KXCP Rus Ordusunun Azərbaycandan çıxarılması gününü rəsmi dövlət bayram kimi qeyd olunmasını hakimiyyətdən tələb etdi
16 may 2016-ci ildə Klassik Xalq Cəbhəsi Partiyasının İdarə heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.
Yığıncağında - 25 may- işğalçı rus ordusunun Azərbaycandan çıxarılmasının 23-cü ildönümü və 28 may-Respublika günü münasibəti ilə KXCP-nin Tədbirlər planı qəbul edilmişdir.
Tədbirlər planına uyğun olaraq 25 may işğalçı rus ordusunun Azərbaycandan çıxarılmasının 23-cü ildönümü və 28 may- Respublika günü münasibəti ilə Müraciət qəbul edilmiş və KXCP rayon (şəhər) şöbələrinin həmin günlərlə bağlı tədbirlər keçirməsini məqsədəuyğun hesab etmişdir.
Rus Ordusunun Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qəbul edilmiş Müraciətdə Azərbaycan hökümətindən 25 mayın- Dövlət bayramı kimi qeyd edilməsi və həmin günün şərəfinə Bakı şəhərində abidə qoyulması tələb edilmişdir.
28 mayda Novxanı kəndində M.Ə.Rəsulzadənin abidəsinin, Fəxri Xiyabanda Ə.Elçibəyin məzarının ziyarət edilməsi və bir sıra tədbirlərin keçirilməsi qərara alınmışdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?