GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Anar Məmmədovun mediaya ayırdığı və batırdığı milyonlar – ARAŞDIRMA

Anar Məmmədovun mediaya ayırdığı və batırdığı milyonlar – ARAŞDIRMA

Tarix: 1-09-2016, 19:00 Bölmə :Siyasət Baxış: 751
Anar Məmmədovun mediaya ayırdığı və batırdığı milyonlar – ARAŞDIRMA

Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun əlindən çıxan 107.7 FM tezliyində yayımlanan “Avto FM” radiosunun yeni adı məlum olub. Məlumata görə, yeni radionun adı “AvtoRadio”dur. Radio yeni adla dünən saat 11:30-dan etibarən 107.7 FM tezliyində test rejimində fəaliyyətə başlayıb.

Dünən səhər saatlarında “Avto FM” radiosu yayımını dayandırıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, sentyabrın 1-də “Avto FM” MMC ilə NİİM arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib: “Sadəcə “Avto FM” MMC ilə müqaviləyə xitam verilib. Ancaq işçilər işdən azad edilməyib. Eyni heyət yenə də öz işini davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeçiliyindədir”.

2013-cü ildə fəaliyyətə başlayan "Avto FM" 107.7. MHz tezliyində yayımlanırdı.

Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-cü il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

2013-cü ildə fəaliyyətə başlayan bu radionun Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olmasıyla bağlı xəbərlər yayılmışdı. Radio kollektivi də Anar Məmmədovun yaxın ətrafından formalaşmışdı. Ancaq 3 il ərzində heç bir ciddi uğur qazana bilməyən radio bu gün əl dəyişdirib.

Qeyd edək ki, bundan öncə Anar Məmmədovun təsis etdiyi "National Geographic Azerbaijan" jurnalı da fəaliyyətini dayandırmışdı.

Eyni zamanda A.Məmmədovun azyaşlı oxucular üçün nəzərdə tutulan "National Geographic Kids" jurnalı da artıq fəaliyyətini dayandırıb. Jurnalların bağlanmasına səbəb kimi isə maliyyə problemi göstərilir.

ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur "National Geographic"in Azərbaycan dilində nəşr olunması ilə bağlı ötən ilin mart ayında "Garant Media Holdinq" şirkəti ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (The National Geographic Society) müqavilə imzalanıb. Holdinq yeni yarananda tərkibinə National Geographic Azərbaycan jurnalı, Oxu.az agentliyi, News.az ingilsdilli xəbər agentliyi, avtomobillərin alqı-satqısı ilə əlaqədar elanlardan ibarət internet səhifəsi Turbo.az –da daxil idi. Bununla yanaşı daşınmaz əmlakların alqı- satqısı ilə əlaqədar elanlardan ibarət Bina.az və iş elanlarından ibarət Boss.az internet səhifəsi də holdiqin tərkibində idi.

Hazırda isə "Qarant Media"nın tərkibində yalnız 2 sayt: oxu.az və news.az fəaliyyət göstərir. Bu haqda məlumat şirkətin saytında verilib.

Son olaraq qeyd edək ki, Anar Məmmədov Azərbaycan mediasına: həm saytlara, həm jurnallara, həm radioya milyonlarla vəsait ayırsa da, görünən odur ki, nazir oğlu bu sahədə ən uğursuz personajlardan olub və milyonlarla manat kimlərinsə cibinə, ya da havaya sovrulub.

Qısa arayış: Məmmədov Anar Ziya oğlu (Azərbaycan Respblikası Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu). İnfrastruktur, tikinti, neft və qaz hasilatı, beynəlxalq ticarət, telekommunikasiyalar və mehmanxana xidmətləri sahəsində şaxələnmiş "Garant" Holdinqin direktorlar şurasının sədri, Azərbaycan Amerika Aliyansının təsisçisi və Azərbaycan Qolf Federasiyasının prezidentidir.

Azərbaycan Amerika Aliyansının rəsmi web saytında verilən məlumata görə, cənab Məmmədov ali təhsilini Birləşmiş Krallıqda (Böyük Britaniya) alıb.

İki il əvvəl Anar Məmmədovun adı Qəbələdə 1 milyon manata ayı kababı yeməsi ilə bağlı qalmaqalda hallanıb. Lakin, A. Məmmədov açıqlamasında bu xəbəri təkzib etmişdi: “Bunlar yalan söhbətlərdir. Mətbuat istədiyini yazır. Mən belə yazılara əhəmiyyət vermirəm”. Əhəmiyyət vermədiyini desə də, Anar Məmmədov bu barədə yazılar dərc edən “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini məhkəməyə vermişdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda avto qəza, çoxlu yaralanan olub

    Bakıda avto qəza, çoxlu yaralanan olub ...

    26-05-2015, 14:11

  • 
  • Azərbaycanın nəqliyyat sistemində yeni direktor

    Azərbaycanın nəqliyyat sistemində yeni direktor ...

    20-08-2015, 11:58

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Bakıda bu avtobuslar pulsuz işləyəcək (SİYAHI)

    Bakıda bu avtobuslar pulsuz işləyəcək (SİYAHI) ...

    5-08-2013, 15:18

  • 
  • Nəqliyyat Naziri  oğlu Anar Məmmədovu  deputatlığa hazırlayır - Plan dəyişdi.

    Nəqliyyat Naziri oğlu Anar Məmmədovu deputatlığa ...

    16-12-2014, 21:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu