GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'

Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'

Tarix: 13-08-2016, 01:52 Bölmə :Siyasət Baxış: 592
 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'


“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün İctimai Fikir Akademiyasının (İFA) qonağı oldu.

İFA-nın təşkil etdiyi ictimai müzakirədə məruzəçi kimi çıxış edən baş redaktor “Siyasətin və siyasətçilərin formalaşmasında medianın rolu” mövzusunda məruzə etdi, medianın siyasi proseslərdəki rolundan, ictimai fikrin formalaşmasından medianın mövqeyindən, siyasətçilərin mediadan yararlanma metodlarından, ölkədə yaşanan siyasi durğunluq fonunda mətbuatının da müəyyən itkilər verdiyindən danışdı. Səmimi atmosferdə keçən görüşdə baş redaktor iştirakçıların suallarını cavablandırdı.

Rauf Arifoğlu bildirdi ki, media, KİV artıq bütün dünyada siyasətin əsas amili rolundadır: “Dünya, eləcə də Azərbaycan siyasəti mediaya istinadla yürüdülməkdədir. Dünyada indiyəcən kəşf olunan ictimai nəzarət mexanizmləri içərisində ən yüksəyi olan media iqtidarların davranışlarına, müxalifətin planlarına və hakimiyyət uğrunda gedən mübarizənin taleyinə ciddi və əsaslı təsir edir. Mediasız siyasət yoxdur. Siyasətsiz media var ola bilər, lakin bunun tam əksi mümkün deyil. Media siyasi proseslərə yön verir, bəzən prosesi yaradır, bəzən onu bitirir.

Dünyanın siyasi məkanından mətbuatı çıxartsaq, siyasətdəki istənilən cəhdlər və təşəbbüslər heç bir nəticə verə bilməz. Media qurumları olmasa nə dünyada, nə də Azərbaycanda siyasi proseslərin, uğurların, siyasətçilərin mesajlarının cəmiyyətə çatdırılması mümkünsüzdür. Dünya çapında məhz bu üstünlüyünə görə, mətbuat siyasətin də, hakimiyyətin də, cəmiyyətin də üstündədir. Ona xüsusi bir münasibət var. Son illərdə medianın ölkə, dünya və siyasət həyatındakı ən böyük əhəmiyyəti Türkiyədəki məlum çevriliş cəhdi zamanı ortaya çıxdı. Türkiyə mediası olmasaydı, çevriliş baş tutacaqdı, qısa müddətə də olsa, Türkiyədə iqtidar dəyişəcəkdi. Bunu Türkiyə yetkililəri də etiraf edirlər. Bu baxımdan hazırda medianın siyasi proseslərdə oynadığı rol zamanında Leninin verdiyi tərifdən daha ötədir”.

 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'

Məruzəçi onu da vurğuladı ki, jurnalistika standartlarına görə medianın tərəf tutması, siyasətə qarışması doğru deyil: “Dünya standartlarına görə, media siyasətə ancaq güzgü tutar, qarışmaz, vuruşmaz, siyasətçilərin əvəzindən yazı yazmaz, döyüşməz, mübarizə aparmaz. Mübarizə aparan qrupların, siyasətçilərin, xalqın fəaliyyətini əks etdirər. Dünya standartlarına görə, mətbuatın partiyası olmamalıdır. Partiyası olan mətbuatın obyektivliyinə dərhal şübhə yaranır ki, həmin mətbuat bir qrupun xidmətindədir və onların maraqlarından çıxış edir. Jurnalistikanın bir qızıl qaydası var-partiyalı olmamaq. Buna qəbahət kimi baxırlar.

Azərbaycanda siyasilərin və iş sektorunun mediadan yararlanma kültürü yoxdur. Hər kəs yararlanır, lakin bunu çox mədəniyyətsiz şəkildə həyata keçirir. Azərbaycan siyasətçiləri medianı ya düşmən gözündə, ya da xidmətçi gözündə görürlər. Əlinin altında, tapşırıqları icra edən partiya funksioneri kimi. Bu cür qəzetin ən bariz nümunəsi “Yeni Azərbaycan” və “Azadlıq” qəzetləridir. Onlar bir-birlərinin tərs üzüdür. Hər ikisi siyasi partiya və liderlərin xidmətində, hər ikisi öz təşkilatına xidmətçi, başqasına düşmən kimi davranır. Hər ikisinin siyasi leksikonu eynidir. Həm təqdir, həm də tərif leksikonları...”

Baş redaktor Azərbaycanda partiya mətbuatının Sovet rejiminin qalıqlarından biri olduğunu diqqətə çatdırdı: “Qərbin mətbuatla bağlı 100 il əvvəl keçdiyi məsələləri biz hələ indi müzakirə edirik.

 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'

Səbəb odur ki, bizdə uzun illər kommunist rejimi hökm sürüb, qəzetlər partiyanın orqanı idi, hər şey partiyanın idi. Bizim 1989-cu ildə yaratdığımız mətbuat orqanları da rejimə, partiyaya alternativ idi. Alternativ olaraq orada struktur necə idisə, biz elə qurmuşduq. Mən “Yeni Müsavat” qəzetini quran zaman bizim qəzet Azərbaycan Milli Demokrat Yeni Müsavat partiyasının orqanı kimi fəaliyyətə başladı. Bu xətt elə də davam etdi. Ancaq həmin zamanlarda da dünyada mətbuat azad idi, müstəqil idi, partiyaya bağlılığı yox idi”.

“Mətbu və informasiya dəstəyi xidmət sektorudur. Burada heç nə parasız olmur, ola bilməz. Dünyada belədir. Lakin bizim müxalifətin xidmət üçün bizə illərdir para ödəməməsi bir yana, üstəlik deyir ki, gəl səni minim, məni iqtidara daşı... 20 il sonra deyəndə ki, düş belim ağrıyır, bir az da özün yürü iqtidara. Deyir ki, buna bax e, satılıb...”


R.Arifoğlu qeyd etdi ki, hazırda ən yaxşı siyasətçi mediası olan, ya da çox olan siyasətçi deyil, ən yaxşı siyasətçi mediadan yaxşı istifadə edən, onun xalqa çıxış kanallarından yararlanmağı bacaran siyasətçidir: “Siyasətçi ilk növbədə medianı, onun təmsilçilərini maraqlandırmalıdır. Məlumatlı olmalı, səlis, qüsursuz, ardıcıl danışmalı, orijinal fikirlər yürütməlidir. Müxbir və media patronları üçün belə siyasətçilər iş yoldaşı kimi bir şeydir. Onlar asan müsahiblərdir, materialların üzərində az işlənir. Üstəlik, maraq haləsi yarada bilirlər, media quruluşuna tiraj gətirirlər. Belə siyasətçilərdən ən parlaq nümunələr Arzu Nağıyev, Ərəstun Oruclu, İlham İsmayıl və başqalarıdır”.

Məruzəçi onu da vurğuladı ki, inkişaf etmiş ölkələrdə media yerli hökumətlərə güclü təsir mexanizmlərinə malikdir, Azərbaycanda isə bu təsir minimumdur: “ Mediada gedən bir yazı nazirlərin istefasına, hökumətlərin çökməsinə səbəb olur. Media həm də ümummilli proseslərdə qıcıq yaradan mərkəzdir. Azərbaycanda isə media hökumətə minimum təsir imkanına malikdir. Çünki ölkədə media quruluşları zəifdir, müstəqil mətbuat azdır, iş başında isə ictimai rəylə o qədər də hesablaşmayan hökumət var. Lakin bütün bunlara baxmayaraq, bəzən medianın hakimiyyətə fövqəladə təsiri olur. Məsələn, şəhid polkovnik Raqub Orucov nümunəsi... Azərbaycan mediasındakı bir özəllik də odur ki, müharibədə millətin tərəfində olur, düşmənin informasiya müharibəsinə imkan verməyən ciddi bir silaha çevrilir”.

Medianın siyasi proseslərdə mövqeyini ortaya qoymasına, radikallıq göstərməsinə gəlincə, R.Arifoğlu bildirdi ki, bu durum yalnız Azərbaycan mediasında müşahidə olunur: “Media radikal olmalıdırmı? Radikallıq hansı dərəcədə mətbu elementdir. Bu suallara cavab verərkən, mətbuatın funksiyaları yada salınmalıdır: məlumatlandırmaq, reklam etmək, maarifləndirmək, düşündürmək, əyləndirmək. Azərbaycanda media siyasi partiya və liderlərə tabe olduğu üçün bu funksiyaların demək olar ki, yarısını əhatə edə bilmir. Savaş vərəqinə çevrilir. Örnək “Azadlıq” qəzeti. O çevrədə olanlar isə digər media quruluşlarına həmin yanlış prizmadan baxırlar, hakimiyyəti söymürsən, deməli satılmısan. Əksini sübut etmək istəyirsənsə, söy, baxaq görək necə söyürsən, biz istifadə etdiyimizi ifadələri bilirsənmi, onları istifadə edirsənmi. Əksər siyasətçilər bir yazıya, tənqidə , lap elə layk məsələsinə görə jurnalistlərlə dalaşır, onlarla küsülü qalır, kin bəsləyirlər. Onlar siyasi tərbiyəsizlərdir. İsrarla media quruluşlarının fəaliyyətinə qiymət verirlər, bəzən buna müsahibələr həsr edirlər. Qəzetlərdən, media quruluşlarından siyasi mövqe tələb edirlər. Bu yolverilməzdir, anti-demokratikdir, söz azadlığına basqı formalarından biridir. Qəzetlərin siyasi mövqeləri ola bilməz. Qəzet siyasətin əsas amilidir, lakin mövqeyi yox güzgüsü var. Yəni, cəmiyyətdə, siyasətdə baş verənləri göstərməli, bütün mövqelərə açıq olmalıdır. Media siyasi proseslərin cərəyan etdiyi küçələri əvəzləyən bir meydandır, alternativ parlamentdir. Proseslər orada getməlidir”.

 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'

Daha sonra Rauf Arifoğlu ictimai müzakirə iştirakçılarının suallarını cavablandırdı.

Tədbir iştirakçılarından biri Rauf Arifoğluna qəzetlərin tirajının nə üçün az olması ilə bağlı sual verdi. Baş redaktor bildirdi ki, Azərbaycanda baş verən nəhəng siyasi proseslər həm liderləri, partiyaları həm mətbuat orqanlarını önə çıxartdı: “Bu bir fenomen idi. Qəzetlər baş verən proseslərin güzgüsüdür. Proses varsa, qəzet yüksəkdədir, yoxdursa, qəzet sönəcək”.

Başqa bir tədbir iştirakçısı isə mətbuatın müstəqilliyi məsələsinə toxundu. R. Arifoğlu cavabında bildirdi ki, müstəqil mətbuat qərarlarını özü qəbul edən mətbuatdır, harada duracağını özü müəyyənləşdirən mətbuatdır.

Mediada araşdırma yazılarının olmaması ilə bağlı sualı da cavablandıran məruzəçi bu sahənin güclü maliyyə tələb etdiyini xatırlatdı. Bildirdi ki, Azərbaycan mətbuatının bu cür maliyyə imkanı, reklam gəlirləri olmadığından araşdırma jurnalistikası da zəif inkişaf edib.

Müsavat Partiyasında gedən hazırki proseslər bağlı suallara da cavab verən Rauf Arifoğlu qeyd etdi ki, partiyada çəkişmələr ilk gündən mövcud olub: “İndiki Müsavat Partiyası 1989-cü ildə yaranmış Müsavat Partiyasının Türkiyədəki Milli Mərkəzlə danışıqlardan sona, 1992-ci ildə bərpa olunmuş variantıdır. Mən indiki müsavatçılarında 3 il daha çox Müsavat Partiyasında olmuşam. Bunu 5 adam bir yerdə yaratmışıq. Sonra professor Nəsib Nəsibli ilə mən bir yerdə 1991-ci ilin noyabr atında Əbülfəz Elçibəyin yanına getdik, dedik ki, bu partiyanı başqa əllərə verəcəklər. Bizim isə saxlamağa gücümüz çatmır. Bunu siz götürün. O isə İsa bəyə təklif elədi. Biz İsa bəylə görüşdük, danışıqlar nəticəsində anlaşdıq. Artıq 1992-ci ilkin fevral ayında beş nəfər AXC-dən, 5 nəfər də Müsavat Partiyasından olmaqla, bu prosesə başladıq. Türkiyədəki Milli Mərkəzlə də anlaşdıq. Sonra biz bu bərpa prosesini apardığımız müddətdə iqtidara gəldik. İndi Azərbaycan siyasətində olan çəkişmələr ki var, hamısı o zaman da var idi. Eyni iqtidar komandasında ola –ola, bir biri ilə aşkarda və gizlində savaşırdılar. Bu ziddiyyətlər sonradan ortaya çıxdı - deyə bir şey yoxdur. Üz qabığı dəyişib, ittihamlar dəyişib, amma mahiyyət dəyişməyib. Bu adamlar bir-birini həzm edə bilmir. Azərbaycan siyasəti davam etdikcə də belə olacaq. Bu insanlar Azərbaycan siyasətində müəyyən rol oynayıblar. Bu məsələdə obyektiv olmalıyıq. Ancaq onu da demək lazımdır ki, Azərbaycan müxalifətinin təmsilçiləri risk sevmirlər, çox ehtiyatlıdırlar. 23 il bir müxalifət hakimiyyətə gələ bilmirsə, bunun əsas sorumlusu elə müxalifətin başında dayanan simalardır”.

Baş redaktor belə bir fikir də söylədi: “Mətbu və informasiya dəstəyi xidmət sektorudur. Burada heç nə parasız olmur, ola bilməz. Dünyada belədir. Lakin bizim müxalifətin xidmət üçün illərdir para ödəməməsi bir yana, üstəlik deyir ki, gəl səni minim, məni iqtidara daşı... 20 il sonra deyəndə ki, düş belim ağrıyır, bir az da özün yürü iqtidara. Deyir ki, buna bax e, satılıb...”

Qarşılıqlı diskussiyalarla keçən tədbirin sonunda iştirakçılar Rauf Arifoğlu ilə birgə xatirə fotosu çəkdirdi.

 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'
 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'
 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'
 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'
 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'
 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'
 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'
 Rauf Arifoğlu İctimai Fikir Akademiyasının qonağı oldu: 'Bizdə siyasilərin mətbuatla davranış kültürü yoxdur'
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rauf Arifoğlu Müsavatdakı istefalarla bağlı açıqlama verdi

    Rauf Arifoğlu Müsavatdakı istefalarla bağlı ...

    17-10-2014, 11:05

  • 
  • Rauf Arifoğlu Əvəz Zeynallıya görə dindiriləcək

    Rauf Arifoğlu Əvəz Zeynallıya görə dindiriləcək ...

    26-02-2014, 12:24

  • 
  • Xədicə İsmayılla Rauf Arifoğlu arasında “atışma”

    Xədicə İsmayılla Rauf Arifoğlu arasında “atışma” ...

    24-11-2013, 16:15

  • 
  • "Görsəm ki, iddiamdan istifadə edəcəklər, o zaman..." - Rauf Arifoğlu

    "Görsəm ki, iddiamdan istifadə edəcəklər, o ...

    17-12-2014, 13:02

  • 
  • AXCP Rauf Arifoğlunun DİN-ə müraciətini pislədi

    AXCP Rauf Arifoğlunun DİN-ə müraciətini pislədi ...

    5-12-2013, 16:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu