GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rus-türk anlaşmasında “Azərbaycan izi” – ilginc gəlişmə

Rus-türk anlaşmasında “Azərbaycan izi” – ilginc gəlişmə

Tarix: 17-08-2016, 22:53 Bölmə :Siyasət Baxış: 575
Rus-türk anlaşmasında “Azərbaycan izi” – ilginc gəlişmə

Şoyqunun qəfil Bakı ziyarətində üçüncü hədəf; Ankara-Moskva barışından sonra şimal qonşumuz üçün ölkəmizin geostrateji önəmi ikiqat artıb; Rusiya Xəzərdən Suriyanı vurmaq üçün Bakının razılığını niyə istəyib, Türkiyənin 3 bəndlik həll planı nəyə hesablanıb?; Rus hərbi nazirin Azərbaycan səfərinin və dənizdəki son hərbi təlimlərin daha bir pərdəarxası…
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana iki günlük işgüzar səfəri haqda yazmışdıq. Səfər çərçivəsində nazirin prezident İlham Əliyev və azərbaycanlı həmkarı Zakir Həsənovla görüşlərində əsasən iki ölkə arasında hərbi-texniki əməkdaşlıqla (silah ticarəti) bağlı məsələ və Qarabağ mövzusunun müzakirə olunduğu deyilirdi.
Bundan əlavə, yayılan informasiyalara görə, tərəflər bəzi beynəlxalq və regional təhlükəsizlik məsələlərini də diqqət mərkəzində saxlayıb. Lakin həmin məsələlərin nədən ibarət olduğu açıqlanmırdı. Bununla belə, qabarıq şəkildə müşahidə edilən bir detal var. Nədən söhbət gedir?
Ondan gedir ki, Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi Qarabağ problemi ətrafında danışıqlara da yeni stimul və pozitiv dinamika gətirib. Eyni zamanda Azərbaycanın regionda önəmini, o sırada Rusiya üçün geostrateji önəmini xeyli artırıb, adekvat surətdə işğalçı Ermənistanın əhəmiyyətini azaldıb, faktiki, onu “oyundan kənar” vəziyyətə salıb. Prezidentlərin uğurlu Bakı zirvəsi, Peterburqda tarixi Ərdoğan-Putin görüşü, yeni Bakı-Moskva-Ankara formatının yaradılması təklifinin gündəmə gəlməsi və son olaraq Sergey Şoyqunun Azərbaycana səfəri bunu təsdiqləmiş oldu.
*****

Rus-türk anlaşmasında “Azərbaycan izi” – ilginc gəlişmə

Bu arada S.Şoyqunun Bakıya səfərinin daha bir ilginc məqsədi üzə çıxıb. Belə ki, “Komsomolskaya pravda” qəzeti yazıb ki, səfərdə əsas məqsədlərdən biri Xəzərdən Suriyaya zərbə endirmək üçün platsdarmın yaradılması olub (virtualaz.org). Nəşr bildirir ki, Sergey Şoyqunun müdafiə naziri Zakir Həsənovla danışıqlarında Moskva və Bakının Xəzərdə birgə hərbi fəaliyyəti barədə söhbət gedib. Bildirilir ki, birgə fəaliyyətlə bağlı bütün məsələləri yerindəcə razılaşdırmaq üçün Şoyqu özü ilə birlikdə mütəxəssisləri də Bakıya aparıb.

Rus-türk anlaşmasında “Azərbaycan izi” – ilginc gəlişmə

Birgə fəaliyyətin mahiyyətinin nədən ibarət olacağı barədə isə heç nə deyilmir. Lakin məlumdur ki, Rusiya Hələb şəhərinin terrorçulardan və müxalif qruplardan təmizlənməsi üçün həlledici, eyni zamanda irimiqyaslı əməliyyata hazırlaşır. Və bu əməliyyatda Xəzərdən də istifadə edəcək. Xəbər verildiyi kimi, Rusiya Suriyadakı hədəflərə zərbələr endirmək üçün qanadlı raketlərin İran və İraq hava sahəsindən keçməsinə dair icazə istəyib. Tehran bu istəyi artıq müsbət cavablandırıb.

Rus-türk anlaşmasında “Azərbaycan izi” – ilginc gəlişmə

Məlumatlara görə, hazırda Rusiyanın Xəzər donanması dənizdə döyüş şəraitinə maksimal yaxınlaşdırılmış hərbi təlimlər keçirir. “Nezavisimaya qazeta” yazır ki, təlimlərə “Kalibr” qanadlı raketləri ilə silahlanmış hərbi gəmilər də qatılıb.”Warfare Worldwide” bloqunda isə dünən səhər saatlarında yer alan digər məlumatda isə deyilir ki, Rusiya İranın Həmədan vilayətindəki aviabazaya qırıcı-bombardmançılar yerləşdirib.
“Bu təyyarələr Hələbdə başladılacaq əməliyyatda istifadə olunacaq. Qırıcıların İranda yerləşdirilməsi onların uçuş məsafəsini azaldacaq və beləliklə də bomba yükünü artırmağa imkan verəcək” – məlumatda deyilir.
*****

Rus-türk anlaşmasında “Azərbaycan izi” – ilginc gəlişmə

Beləliklə, gözlənilir ki, Rusiya Hələbdən ABŞ-ın dolayısıyla dəstəklədiyi “Əl-Nüsra Cəbhəsi”ni (indiki adı “Ceyş əl-Şam”dır) və digər müxalif qrupları vurub çıxarmaq üçün eyni zamanda Xəzər dənizindən, Suriyadakı Hmeymim aviabazasından, İranın Həmədan aviabazasından və Xəzər dənizindən, habelə Aralıq dənizindəki gəmilərdən zərbələr endirəcək. Xəbərlərə görə, Xəzər donanmasının ardınca Rusiya donanması Aralıq dənizində də manevrlərə başlayıb.
Müdafiə naziri Sergey Şoyqu “Rossiya 24″ telekanalına müsahibəsində deyib ki, Rusiya ABŞ-la birgə Hələbdə terrorçulara qarşı birgə fəaliyyəti razılaşdırmaq barədə müzakirələr aparır və tərəflər anlaşmaya yaxındır. ”The Guardian” qəzeti də Amerikanı Rusiyanın Hələbdə başladacağı əməliyyata dəstək verməyə yaxın olduğunu yazır. Lakin Birləşmiş Ştatların Dövlət Departamenti Rusiya müdafiə nazirinin sözlərinə şərh verməyib.
*****

Rus-türk anlaşmasında “Azərbaycan izi” – ilginc gəlişmə

Maraqlıdır ki, məhz S.Şoyqu Bakıda olarkən Türkiyənin Suriya böhranının həlli ilə bağlı 3 maddəlik planı üzə çıxıb. Bu barədə danışan baş nazir Binəli Yıldırım jurnalistlərə açıqlamasında üstəlik, Suriya probleminin həllinə çox yaxın olduqlarını bildirib. “Biz bölgədə marağı olan qüvvələrlə birlikdə problemi həll edəcəyik” deyən baş nazir məsələnin həlli ilə bağlı Türkiyənin irəli sürdüyü prinsipləri belə sıralayıb: “1.Suriyanın ərazi bütövlüyü qorunacaq. Başqa sözlə, bu ölkədə PYD-nin (terrorçu PKK-nın Suriyadakı qolu – red.) təsiri altında olacaq bir dövlətin qurulması müzakirə edilməyəcək; 2.Yeni mərhələdə məzhəbə, etnik və regional məsələlərdən birinin üstünlüyünə əsaslanan bir dövlət quruluşu olmayacaq. Məzhəb əsasında bir dövlət qurulmayacaqsa, deməli, Bəşər Əsəd də siyasi səhnədə uzun müddət qalmayacaq; 3. Məsələnin Türkiyə ilə bağlı ən əhəmiyyətli hissəsi isə suriyalı qaçqınların geri qayıtmasıdır. Böhran həll edilməyə başlayandan sonra Türkiyə də daxil olmaqla, bölgə ölkələrinə sığınan və qaçan suriyalı qaçqınlar müəyyən proqram əsasında geri dönəcək”.

Rus-türk anlaşmasında “Azərbaycan izi” – ilginc gəlişmə

Türkiyə baş nazirinin inamlı açıqlamasından ən əvvəl belə qənaət hasil olur ki, Suriya böhranı ilə bağlı Moskva ilə Ankara arasında, hər halda, hansısa ilkin (gizli) anlaşma var. İkinci qənaət budur ki, rəsmi Ankara Bəşər Əsəd məsələsində müəyyən güzəştə gedib və onun aralıq mərhələdə hakimiyyətdə qalmasına artıq etiraz eləmir; “Bəşər Əsəd siyasi səhnədə uzun müddət qalmayacaq” anonsunun açması yəqin ki, budur. Üçüncüsü, belə görünür, Qərb, ABŞ da bu anlaşmaya loyal yanaşır, Ən azı, Avropaya miqrant axınının durdurulacağına görə» – bunu da baş nazir Yıldırım anons edib.
Yada salaq ki, 3 bəndlik plandan öncə Türkiyə Rusiyaya Suriyada İŞİD-ə qarşı birgə quru əməliyyat aparmaq barədə təklif vermişdi. Məlumatlara görə, rəsmi Moskva bu təklifi qismən qəbul edib, lakin daha ətraflı öyrənəcəyini bildirib.
Beləliklə, Ankara-Moskva barışından sonra gözlənildiyi kimi, Azərbaycan da daxil, bölgəmiz və onun ətrafında yeni, eyni zamanda taleyüklü proseslər start götürüb. Həssas və mürəkkəb bir mərhələyə adlamışıq. Ötən saylarımızda vurğuladığınız kimi, bu prosesin uğurlu sonluğu, Suriya böhranının qardaş Türkiyənin də aktiv müdaxiləsi ilə həlli əsas problemimiz olan Qarabağ məsələsinin də çözümü üçün “yaşıl işıq” yandıra bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya müdafiə naziri Azərbaycana İŞİD təhlükəsindən danışdı

    Rusiya müdafiə naziri Azərbaycana İŞİD ...

    13-10-2014, 16:53

  • 
  • Zakir Həsənov: “Bütün cari məsələlər həll edilir“

    Zakir Həsənov: “Bütün cari məsələlər həll edilir“ ...

    21-11-2013, 14:20

  • 
  • Azərbaycan Türkiyənin təklifini qəbul etdi

    Azərbaycan Türkiyənin təklifini qəbul etdi ...

    6-05-2016, 02:26

  • 
  • Zakir Həsənovla rektor arasında qalmaqal

    Zakir Həsənovla rektor arasında qalmaqal ...

    4-03-2014, 10:29

  • 
  • Zakir Həsənovun İran səfərinin gizlinləri

    Zakir Həsənovun İran səfərinin gizlinləri ...

    13-04-2014, 12:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu