GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “ADY” QSC tikir, baş həkim isə sökür

“ADY” QSC tikir, baş həkim isə sökür

Tarix: 16-07-2016, 01:59 Bölmə :Siyasət Baxış: 1 570
“ADY” QSC tikir, baş həkim isə sökür

Gəncə Dəmiryolu Xəstəxasında Cavid Qurbanovun gördüyü işlərə, "ADY"QSC-nin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov kölgə salır Məlum olduğu kimi, MM-in deputatı Cavid Qurbnov "ADY"QSC-yə sədr seçildikdən sonra, dəmiryolu sahəsində son 30 il ərzində görünməyən əsaslı təmir işlərinin aparılmasına qərar verdi. Bu sahədə aparılacaq yenidənqurma və təmir işlərinin təkcə paytaxtda deyil, eyni zamanda ölkənin qərb istiqamətində də aparılacağını bildirdi. Nəhayət, dəmiryoluna aid idarə və müəssisələrin uzun illərdən bəri ilk dəfə olaraq, əsaslı təmirinə başlanıdı. Əsasən Gəncə istiqamətində yerləşən bir neçə idarə və müəssisədə təmir-bərpa işləri başa çatsa da, bir çox müəsisələrdə hələ də əsaslı təmir-bərpa işləri davam etdirilməkdədir. Belə müəssisələrdən olan və tam yararsız vəziyyətə düşmüş Gəncə dəmiryol xəstəxanası, dəmiryol poliklinikalarıdır. Hal-hazırda Cavid Qurbanovun göstərişi ilə dəmiryolçuların istifadəsində olan xəstəxanın fəaliyyəti dayandırılmadan, içərisində əsaslı təmir işləri aparılsa da, xəstəxananın həyətində alaq otları boğaza çıxır. Bir sözlə, adı çəkilən ünvanda təmir-bərpa işləri davam etdirilsə də, qızmar yay günlərində xəstəxananın həyət-bacası susuzluqdan od tutub yanır. Qızmar yay günlərində xəstəxanadan çıxıb poliklinikaya getmək, hər kəsdən risq tələb edir. Xəstəxananın texniki işçiləri olduğu halda alaq otları içərisində ilan yuvalarına şəraitin yaradılması, təmizlik işlərinin aparılmaması bu gün hər kəsi təəccüb içərisində qoymaqdadır. Ştat cədvəlində baş həkimin təsərrüfat məsələləri müavini vəzifəsini daşıyan Rafel kişi, uzun illərdir ki, baş həkimin şəxsi tapşırıqlarını yerinə yetirməklə məşğul olur. Yəni, o, təmizlik işləri aparmaqdan başqa, hər bir işlə məşğul olur. Baş həkimi Vidadi Seyidovun yanına gəlib-gedənlərin sayca çox olması səbəbindən, “zavxoz Rəfael” adı ilə tanınan bu şəxs, həm də qoçuluq etməklə də məşğul olur. "Gündəm Xəbər"ə daxil olan məlumatda o da bildirilir ki, adı zaman-zaman TSEK-lə bağlı maxinasiyalarda hallanan Vidadi həkimə məxsus iş otağının qapısını döyənlər çox olsa da, o hələ ki, yerini möhkəm tuta bilib. Ümumiyyətlə xəstəxananın problemləri göz qabağındadır. Dəmiryolçular dəqiq laboratoriyası ilə sayılıb-seçilən xəstəxanaya, yalnız yay mövsümündə "bulliten" üçün üz tuturlar. Verilən məlumatlara görə, Vidadi həkim "ADY"QSC-nin həkim-snitar xidmətinin rəisi vəzifəsini daşıyan Adil Şükürova bağlı şəxsdir. Onun Adil Şükürovla anlaşması, elə işin gedişatından da bəlli olur. "Gündəm Xəbər"ə daxil olan məlumatda o da bildirilir ki, Gəncə Dəmiryol Xəstəxanasında təmir-bərpa işlərinin getdiyi bir vaxtda, xəstəxananın hər şöbəsində 20-30, ümumumilikdə isə, 165-170 çarpayılıq yerlik xəstəxanada adı olan, amma özü olmayan xəstələrə gündəlik ərzaq məhsulları və dərman preparatları da ayrılır. Xəstəlik tarixçəsi kitabında adları qeyd olunan və təqaüdə çıxarılan dəmiryolçulara ayrılan vəsaitlər də, rəhbərlik tərəfindən mənimsənilir. Vidadi Seyidov baş həkim təyin olunduqdan sonra, müəyyən ixtisarların getməsinə baxmayaraq, o, bu günədək qanuni, qeyri-qanuni yollarla olsa belə, xəstəxanaya 150 nəfərə yaxın işçi qəbul edib. Xəstəxananın mətbəxində adı stat cədvəlində olan, amma özü iş üzü tanımayan işçilər də fəaliyyət göstərməkdədir. Vidadi Seyidovun soykökünün Qərbi Azərbaycandan olması, deyilənlərə görə əmisi oğlunun Bakı şəhərində məsul vəzifə daşıması, onun karına gələn məsələlərdir. Daxil olan məlumatlarla bağlı xəstəxananın baş həkimi V.Seyidova müraciət etsək də, ona ağ xalatsız katibəlik edən xanım bildirdi ki, “həkim sizinlə görüşə bilməyəcək”. Bir neçə dəfə "ADY"QSC-nin həkim sanitar xidmətinin rəisi Adil Şükürovla, günün müxtəlif saatlarında əlaqə saxlamaq istəsək də, istəyimiz elə istək olaraq qaldı. Həftə ərzində Adil Şükürovun işdə olmadığını da dəqiqləşdirə bildik. Deməli, Vidadi həkim doğrudan da əyləşdiyi “kreslo”sunu bərk-bərk “bron”lada bilib. Gəncə Dəmiryolu Vağzalında tibb məntəqəsi, qonşu ölkələrdən gələn qatarları nəzərə almırlar "Cündəmxəbər"ə Gəncə Dəmiryolu Vağzalında fəaliyyət göstərən tibb məntəqəsinin 01 iyul 2016-cı il tarixdə, yəni saat 23:00-dan sonra bağlı olması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olan məlumatları araşdırmaq üçün, dəmiryolu vağzalında fəaliyyət göstərən tibb məntəqəsinə yollandıq. Məntəqənin baş tibb bacısı olan Balabəyim Mahmudova, özünü tibb məntəqəsinin rəhbəri kimi təqdim edib bildirdi ki, ötən gecə qonşu ölkələrdən, o cümlədən Gürcüstandan gələn Tbilisi-Bakı reysi Gəncəyə daxil olan zaman tibb məntəqəsi bağlı idi. O bunu onunla əsaslandırdı ki, “evə iynə vurmağa getdiyim üçün, ötən gecə məntəqə bağlı olub” dedi. Az sonra o da məlum oldu ki, həmin gün baş tibb bacısı Balabəyim Mahmudovadan başqa məntəqədə daha bir işçi, “feldşer” Rəcəbov Rizvan da iş başında olmayıb. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, adıçəkilən “feldşer”I bir kimsə məntəqənin ərazisində görən olmayıb. Çünki həmin şəxs hansısa özəl şirkətdə çalışdığından, onun adı məntəqədə, özü isə həmin şirkətdə olur. Balabəyim Mahmudova onu da bildirdi ki, “əgər hər hansı vətəndaşın halı qızmar yay günlərində pisləşərsə, o halda ona təcili tibbi yardım da çağırarıq” deməklə kifayətləndi. Deyəsən belə bir gedişlə “Hippokrat andı” nə Gəncə Dəmiryolu Vağzalında, nə də ki, Dəmiryolu Xəstəxanasında keçmir.

Mehriban Əzizqızı

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəbədə təmir işləri davam edir

    Kəbədə təmir işləri davam edir ...

    23-12-2013, 03:35

  • 
  • Cavid Qurbanovun işçisinin milyonluq villa və obyektləri - FOTOLAR

    Cavid Qurbanovun işçisinin milyonluq villa və ...

    19-02-2016, 13:48

  • 
  • Bu il I sinfə 141 min 166 uşaq gedəcək

    Bu il I sinfə 141 min 166 uşaq gedəcək ...

    13-08-2013, 23:20

  • 
  • Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini yoxlatdırdı, baş mühasib özünü asdı

    Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini ...

    1-08-2015, 01:57

  • 
  • CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB

    CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB ...

    8-10-2013, 16:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu