Bu gün "Beynəlxalq Bank işi"nə görə həbs edilənlər hakim qarşısına çıxarılıb. Onlar "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqarAbdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnterSecurity” MMC-nin baş direktoru İbrahimHüseynov və digərləridir.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.
Prosesdə C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev vəsatətlər veriblər. Onlar hüquqlarını müfafiə etdiyi şəxsin cinayət işinə xitam verilməsi, şüşə qəfəsdən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, maliyə naziri Şamil Şərifovun şahid qismində məhkəmədə ifadə verməsi ilə bağlı vəsatət qaldırıb.
Vəkillərinin vəsatərlərini dəstəklədiyini və təmin edilməsini istədiyini deyən C.Hacıyev əlavə çıxış edib.
O, cinayət işi açılarkən xaricdə olduğunu və müalicə aldığını deyib: “Bir zənglə qayıdıb ölkəyə gəldim. Nə vaxt istintaqa dəvət edilmişəmsə, özüm getmişəm. 11 dəfə istintaqa ifadə vermişəm. Dekabrın 4-də mənim barəmdə həbs qərarı çıxdı. 38 gün “bandotdel”də qanunsuz olaraq saxlanılmışam. Əgər mənim bir günahım olsaydı, vətənə qayıtmazdım. Yanımda əyləşən və digər təqsirləndirlən şəxslərlə birlikdə çalışmışıq. Gördüyümüz işdə də heç bir problem olmayıb.
İstintaq qeyri-profesional və qərəzli şəkildə aparılıb. 49 fiziki şəxsə kredit verilməsi ilə bağlı ittiham aktında məlumat yer alır.
Kreditlərin hansı trayektoriya üzrə ayrılması, necə ödənilməsi ilə bağlı sənədlər bizim tərəfimizdən təqdim edilib. Bu işdə mənimsəmə olduğu deyilir. Ancaq pulu götürən şəxslərin heç biri pulu kimə- yəni mənə və ya digər təqsirləndirilən şəxslərə verdiyini demir. Burada mənimsəmə hardadır?
Beynəlxalq Bankın Audit Komissiyasının üzvrləri Maliyyə Nazirliyinin işçiləri idi. Onlar bankda oturub bütün qərarlara qol çəkirdi. Audit Komissiyasında, Maliyyə Şurasında, Beynəlxalq Bankın İdarə Heyyətində olan şəxslərlə bağlı heç bir hal ittiham aktında qeyd edilməyib. Bunlar mütləq araşdırılmalıdır.
Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada, mənim yanımda əyləşməlidir. Bunu sübut edən faktlarım var.
Bəzi kreditlərin ödənilmədiyi deyilir. Lakin həmin kreditlərin ödəniş vaxtı başa çatmamışdı. İndi hamının krediti var. Ölkədə 2 milyon insanın kredit borcu olduğu bilinir. Onda bank sistemini ləğv edib, kredit verənləri tutmaq lazımdır”.
Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Məhkəmə prosesi ilə bağlı geniş reportajı təqdim edəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?