GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Zakir Fərəcov, Akif Zeynalov və Müqayis Verdiyev triyosu dövlətin milyonlarını mənimsəyir

Zakir Fərəcov, Akif Zeynalov və Müqayis Verdiyev triyosu dövlətin milyonlarını mənimsəyir

Tarix: 9-09-2016, 17:41 Bölmə :Siyasət Baxış: 1 640
Zakir Fərəcov, Akif Zeynalov və Müqayis Verdiyev triyosu dövlətin milyonlarını mənimsəyir

Zakir Fərəcov, Akif Zeynalov və Müqayis Verdiyev triyosu dövlətin milyonlarını mənimsəyir
Sumqayıta icra başçısı təyin olunandan sonra şəhərdə qanunsuz və rüşvətxor əməlləri ilə ölkə mediasının gündəmini zəbt edən Zakir Fərəcovun cəzasız qalması, durumu daha da ağırlaşdırmaqdadır. Qeyd edək ki, Sumqayıtda sahibkarlara divan tutan və onlardan tələb etdiyi rüşvəti almağa müyəssər olan icra başçısı bununla kifayətlənməyərək Prezidentin şəhərin inkşafı üçün ayırdığı vəsaitləri də mənimsəməkdədir.
Nəzərə alsaq ki, Prezident İlham Əliyev 13 oktyabr 2015-ci ildə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 3 mart 2016-cı ildə isə çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9,0 (doqquz) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon (altı milyon beş yüz min) manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait ayrılması ilə bağlı sərəncam verib. Bundan əlavə şəhərdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün daha 20 milyon manat vəsait ayrlılıb. Lakin, Zakir Fərəcovun özbaşınalığı nəticəsində Sumqayıta ayrılan dövlət vəsaitləri “yoxa çıxıb” və nəticədə şəhərdə narazılıqlar artmaqdadır. Maraqlı faktlardan biri də odur ki, Sumqayıtda tikilən bulvarda işlər icra başçısının istədiyi kimi getmir və fəhlələr üç aydır ki, alın tərlərinin haqqını – maaşlarını ala bilmirlər.

Zakir Fərəcov, Akif Zeynalov və Müqayis Verdiyev triyosu dövlətin milyonlarını mənimsəyir

Biz ötən yazılarımızda qeyd etmişdik ki, Zakir Fərəcov ikinci böyük şəhərdə qohumlarına hər cür ixtiyar verməklə vətəndaşların hüquqlarını kobud şəkildə pozur, narazılıq edənləri “qoçuları” vasitəsilə susdurur. Hətta hər küçədə və döngədə “Mən Bəylər Eyyubovun qohumuyam” – şüarını təbliğ edən icra başçısı “Sumqayıt kurd mafiyasının mərkəz şəhəri olacaq” deməkdən belə çəkinmir.
Bu məmurun qohumlarına verdiyi qanunsuz səlahiyyətlər indi onun özünə problemlər yaratmaqdadır. İcra başçısının sevimli qudası, can- ciyəri və dövlət əmlakının mənimsənilməsində əsas şəriki olan Akif Zeynalovun Sumqayıt bulvarında gedən tikinti işlərinə rəhbər təyin olunması heç kimi təəcübləndirməmişdi. Milyonlarla ayrılan dövlət vəsaitini qudasız yemək və ya mənimsəmək Zakir Fərəcova yaraşmazdı. Və qudaların növbəti mənimsəmə əməlliyyatına, hər şeyin yaxşı getdiyi zaman icra hakimiyyətinin qarşısına toplaşan fəhlələr maneçilik törətməyə başlayıblar. Səbəb bəllidir. Bir müddət əvvəl mətbuatda yayılan məlumatda qeyd olunurdu ki, Zakir Fərəcov şəhərdəki bütün təmir-tikinti işlərini qudası Akif Zeynalova tapşırıb. Akif Zeynalov isə Sumqayıtın yenidənqurulma işlərini bir müddət əvvələdək həbsxana həyatı yaşamış, o zamanlar medianın gündəmində olan goranboylu iş adamı Müqayis Verdiyevə həvalə edib. Bildirək ki, Müqayis Verdiyev bir neçə il öncə Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilmişdi. Bir neçə illik həbs həyatından sonra isə Müqayis Verdiyev 9 sentyabr 2015-ci ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.
Həbsdən azad olunduqdan sonra Müqayis Verdiyev Sumqayıt şəhərində təmir-tikinti işlərinə girişb. Onun bu şəhərdəki pul silmə əməliyyatında önəmli rol almasında isə Zakir Fərəcovun qudası Akif Zeynalovun böyük xidməti olub.
Müqayis Verdiyevin Sumqayıtda gördüyü işlər Zakir Fərəcovun xoşuna getməyb. Buna səbəb isə iş adamının icra başçısına “atmasıdır”. Sumqayıt bulvarnıda daha ucuz və keyfiyyətsiz tikinti materiallarından istifadə edilməsinə qərar verən Zakir Fərəcov pulları hesablayarkən aldadıldığını anlayıb.

Zakir Fərəcov, Akif Zeynalov və Müqayis Verdiyev triyosu dövlətin milyonlarını mənimsəyir

Bu barədə Sumqayıtdan redaksiyamıza daxil olan məlumata əsasən Sumqayıt bulvarına baxış keçrildikdən sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işlərdən narazılığını ifadə edib. Onun qənaətinə görə, Müqayis Verdiyev bulvarın inşasında keyfiyyətsiz və ucuz tikinti materiallarından istifadə edib. Lakin, Zakir Fərəcovun razılığı ilə bir vaxtlar sənədlərdə qiymətlər şişirdilib. İcra başçısının aldadılması və ona mənimsənilən pulun düzgün deyilməməsi vəziyyəti qəlizləşdirib.
Məlumatlı mənbə qeyd edib ki, Zakir Fərəsovun iradlarından sonra Müqayis Verdiyev çətin vəziyyətə düşüb. Ortada milyonlarla manat mənimsəmənin və icra başçısına düşən paydan çox pulun olduğunu qeyd edən mənbə bildirir ki, iş adamı vəziyyətdən çıxmaq üçün Zakir Fərəcova minnətçi düşüb. Problemin necə bitəcəyi isə hələ ki, bəlli deyil. Müqayis Verdiyevin problemi ört-basdır etmək üçün Zakir Fərəcovun qudası Akif Zeynalova üz tutduğu qeyd olunur.
Sumqayıtdan realliq.info-ya daxil olan məlumatda bildirilir ki, artıq bu vəsaitlərin bir hissəsi nağdlaşdırılaraq mənimsənilib. Buna adi bir sübut olaraq bir il əvvəl 3 minlik avtomobildə gəzən Müqayis Verdiyevin hazırda 120 min manatlıq avtomobildə gəzdiyini də misal göstərmək olar. Ona sürücülərin və lakeylərin qulluq gösdərdiyi qeyd olunur.
Vəziyyəti ağırlaşdıran digər fakt isə hər gün Sumqayıt icra hakimiyyətinin qarşısına etirazçıların yığışması və maaşlarını tələb etmələridir. Icra başçısı və can – ciyər quda Akif Zeynalovun onların 3 aylıq maaşlarını yeməsi narazılıqların səngiməyəcəyini göstərir. Zakir Fərəcovun bu özbaşnalığı Sumqayıtda vətəndaşları ölkənin siyasi rəhbərliyindən narazı salmağa xidmət edir desək yanılmarıq. Eldar Mahmudov və Akif Çovdarovun yaxın dostu görəsən onların qisasını kimdən almaq istəyir?

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtda maxinasiya: Zakir Fərəcov kimin əliylə pul silir? - TƏFSİLAT

    Sumqayıtda maxinasiya: Zakir Fərəcov kimin əliylə ...

    15-04-2016, 19:00

  • 
  • Dələduzluqla həbs edilən Müqayis Verdiyevin icra başçsının qohumu ilə 16 milyonluq MALİYYƏ ƏMƏLİYYATI

    Dələduzluqla həbs edilən Müqayis Verdiyevin icra ...

    3-08-2016, 15:16

  • 
  • Sumqayıtda köhnə lift qalmayacaq - SƏRƏNCAM

    Sumqayıtda köhnə lift qalmayacaq - SƏRƏNCAM ...

    13-10-2015, 18:21

  • 
  • Sumqayıtda dam örtükləri dəyişəcək - 5 milyon manat ayrıldı

    Sumqayıtda dam örtükləri dəyişəcək - 5 milyon ...

    15-12-2015, 21:39

  • 
  • Zakir Fərəcovun ata mülkünə çəkdirdiyi yol və aldadılan bələdiyyə sədri – VİDEOFAKT

    Zakir Fərəcovun ata mülkünə çəkdirdiyi yol və ...

    27-04-2016, 17:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu