GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Zakir Həsənovun İran səfərinin gizlinləri

Zakir Həsənovun İran səfərinin gizlinləri

Tarix: 13-04-2014, 12:53 Bölmə :Manşet Baxış: 833
Zakir Həsənovun İran səfərinin gizlinləri
Rəsmi Bakı hansı balansı yaratmağa çalışır

Azərbaycan 8 apreldə MDB üzvü ölkələrin silahlı qüvvələrinin baş qərargah rəislərini qəbul etdi. Bu ölkələrdən Rusiya digər müttəfiq ölkə olan Ukraynanın ərazisini işğal edib. Ukraynanın daxili işlərinə hərbi müdaxilə və Moskva tərəfindən onun şantaj edilməsi Bakı iclasının iştirakçıları arasında diskomfort yaratmaya bilməzdi.
Bəlkə də, Ukrayna mövzusu iclasın qapalı hissəsində müzakirə olunub və Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov ordu və siyasi rəhbərliyin hərəkətlərini RF hərbi doktrinasının 20 maddəsi ilə izah edib. Maddə Rusiyanın dövlətdən kənarda olan vətəndaşlarının hüquqlarının mühafizəsini və NATO-nun şərqə genişlənməsi və Rusiya sərhədləri yaxınlığında qeyri-sabitlik yarandığı təqdirdə təhdidlərdən qorunmanı nəzərdə tutur.
Bunlar yalnız ehtimaldır. Ukrayna mövzusu ilə bağlı heç bir informasiya zaldan kənara sızmayıb. Jurnalistlər mətbuat üçün açıq olan hissədəki hərbi-siyasi müraciətlərin şahidi oldular. Azərbaycan SQ baş qərargah rəisi Nəcməddin Sadıqov qəbul edən tərəf kimi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən danışdı və Qarabağ probleminin iki həll yolunu göstərdi: prioritet seçim kimi dinc yolla tənzimləmə və hərbi həll yolu. Azərbaycan artan hərbi gücünə arxalanıb bu yola da əl atacağı ilə hədələyir.
Bir gün əvvəl isə müdafiə naziri Zakir Həsənovla görüşündə general Gerasimov dedi ki, Rusiya münaqişənin hərbi yolla həllini istisna edir. Bu, yeni mövqe deyil və ABŞ və Fransa da belə istəyir. Amma Rusiyanın öz marağı var. Ermənistan regionda onun əsas müttəfiqidir. Təsadüfi deyil ki, Gürcüstan və Azərbaycan Qərbyönlüdür, Ermənistan isə Rusiya tərəfdarı kimi çıxış edir. NATO üzvü Türkiyə Ermənistanın hərbi doktrinasına əsasən, düşmən ölkədir və Azərbaycanla birgə təhdid yaradır. Rusiya hərbi doktrinasının 21 maddəsinə əsasən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvünə silahlı hücum KTMT üzvü olan bütün ölkələrə hücum kimi qəbul edilir. Ermənistan bu təşkilatın aktiv üzvüdür. Beləliklə, Rusiya Azərbaycanın öz ərazilərini hərbi yolla azad etməsinə heç bir şans qoymur.
Amma demək olmaz ki, Moskva hazırda Bakıya qarşı sərt mövqedədir. Bunu Rusiya baş qərargahının kompromis mövqeyindən görmək olar. Onlar Ermənistanın Bakı iclasında iştirakında israr etmədi. Ermənistan nümayəndə heyətinin olmamasının diplomatikcəsinə sezilməməsi onu göstərə bilər ki, Kremldə praqmatik yanaşma tərəfdarıdırlar və Bakının hərbi-texniki əməkdaşlığı genişləndirməyə hazır olmasından, yəni zəruri həcmdə Rusiya silahı almağa davam etməsindən razıdırlar.
Son 4 ildə Azərbaycan 3,35 mlrd dollarlıq silah alıb. Bunun 80%-i, o cümlədən 2 “S-300” raket sistemi, 94 “T90S” tankı, 20 “Mi-35M” hərbi helikopteri, 100 “BMP-3” zirehli maşını Rusiyanın payına düşür. Həmçinin Belarusdan 25 “SU-25” hərbi təyyarəsi və 93 “T-72M1” tankı alınıb.
Müdafiə naziri Zakir Həsənov general Gerasimovla söhbətində qeyd edib ki, RF ilə Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq hərbi tikinti, təhsil, hərbi-texniki əməkdaşlıq da daxil bütün istiqamətlər üzrə inkişaf edir. “Son illər bu istiqamətdə böyük iş görülüb. Bu gün Azərbaycan SQ Rusiyadan müasir silahlar, tanklar, hərbi maşınlar, artilleriya sistemləri alır. Bütün bunlar ölkənin müdafiə qabiliyyətini yüksəldir, deyə nazir bildirib.
Amma mənbənin məlumatına görə, general Gerasimovun Bakıya gəlməsinin səbəbi Azərbaycanın Rusiyanın hərbi doktrinasına görə düşməni olan Türkiyə ilə hərbi əməkdaşlığının genişlənməsindən narahatlığını çatdırmaqdır. Amma Gerasimovun Rusiya-Azərbaycan hərbi əməkdaşlığına yüksək qiymət verməsi səfərin çərçivəsinin operativ dəyişdiyini göstərə bilər. Bu versiyanın xeyrinə onu da göstərmək olar ki, prezident İlham Əliyev iclas ərəfəsində Naxçıvana yola düşdü. Ənənəyə əsasən, Əliyev yüksək səviyyəli qonaqlar, o cümlədən hərbçilərlə söhbəti əldən vermir.
Bir neçə gün əvvələ qayıtsaq, aprelin 2-də Bakıda prezident İlham Əliyev Türkiyə SQ-nin baş qərargah rəisi Necdət Özellə görüşdü, iki gün sonra baş nazir Ərdoğanla söhbəti oldu. Bu iki qapalı səfəri analiz edərək “Gündəm xəbər” bu nəticəyə gəlir ki, əsas söhbət mövzusu Rusiyanın daxili vəziyyəti və Ukrayna böhranı ilə bağlı Rusiya təhlükəsi ola bilər. Əldə etdiyimiz qeydə görə, Kremllə münasibətlərlə bağlı hərəkətlərin uzlaşdırılması barədə razılığa gəlinib. Görünür, Moskvaya genişlənən Azərbaycan-Türkiyə əməkdaşlığından doğan narahatlığın anlayışla qarşılanması və Rusiyanın maraqları nəzərə alınmaqla ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə hazır olmaq barədə siqnal göndərilib. Rəsmi Bakı Ankara və Moskvaya tarazlaşdırılmış yanaşmasını Türkiyə və Rusiya baş qərargah rəislərinə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı verməklə rəmzi şəkildə nümayiş etdirməyə çalışdı və tərəflər onu məmnuniyyətlə qəbul etdi.
ELDAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya baş qərargahından Türkiyəyə xəbərdarlıq

    Rusiya baş qərargahından Türkiyəyə xəbərdarlıq ...

    18-01-2013, 10:34

  • 
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43

  • 
  • Obama Rusiyanı Ukrayna ilə bağlı öhdəliklərini pozmaqda ittiham edib

    Obama Rusiyanı Ukrayna ilə bağlı öhdəliklərini ...

    3-03-2014, 16:23

  • 
  • “Əgər Rusiya müharibə başlasa, biz öz ölkəmizi müdafiə edəcəyik”

    “Əgər Rusiya müharibə başlasa, biz öz ölkəmizi ...

    4-04-2014, 16:51

  • 
  • “NATO Ukraynaya açıq şəkildə hərbi yardım edə bilər”

    “NATO Ukraynaya açıq şəkildə hərbi yardım edə ...

    3-09-2014, 13:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu