GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Raqub Məmmədovdan “müştəbeh addım” Ağdam rayon sakinindən icra başçısına kəskin ittihamlar

Raqub Məmmədovdan “müştəbeh addım” Ağdam rayon sakinindən icra başçısına kəskin ittihamlar

Tarix: 16-02-2016, 01:17 Bölmə :Ölkə Baxış: 0
Raqub Məmmədovdan  “müştəbeh addım” Ağdam rayon sakinindən icra başçısına kəskin ittihamlar

23 iyul 1993-cü il tarixdən işğal altında olan digər rayonlarımız kimi, Ağdam rayon əhalisi də, məcburi köçkün həyatı yaşamaqdadırlar. Talelərinə Vətən, torpaq nisgili, el-obaya bağlılıq hissi yaşamaq yazılmış bu insanların çəkdikləri müsibətlər, təkcə onların məcburi köçkün olmaları ilə deyil, həm də onlara göstərilən ögey münasibətlərin varlığı da, əksər ağdamlıları sızıldadır, sanki rahat belə buraxmır. Bəli, bu gün onlar belə bir biganəliklərin varlığına haqlı olaraq gileylənməkdədirlər. Təqribən 23 il bundan əvvəl yurd-yuvalarından didərgin düşən ağdamlılar, ölkə rəhbəri cənab İlham Əliyevdən hər zaman diqqət və qayğı görsələr də, hal-hazırda onlara rəhbərlik edən Raqub Məmmədovdan isə, olduqca narazılıq edirlər. Təəssüf doğuran hal odur ki, ölkə rəhbəri yerli vəzifə sahiblərinə lazımi tapşırıqlarını verir ki, “hər bir vəzifə sahibi daha çox sıravi sakinlərə diqqətlə yanaşmalı, problemlərinin həllinə də çalışmalıdır” deyir. Amma, Ağdamın bugünkü rəhbərliyi verilmiş tapşırıqlara biganə yanaşdığından, məcburi köçkün həyatı yaşayan əksər ağdamlıların məskunlaşdıqları ərazilərdə, bu gün həddi-hüdudu bilinməyən problemlər tüğyan etməkdədir. Onu da düşünmək gərəkdir ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı, rayonda ölkə rəhbərinin təmsilçisisi, səlahiyyət verdiyi şəxsdir. Amma, bunları nəzərə almayan Raqub Məmmədov, bu gün elə bir formada idarəetməni həyata keçirir ki, məcburi köçkün həyatı yaşayanların sosial problemləri aşıb-daşır, dövrü mətbuatda isə, icra başçısının yarıtmaz iş fəaliyyətindən bəhs edən tənqidi məqalələrin ardı-arası kəsilmir. Adicə bir məqama toxunaq ki, bu gün Ağdam Olimpiya İdman Kompleksinə ahıl yaş həddinə çatmış Vaqif Balakişiyev adlı bir şəxs rəhbərlik edir. Yəni, onun 70 yaş həddində çatmasına baxmayaraq, adı çəkilən kommpleksə rəhbərlik etməsinə səbəb, məhz Raqub Məmmədovun onu himayə etməsidir. “Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da bildirir ki, Vaqif Balakişiyev gecələr kompleksin hotelə çevrilməsinə də səbəb olur. Məsələn, o, ətraf rayonlardan gələn müştəriləri kompleksə buraxmaqla, hər gün xeyli miqdarda pul da qazanır. Diqqəti o hal da çəkir ki, kompleksə təşrif buyuran müştərilər, çox zaman özləri ilə gətirdiyi xanım qonaqlarla eyş-işrət məclisləri də qurmağı unutmurlar. Torpaqları işğal altında olan, əhalisi isə məcburi köçkün həyatı yaşayan bir rayonun cəbhə bölgəsində bu cür addımların atılması, öz-özlüyündə olduqca usandırıcı haldır. Ümumiyyətlə, Ağdam rayonu haqda nə qədər istəsək tənqidi məqalə hazırlayıb dərc edə bilərik. Çünki, “Gündəm Xəbər”i məlumatlandıran mənbə bildirir ki, Raqub Məmmədov büdcədən ayrılan pulları çox zaman təyinatı üzrə xərcləmir. Amma, qohum-əqrəbasının problemlərinə gəlincə, həmin problemlər zamanında da həllini tapır. Məsələn, bəzi media orqanlarında açıqlanır ki, icra başçısı büdcədən ayrılan vəsaitlər hesabına qardaşının övladına ev də tikdirib. Amma, digər ağdamlıların problemləri, deyəsən icra başçısını heç bir halda maraqlandırmır. Məsələn, “Gündəm Xəbər”ə şikayət ərizəsi ünvanlayan rayonun Mirəşilli kənd sakini Ağayev Samir Mahmud oğlu yazır ki, “biz bir neçə il bundan əvvəl, kəndimizin bələdiyyə sədri olmuş Habil Abbasova 500 manat pul verib, ondan sənəd-sübut olmadan 8 sotluq torpaq sahəsi aldıq. Həmin yerdə heç bir şəraiti olmayan, yalnız dəmir üzlüklərlə əhatə olunan ev də tikdik. Tikdiyimiz evdə lazımi şərait olmadığından, dəfələrlə icra hakimiyyətinin başçısına müraciətlər etsək də, o, heç bir halda müraciətimizə məhəl qoymadı. Bu hələ azmış kimi, bir müddət bundan əvvəl Ağdam rayon İcra Hakimiyyəti başçısının Mirəşilli kəndi üzrə icra nümayəndəsi Məhərrəm Quliyev və kəndimizin bələdiyyə sədri Elsanə Qasımova mənə bildirdi ki, “siz bu torpağı qeyri-qanuni zəbt etmisiniz. Odur ki, ləngimədən torpaqdan çıxmalısınız” dedikdə, məcbur oldum ki, üzləşdiyimiz problemin ictimailəşməsinə də çalışım. Bu məqsədlə tanıdığım internet televiziyasının əməkdaşını dəvət etdim ki, problemlə bağlı müəyyən çəkliş aparsın və problemimizin həllinə köməklik də etsin. Təəssüf doğuran hal o oldu ki, aparılan çəklişdən xəbər tutan rayon rəhbərliyi, həm bizə, həm də çəkliş qrupuna təzyiq göstərməyə başladı. Çox keçmədi ki, polis şöbəsində müavin vəzifəsini daşıyan Zülfü müəllim mənə bildirdi ki, “ay oğrac sən kimsən ki, çəkliş qrupu gətirirsən” deməklə, məni təhqir də etməkdən belə çəkinmədi. Şöbədə təzyiq də etdilər ki, “izahat yazın ki, bir də şikayət etməyəcəyik” dedikdə, biz buna qəti etirazımızı bildirdik. Elə ki, şöbədən çıxdıq, çox keçmədi ki, rayon icra hakimiyyətinin başçısı cənab Raqub müəllim, həm icra nümayəndəsini, həm də bələdiyyə sədrini yanına çağırıb bir qədər söhbət etdi və sifətini mən tərəfə çevirib “şərəfsiz, şikayət edən sənsən” dedikdə, bir anlığa nə edəcəyimi bilmədim. Axı, mənim günahım nədir, mən nə etmişəm deyə fikirləşsəm də, yenə çaşbaş qaldım. Çünki həyat yoldaşım məcburi köçkün, özüm isə Ağdamın Mirəşilli kənd sakini olsam da və döyüş bölgəsinə yaxın yerdə yaşasaq da, bu gün böyük bir problemlər məngənəsində boğulmaqdayıq. Onu da vurğulamaq yerinə düşər ki, Raqub Məmmədov icra başçısı təyin olunduqdan bir neçə gün sonra, mətbuata açıqlama verərək bildirmişdi ki, “Vəzifədə olduğum müddətdə ərzində, ölkə rəhbərinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam. Bilirsiniz ki, Ağdam rayonu cəbhə bölgəsində yerləşir və əhalimizin yarıdan çoxu məcburi köçkündürlər. Rayonun müəyyən hissəsi ermənilər tərəfindən işğal olunub, bunlar da rayonun sosial-iqtisadi inkişafını əngəlləyən səbəblərdir. Amma, bütün bunlara baxmayaraq, biz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində əməli addımlarımızı atacağıq və digər məsələlərin həlli üçün də, əlimizdən gələni əsirgəməyəcəyik” demişdi. Bu gün isə, rayon rəhbərlik edən Raqub Məmmədovun söylədikləri ilə, atdıqları addımlar üst-üstə düşmür. O, ölkə rəhbərinin etimadını doğrultmaq istəyirsə, gərək ilk növbədə icra hakimiyyəti daxilində köklü kadr islahatları həyata keçirsin, rayonun sosial-iqtisadi inkişafına büdcədən ayrılan vəsaitlərin hara xərclənməsinə diqqətini artırsın. Ən əsası isə, əli hansısa idarə, müəssisə, təçkilat rəhbərinin cibində olmasın. Əksər ağdamlıların iddiasına görə, başçı hələ ki, özünü “işgüzar icra başçısı” kimi təsdiq etdirməyi bacarmayıb. Biz bir məqamı da xatırlamaq istəyirik ki, rayonun sabiq icra başçısı Nizami Sadıqov da, məhz işində göstərdiyi məsuliyyətsizliyin qurbanı oldu. Araşdırmamız davam edəcək.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şəhərimiz gözəldir, vətənsiz çətin! - VIDEO

    Şəhərimiz gözəldir, vətənsiz çətin! - VIDEO ...

    24-08-2015, 19:29

  • 
  • Komitə sədinə açıq müraciət

    Komitə sədinə açıq müraciət ...

    2-11-2015, 14:26

  • 
  • Maştağada sakinlər “qan ağlayır”

    Maştağada sakinlər “qan ağlayır” ...

    25-12-2016, 14:20

  • 
  • Məcburi köçkün özünü asdı

    Məcburi köçkün özünü asdı ...

    23-03-2016, 11:42

  • 
  • Ağdam Rayon İcra Hakimiyyətinin başçısı işdən çıxarıldı

    Ağdam Rayon İcra Hakimiyyətinin başçısı işdən ...

    6-06-2018, 15:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu