezidentliyi dönəmində başlanıb və 25 may 1993-cü ildə yenə onun prezidentliyi dönəmində, keçmiş SSRİ və Avropa məkanında ilk olaraq başa çatıb. Odur ki, heç şübhəsiz yeni dövr tarixinin ən mühüm hadisələrindən biri olan bu olayın, Prezident tərəfindən müəyyən edilib ifadə olunan və həyata keçirilən bu məsələnin Əbülfəz Elçibəyin adı ilə bağlı olması tamamilə təbii, haqlı və ədalətlidir. Bu proseslə bağlı müdafiə naziri kimi Rəhim Qazıyevin, yaxud bir başqasının hansısa bu və ya digər sənəddə imzasının olması "rus qoşunlarını Azərbaycandan mən çıxarmışam" iddiasına əsas verə bilməz. Məsələn, Azərbaycanı axırıncı rus əsgərinin tərk etdiyi gün - 25 may 1993- il tarixində Gəncə və Şəmkirdə dislokasiya edilən 104-cü hava - desant dviziyasının çıxarılması hesab edilir. Bu diviziyanın çıxarılması ilə bağlı icra xarakterli işlərə aid təhvil-təslim aktlarında və digər sənədlərdə həmin dviziyanın komandanlığı ilə Azərbaycanın o vaxtkı müdafiə naziri Dadaş Rzayevin və AR MN rəhbərliyinə daxil olan digərlərinin imzaları var, konkret işlər onun tərəfindən aparılıb. İndi Dadaş Rzayev bunu əsas göstərib iddia etsin ki, rus qoşunlarını Azərbaycandan o çıxarıb? Bu nədirsə, Rəhim Qazıyevin iddiası da, -əgər o həqiqətən belə iddia ilə çıxış edirsə - o cür şeydir".

Pənah Hüseyn deyir ki, məsələnin konkret tərəflərinə, təfərrüatlarına gəldikdə, hələ SSRİ dövründə - 1990-cı ilin 19 noyabrında, NATO və Varşava Müqaviləsi Təşkilatı ölkələri arasında bağlanmış Paris müqaviləsinə görə, SSRİ- nin biri də Zaqafqaziya olmaqla 4 zonası uzrə adi silahlı qüvvələrin kvotaları müəyyən edilmişdi və bu kvotadan artıq silahların ixtisarı, həmin zonalardan çıxarılması nəzərdə tutulmuşdu: "Bu istiqamətdə işlər aparılırdı. SSRİ dağıldıqdan sonra bu məsələ yeni şəkildə meydana çıxdı və 1992-ci il, mayın 15-də Daşkənddə MDB – yə daxil olan ölkələrin dövlət başçıları və nümayəndələrinin toplantısında yuxarıda adı çəkilən müqavilənin yerinə yetirilməsi prinsipləri və qaydaları haqqında Saziş imzalandı. Həmin Sazişə görə, Zaqafqaziya dövlətləri olaraq Azərbaycan, Ermənistan və Gürcüstan üçün bərabər kvotalar müəyyən edildi. Kvotaya görə, hər bir respublika bərabər sayda, 220 tank, 220 BMP, 285 artilleriya sistemi, 100 döyüş təyyarəsi, 50 döyuş vertolyotuna malik ola bilərdi. Azərbaycanın MDB-nin üzvü olmadığına baxmayaraq həmin saziş orda hansı səlahiyyət və qisimdə iştirak etməsi indi də axıradək aydın olmayan Azərbaycanın müdafiə naziri Rəhim Qazıyev tərəfindən də imzalanmışdı. (Rəhim Qazıyevin bu məsələ barədə sonradan verdiyi izahatlar var, lakin onlar inandırıcı görünmür, ziddiyyətlidir və mübahisəlidir.) Sonradan bu saziş Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya edilmədi. Ratifikasiya əleyhinə əsaslardan biri də bundan ibarət idi ki, Saziş Azərbacanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 7- ci maddəsinə (habelə həmin müddəanın yerinə yetirilməsi ilə bağlı Azərbaycan ərazisindəki SSRİ SQ- nin silah və əmlakının milliləşdirilməsi haqqında 18 oktyabr 1991- ci il tarixli qanunvericilik aktına) ziddır .

Belə ki, həmin Konstitusiya aktına görə Azərbaycan SSR ərazisindəki keçmiş SSRİ- yə məxsus bütün, o cümlədən hərbi mülkiyyət Azərbaycan Respublikasının səlahiyyətinə keçirdi və yalnız beynəlxalq müqavilələr əsasında SSRİ məkanında yaranmış digər dövlətlərə verilə bilərdi. 18 oktyabr 1991 –ci il tarixli Fərmana əsasən isə ölkə ərazisindəki bütün silah sursatın milliləşdirilməsi və Azərbaycan milli ordusunun mülkiyyətinə keçməsi elan edilmişdi. Lakin 18 may tarixli Daşkənd sazişi Azərbaycan üçün müəyyən olunmuş kvota xaricindəki silahların digər dövlətin, konkret olaraq Rusiya Federasiyasının kvotasına aid olunmasına imkan yaradırdı. Nəticədə Azərbaycandakı bir sıra hərbi hissələr Konstitusiya Aktına görə Azərbaycana məxsus olan silahla birlikdə ölkəni ya tərk etməli, ya da Azərbaycanda Rusiya kvotası daxilində, Rusiya hərbi hissəsi kimi qala bilərdi. Buna görə 104-cü diviziya Rusiya Silahlı Qüvvələrinin hərbi birləşməsi kimi Azərbaycan ərazisində qaldı. Eyni situasiya 1990- cı il müqaviləsinin təsir dairəsinə daxil olmasa da, Xəzər hərbi donanmasına münasibətdə də yarandı. Müstəqillik haqqında Konstitusiya Aktına görə, Bakı hərbi limanına bağlı bütün gəmilər Azərbaycanın mülkiyyətinə keçməli idi. Lakin 30 faiz payla kifayətlənməli olduq, həm də ən müasir və döyüş qabiliyyətli gəmilər Rusiya Federasiyasına verildi. Baxmayaraq ki, Rusiya 19 mart 1992- ci il tarixli 260 saylı Prezident Fərmanı ilə Zaqafqaziya hərbi dairəsindəki hərbi birləşmələri və Xəzər hərbi donanaması üzərində öz müvəqqəti yurisdiksiyasını elan etmişdi, bu addım birtərəfli olduğuna görə Azərbaycan tərəfindən tanına bilməzdi.

Digər tərəfdən, bu yurisdiksiyanın müvəqqəti olması, regiondakı qeyri-stabillik, hərbi qulluqçuların həyatı üçün təhdidlər, silahların mühafizəsi, millətlərarası münaqişələrin mövcudluğu, məsələyə dair dövlətlərarası müqavilələrin olmaması ilə əsaslandırılırdı ki, bunlar da problemi müzakirə üçün açıq saxlayırdı. Beləliklə İstər 1990-cı ildəki Paris müqaviləsi, istərsə də 1991-ci ilin dekabrında SSRİ- nin ləğvindən sonra Rusiya Federasiyası və digər postsovet ölkələri, habelə MDB hüquq –müqavilə bazası və praktikası məcbur etmirdi ki, Azərbaycan tərəfi heç bir qeyd-şərtsiz bur sıra müddəaları onun üçün açıq-aşkar əlverişli olmayan Daşkənd sazişini imzalasın. Yeri gəlmişkən, Rusiya Federasiyasının Silahlı Qüvvələri də rəsmən yalnız 7 may 1992- ci ildə Rusiya prezidenti B.Yeltsenin 466 nömrəli Fərmanı ilə elan edildi. Həmin tarixə qədər digər respublikalarda, və o cümlədən, Azərbaycanda SSRİ dövründən qalan hərbi hissələr formal – hüququ baxımdan MDB Birləşmiş Silahlı Qüvvələri adı altında saxlanırdı və yeni müstəqil dövlətlərin, o cümlədən Rusiyanın milli orduları, silahlı qüvvələri tərkibinə daxil deyildi. Yəni Azərbaycanda Rusiya qoşunlarının mövcudluğu, qalması və ya çıxarılması problemi hüquqi cəhətdən 15 may 1992- ci tarixindən meydana çıxıb".

Keçmiş Baş nazir deyir ki, 1992- ci ilin may- iyunundan Avropada adi silahlı qüvvələr haqqında müqavilənin yerinə yetirilməsi çərçivəsində keçmiş SSRİ-nin Azərbaycanda yerləşən hərbi hissələrinin bir hissəsinin Azərbaycan Milli Ordusuna təhvil verilməsi və Azərbaycan Milli Ordusunda xidmət etmək istəməyən şəxsi heyətin ölkədən çıxması prosesi vüsət alır ki, bu proses Azərbaycanı tərk edən hissələrin kvotaya daxil olmayan silahlar, digər hərbi sursat və daşınar əmlakı özləri birlikdə aparmaq çəhdləri ilə müşühidə edilir: "Prinsipcə bu proses Azərbaycanın MDB-yə, onun Kollektiv Təhlükəsizlik Təşkilatına, daha sonra 1992-ci ilin iyununda “münaqişəli” zonalara MDB sülhməramlılarının yerləşdirilməsi, xarici sərhədlərin birgə qorunması, yəni Rusiya ilə birlikdə qorunması haqqındakı sazişlərə qoşulmaqla başqa bir məzmun kəsb edib, başqa istiqamət ala bilərdi və Rusiya tərəfdən təkidlə belə müraciətlər, təkliflər edilirdi.

Lakin məhz Azərbaycan Prezidentinin bu məsələlərdə qəti və dəyişməz mövqeyi onunla nəticələndi ki, Zaqafqaziya hərbi dairəsinə daxil olan 4-cü ordusuna məxsus Şəmkirdəki 23- cü , Bakıdakı 295- ci, Lənkərandakı 6-cı dviziyalar (və ya onlardan nə qalmışdısa, çünki bir sıra silah-sursatın çıxarılması və tərkisilah tədbirləri xeyli əvvəldən aparılırdı) və digər hərbi hissələr Azərbaycan ordusuna təhvil verildi və ya ləğv edildi. Lakin bundan sonra da Gəncə və Şəmkirdə dislokasiya edilən və o dövrdə keçmiş SSRİ ərazisində ən döyüş qabiliyyətli hava - desant birləşməsi hesab edilən 104- cü diviziya Azərbaycan və Rusiya arasında müqavilənin olmamasına rəğmən, qeyri müəyyən statusda, artıq Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi hissəsi kimi Azərbaycan ərazisində qalmaqda davam edirdi. Rusiya rəhbərliyi, Rusiya Müdafiə Nazirliyi Azərbaycanda yeganə məhz bu diviziyanın hərbi baza statusunda qalmasında təkid etmişdi və faktiki olaraq Azərbaycandan Rusiya qoşunlarının çıxarılması deyərkən 104-cü diviziyanın çıxarılması başa düşülür. 104-cü diviziyanın Azərbaycandan çıxarılması məsələsi isə birmənalı şəkildə prezident Əbülfəz Elçibəyin mövqeyi və təkidi nəticəsində baş tutmuşdu.

Belə ki, Rusiya Müdafiə Nazirliyi 104-ün Azərbaycanda qalması şəraitində, müvəqqəti çağırış heyətinin əsasən Azərbaycan vətəndaşları hesabına komplektləşdirilməsi, milli hərbi desant kadrlarının hazırlanmasında kömək olacağı, birgə təlimlər, silah təchizatı və s. cəlbedici təkliflər verirdi. Tam məsuliyyətlə bildirirəm ki, buna və digər mülahizələrə görə, həm Azərbaycan Müdafiə Nazirliyi, həm də siyasi rəhbərliyə daxil olan şəxslər arasında 104- cü dviziyanın Azərbaycandan dərhal çıxarılmasına münasibət birmənalı deyildi, tərəddüdlər vardı və məsələni şəxsən prezident Elçibəyin mövqeyinin dəyişməz qalması həll etdi. Qeyd etmək lazımdır ki, 104- cü diviziyanın çıxarılması ilə bağlı hüquqi- siyasi və texniki - təşkilati sürəc Rəihm Qazıyevin artıq müdafiə naziri vəzifəsindən azad edilməsindən sonra (R. Qazıyev 1993- cü ilin 20 fefralında MN vəzifəsindən azad edilib red.) başlamış və başa çatdırılmışdır və ona heç bir aidiyyəti yoxdur. Odur ki, Rusiya qoşunlarının Azərbaycandan Əbülfəz Elçibəyin çıxarması, həm ümumi siyasi, həm də konkret xüsusi mənada tam həqiqətdir və birmənalı şəkildə onun adı ilə bağlıdır".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • KXCP  Rus Ordusunun  Azərbaycandan çıxarılması gününü rəsmi  dövlət bayram kimi qeyd olunmasını hakimiyyətdən  tələb etdi

    KXCP Rus Ordusunun Azərbaycandan çıxarılması ...

    16-05-2016, 19:34

  • 
  • Səfər Əbiyevin tarix savadsızlığı

    Səfər Əbiyevin tarix savadsızlığı ...

    7-05-2013, 00:57

  • 
  • Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

    Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı ...

    20-02-2020, 14:50

  • 
  • Rəhim Qazıyevin əsgərləri təhqir etdiyi videosu yayıldı

    Rəhim Qazıyevin əsgərləri təhqir etdiyi videosu ...

    14-02-2014, 18:04

  • 
  • Partiya sədrinin səlahiyyətlərini həmin partiyanın sədr müavini icra edəcək - SƏBƏB?

    Partiya sədrinin səlahiyyətlərini həmin ...

    16-06-2025, 20:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu