GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Fətullahçılardan Sərdar Cəlaloğluna gizli görüş təklifi – Gülənlə bağlı sensasion AÇIQLAMLAR

Fətullahçılardan Sərdar Cəlaloğluna gizli görüş təklifi – Gülənlə bağlı sensasion AÇIQLAMLAR

Tarix: 17-08-2016, 23:04 Bölmə :Siyasət Baxış: 628
Fətullahçılardan Sərdar Cəlaloğluna gizli görüş təklifi – Gülənlə bağlı sensasion AÇIQLAMLAR

“Mən təriqət və məzhəblərin yanlış olduğunu, onların insanları doğru yoldan uzaqlaşdırdığını, islam dünyasını cəhalətdə və nadanlıqda qalmasını təmin etdiyini düşünürəm. İslam dünyasının xristian dünyası qarşısında gücsüz olmasının yeganə səbəbini təriqətlərdə görürəm. Odur ki, ardıcıl olaraq təriqət və məzhəblərin yanlış olduğunu, insanların yenidən doğru yola qayıtmasını, məzhəb və təriqətlərdən imtina etməsini təbliğ edirəm”.

Bunu ADP sədri Sərdar Cəlaloğlu “Fətullah Gülənlə əlaqələrinin olub-olmadığı haqda” Teleqraf.com-un sualına cavab olaraq deyib.

O, bildirib ki, bu istiqamətdə onun xüsusi marağına səbəb olan bir neçə təriqət var ki, onlar haqqında daima danışıb: “Bunlardan biri də nurçuluqdur. İslamda nurçuluq masonluqdur. Masonların dünyada törətdikləri cinayətlərin, pərdəarxası oyunların terrorçuların etdiyindən yeganə fərqi odur ki, elmə əsaslanırlar. Masonlar düşünür ki, ümumtəhsil sistemində həqiqi insan yetişə bilməz, odur ki, xüsusi və ya qapalı təhsil sistemi yaradılmalı, həmin şəxslər burada ayrı həyat tərzi yaşamalı və yerdə qalan insanları idarə etməlidir. Fətullah Gülənin də apardığı siyasətin və işlərin mahiyyəti bundan ibarətdir”.

“İran deyir, Güləni verin asaq”

ADP sədri xatırladıb ki, əslində, Gülənin apardığı hərəkatın forması islamda IX əsrdə olub: “Nurçuluq əxilik hərəkatının yeni dövrdəki təzahürüdür. Diqqətlə fikir versəniz, Gülənlə İŞİD-in qabarıq formada meydana çıxması arasında tarixi fərqlə haşhaşilərlə əxilərin meydana çıxması arasında tarixi fərq qədərdir. Bu iki təşkilat biri digərini doğuraraq meydana çıxır. İslamın əvvəlki tarixində əxilik hərəkatı olub. Əxi tərcümədə “abi” deməkdir. Halbuki, indi Gülən tərəfdarları abilik prinsipi əsasında təşkilatlanıb. Bu, faktiki əxilik hərəkatıdır. XII əsrdə Osmanlı imperiyası yarandıqdan sonra əxilik hərəkatı iki hissəyə parçalandı. Bir hissə Osmanlının sərhədlərini qorumağa keçdi və buradan hərbçi əxilər meydana gəldi. Digər qrup isə Osmanlıda ticarət, maliyyə sistemini götürdülər və iqtisadiyyatla məşğul oldular. Eynilə sonradan Gülən öz adamlarını ya ordu, ya da iqtisadi rıçaqlar olan mühüm strukturlarda yerləşdirdi.

Gülən hərəkatı əxilik hərəkatının yeni forması və təkrarıdır. Əxilik sonradan sıradan çıxdı və qısa müddət sonra başqa adla Avropada meydana çıxdı ki, bu da masonluq idi. Siz abilik sistemi ilə masonluq prinsipinə baxsanız, görəcəksiniz ki, mahiyyət baxımından eyni şeylərdir. Mason sistemində də subay oğlanların yaşadığı vahid evlər olur, oğlanları özbaşına buraxmırlar ki, istədiyi xanımla evlənsin, masonlar da bir-birini tanıyır, amma başqaları onları tanımır, qardaşlıq əlaqələri var və s.

Fətullah Gülən əslində islamdan xristianlığa keçən hərəkatı yenidən islama qaytaran hərəkata rəhbərlik edib. Bu hərəkatın ən təhlükəli tərəfi ondan ibarətdir ki, onlar Quranı yanlış şərh edirlər. Bunlar nə sünni, nə də şiədir. Məsələn, Fətullah Gülən özünü Mehdi Sahib əz-Zaman elan edib. Halbuki, bu tezisi şiəlik müdafiə edir. Bu səbəbdən də İran deyir ki, Güləni verin asaq. Gülən özünü imam zaman hesab edir. Digər tərəfdən, özünün bəzi nüans və davranışları, qaydaları sünnilik təriqətindəndir. Belə sintez yaradıb və bu da imkan verib ki, onlar daha geniş dairədə fəaliyyət göstərsin. Məsələn, Nursi deyirdi ki, Quranda bəzi ayələr mənə işarə edir. Bunu da adlarını tez-tez dəyişib Qurana uyğunlaşdırmaqla sübut etməyə çalışırdı”.

“Fətullah Gülən kafirdir...”

ADP sədri hesab edir ki, Fətullah Gülən islama görə kafirdir və bunun danılmaz sübutları var: “Məsələn, Gülən deyir ki, Allahı görmüşəm. İkincisi, deyir ki, peyğəmbərin səhabəsiyəm və yeni dövrdə meydana çıxmışam. Üçüncüsü, iddia edir ki, mələklərlə ünsiyyətə girir. Quranı-Kərimdə ayə var ki, allahı heç kəs görə bilməz və bu, mümkün də deyil. Əslinə qalsa, Gülən Hərəkatı nurçuluq təriqətinin bir qanadıdır. Nurçuluğun 6 qanadı var və onun bir qanadı da yazarlar qanadı hesab olunur. Bu qanadın da rəhbəri Güləndir. Bu hərəkat əslində təriqət deyil, islamda faktiki masonluqdur”.

“Həmin şəxs Gülənin buradakı şeyxi idi”

Sərdar Cəlaloğlu Fətullah Gülən və nur hərəkatının təmsilçiləri ilə əlaqələrinə də toxunub: “Bir dəfə məni məclisə dəvət etmişdilər. Burada vaxtilə Naxçıvanda uzun illər rəhbər vəzifədə işləyən dostumla masanın bir tərəfində durub söhbət edirdik. Söhbət əsnasında kənarda duran iki şəxsdən biri müdaxilə edərək mənimlə danışan dostumdan bizi tanış edə biləcəyini soruşdu. Dostum da məni təqdim edərək bildirdi ki, Sərdar Cəlaloğludur, siyasətçidir, partiya sədridir və s. Bu zaman həmin şəxs dostumdan xahiş etdi ki, Sərdar bəylə bizim konfidensial görüşümüzü təşkil etsin. Həmin şəxs Gülənin Bakıdakı məktəblərdən birinin direktoru idi. Sonradan bəlli oldu ki, onun yanındakı şəxs isə Gülənin buradakı şeyxi, məktəblərə baxan şəxsdir. Belə söhbət oldu, sonra biz ayrıldıq. Bu zaman dostum mənə dedi ki, onlarla konfidensal görüşməyimi, ümumiyyətlə, kontakt saxlamağı məsləhət görmür. Mən də bununla razılaşdım. Beləcə, onlarla kontaktım olmadı. Gülən hərəkatı təxminən 3 il əvvəl mənə təklif etdi ki, biz görüşək”.

NEMƏT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə müraciət edə bilər

    Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə ...

    24-10-2013, 18:29

  • 
  • Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb

    Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb ...

    3-02-2013, 11:49

  • 
  • Sərdar Cəlaloğlundan İqbal Ağazadəyə ismarış: “Mənim xeyrimə geri çəkil!”

    Sərdar Cəlaloğlundan İqbal Ağazadəyə ismarış: ...

    19-09-2013, 14:26

  • 
  • Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib

    Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi ...

    5-06-2013, 00:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu