GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Vilyam Hacıyev sahibkarı necə müflisləşdirdi?

Vilyam Hacıyev sahibkarı necə müflisləşdirdi?

Tarix: 2-09-2016, 12:38 Bölmə :Siyasət Baxış: 674
Vilyam Hacıyev sahibkarı necə müflisləşdirdi?

"Gül-Gün" sahibkar müəssisəsinin rəhbəri Niyazov Niyaz Novruz oğlu redaksiyamıza müraciət edib. O, İmişli rayonunun İcra Hakimiyyətinin başçısı Vilyam Haciyevdən şikayətçidir. Şikayətçi bildirir ki, yazdıqlarının doğru olduğunu məktuba əlavə etdiyi sənədlər sübuta yetirir.

Daha sonar sahibkar qeyd edir:”Hörmətli redaksiya! Siz tez-tez dövlət məmurlarının, sahibkarların, biznes adamlarının sıravi Azərbaycan vətəndaşlarının başına gətirdikləri hadisələrlə bağlı məlumatları çap edirsiz. Sizin belə məqalələri işıqlandırmağınız sıravi vətəndaşları az da olsa qane edir. Düzdür,hamı anlayır ki, əvvəllər olduğu kimi yazılan faktlar doğru olarsa belə həmin dövlət məmurunu dərhal tutduğu vəzifəsindən uzaqlaşdırmayacaqlar. Amma buna baxmayaraq, məqalə dərc olunanda, şikayətçilər az da olsa təsəlli tapırlar. Elə məmur var ki, onun barəsində bəlkə də 100-lərlə fakt olan şikayət məktubları saytlarda dərc olunub, ancaq onun heç vecinə də deyil. Öz vəzifəsində yenə də çalışır, hələ vətəndaşları, biznes və sahibkarlarə əvvəlkindən də çox incidir, onların başına olmazın oyunları açır, ancaq nəticədə yenə də kefindədir. Buna baxmayaraq, baş vermiş ədalətsiz hadisələri heç olmasa, internet qəzetləri işıqlandırsalar, bəlkə həmin dövlət məmurları özünü bir qədər yığışdırar”.

Şikayətçi bildirir ki, sahibkarların başına min oyun açan məmurlardan biri də İmişli rayonunun İcra Hakimiyyətinin başçısı Vilyam Haciyevdir: “O, Xanlar rayonunda icra başçısı vəzifəsində çalışarkən "Gül-Gün" sahibkar müəssisəsinin sahibkarının başına gətirdikləri barədə bütün Azərbaycan xalqına məlum olsun deyə, bu şikayət məktubunu sizə yazıram. İndi yazacaqlarım sizin qəzetdə dərc olunandan sonra nəinki sizlərə, hətta bütün dünyaya məlum olacaq ki, Vilyam Hacıyev Xanlar (indi Göygöl) rayonu İHB-sı vəzifəsində çalışarkən yalan məzmunlu məktub yazmaqla "Gül-Gün"sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına, deaktivləşməsinə çox asanca nail oldu. İndi isə bu ədalətsiz, nahaq görülən işin necə baş verdiyini sizlərə anlatmaq istəyirəm”.


Şikayət Niyaz Niyazov yazır: “
Azərbaycan xalqının nümayəndələri, hamıya məlum olsun ki, Vilyam Hacıyev əvvəllər Gəncə hava limanında bizlərin tabeliyində çalışarkən mənim ona heç bir pisliyim keçməyib. Onunla insani münasibətimiz tam normal olub. Nədənsə, Gəncə hava limanından uzaqlaşandan sonra İHB-sı vəzifəsinə sahib olan kimi mənim sahibi olduğum "Gül.-Gün." sahibkar müəssisəsinə düşmən kəsildi. Əlində heç bir əsası olmadan yalan məzmunlu məktub yazıb yuxarılara yolladı.Onun yazdığı məktub hüquqi cəhətdən tam qanunsuzdur. Mənim sənədlərimin hamısı tam qaydasındadır.Vilyam Hacıyev və bir neçə digər dövlət məmurları 20 ilə yaxındır ki, həmin vəzifələrdə çalışırlar. Mən isə yalan məzmunlu məktub əsasında tam müflisləşmişəm. Ailəmin maddi durumu hal-hazırda ən kritik həddə çatıb. Bütün bu çətinliklərə baxmayaraq, hələ də birtəhər nəfəs ala bilirik. Güman edirəm ki, yaxın vaxtlarda dövlətdən hal-hazırki dövrün tələblərinə uyğun olaraq "Gül.Gün." sahibkar müəssisəsinə aid olan kompensasiyanı alacağam və sahibkar müəssisəmin fəaliyyətinə start verəcəyəm. Nəhayət,haqsızlığa son qoyulacaq və ədalət qalib gələcəkdir!!! Indi isə baş verənlərin hamısı ilə tanış olun. Mən, Niyazov Niyaz Novruz oğlu 1992-ci ilin noyabr ayında "Gül.-Gün."sahibkar müəssisəsini qurmağa başladım və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim.1993-cü ildə müəssisənin ictimai-iaşə və s.obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 ha Xanlar rayon İHB-sının sərəncamı və Xanlar rayon XDS-nin qərarı ilə torpaq sahəsi götürdüm.Tez bir vaxt ərzində həmin ərazidə müəssisənin tikinti işlərini başlatdım.Tikintinin xeyli hissəsini həyata keçirmişdim.Davam etdirməkdən ötrü pul gözlədiyimiz bir vaxtda Gəncə aerovağzal kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi.Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən kompensasiyamı almaq qərarına gəldim. Bu da mümkün olmadı. Elə həmin vaxt Xanlar rayon İHB-sı Vilyam Hacıyev yalan məzmunlu məktub yazaraq Azərbaycan Hava Yollarına yolladı. Məktubunda qeyd etmişdi ki,guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün İHB-nın sərəncamı olmayıb. Nəzərinizə çatdırım ki,Vilyam Hacıyev bunu yazmazdan əvvəl mənimlə heç bir söhbət belə aparmamışdı.Mən bu işlə əlaqədar olaraq onun qəbulunda olub soruşanda ki,niyə belə qansızlıq edirsən. Vilyam Hacıyev sakit baxışlarla üzümə baxıb mənə anlatmağa çalışdı ki, belə olmalıdır. Onun bu məktubu əsasında Azərbaycan Hava Yollarının rəhbərliyi mənə cavab yolladı ki, guya sənədlərim qaydasında olmadığı üçün kompensasiya ala bilmərəm. Əslində bu məsələylə əlaqədar olaraq Azərbaycan Hava Yolları rəhbərliyi mənimlə görüşməli idi. Ona görə ki, kompensasiya ala bilməməyimdən tam narazı idim. Narazılıq olan işi bir məktubla həll etmirlər. Elə həmin vaxt elə bil iy bilirlər kimi Gəncənin bu işlə məşğul olan bir neçə qruplar hava limanında gözləyirdilər.Vəziyyətdən belə anlamaq olur ki,həmin qruplara bu işlər barədə məlumat vermişdilər deyə onların hamısı həmin an Gəncə aerovağzalının qarşı tərəfindəki ağaclıqda olan çayxanada oturub gözləyirdilər. Kompensasiya almaq üçün rədd cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisəmin tikililərini qəpik-quruşa satmağa məcbur qaldım. Ona görə ki, Gəncə Hava Limanının direktoru dirənmişdi ki, “obyekti təcili yığışdırmalısan.Cahangir Əsgərov deyir ki, yoxsa bulduzerin ağzına veriləcəkdir”. Mənim müəssisəmin tikililərinin belə hallara düşməsində birbaşa Vilyam Hacıyev günahkardır”.

Sahibkar bu illər ərzində tamamilə müflisləşdiyini bildirir: “Vilyam Hacıyevin günahı ucbatından "Gül.-Gün."sahibkar müəssisəmin fəaliyyəti deaktivləşməli oldu. Bizim dövlət məmurları sahibkarın başına belə oyunlar gətirirlər və heç “of” da demirlər.Elə bil ki, belə də olmalıdır. Onların xətirlərinə də indiyə kimi heç kim dəyməyib.Vəzifə sahibi olanda gözləri ayaqlarının altını seçmir. Düşünürəm ki, bu hal insan bədbəxtçiliyidir.Mənim müəssisəmin fəaliyyətinin deaktivləşməsinin səbəbkar və havadarları hələ də vəzifə başındadırlar deyə fəaliyyətə başlamaq qeyri-mümkündür. Hətta fəaliyyətə başlamaq üçün pul götürməyə belə tam maneçilik törətdirirlər.Vilyam Hacıyev sifarişi(onun o vaxt mənə verdiyi cavabdan elə anlamışdım)vaxtında və dəqiq yerinə yetirdi. Elə ona görə hələ də vəzifə başındadır. Daha doğrusu, həmin insanlar ona maneçilik törətmədilər. Sifarişçiləri mən tanımıram, ancaq Vilyam Hacıyev yəqin ki, dəqiq bilir.Elə düşünürəm ki, Allah belə məmurların gərəkli paylarını verəcək və sahibkarlar da öz fəaliyyətlərinə başlayacaqlar”.
Samir

"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı villasını təmir etdirib

    Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı ...

    16-01-2013, 10:07

  • 
  • Vilyam Hacıyevdən Rəsul Quliyevə maliyyə dəstəyi

    Vilyam Hacıyevdən Rəsul Quliyevə maliyyə dəstəyi ...

    21-12-2012, 12:46

  • 
  • Vilyam Hacıyev medianı hədələdi

    Vilyam Hacıyev medianı hədələdi ...

    19-02-2013, 11:02

  • 
  • Vilham Hacıyevanın qapısına “10 nömrədən” qol

    Vilham Hacıyevanın qapısına “10 nömrədən” qol ...

    9-01-2013, 10:06

  • 
  • Vilyam Hacıyev Hesablama Palatasına “danos” verirmiş

    Vilyam Hacıyev Hesablama Palatasına “danos” ...

    30-12-2012, 11:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu