GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zakir Fərəcovun ata mülkünə çəkdirdiyi yol və aldadılan bələdiyyə sədri – VİDEOFAKT

Zakir Fərəcovun ata mülkünə çəkdirdiyi yol və aldadılan bələdiyyə sədri – VİDEOFAKT

Tarix: 27-04-2016, 17:13 Bölmə :Ölkə Baxış: 0
Zakir Fərəcovun ata mülkünə çəkdirdiyi yol və aldadılan bələdiyyə sədri – VİDEOFAKT

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın bütün şəhər və rayonlarının inkişafına xüsusi diqqət və qayğı göstərir, vaxtaşırı olaraq Prezidentin Ehtiyat Fondundan abadlıq və quruculuq, təmir-bərpa işləri üçün vəsait ayırır. Prezident Sumqayıt şəhərinin inkişafı, aparılan təmir işlərinin başa çatdırılması üçün dəfələrlə vəsait ayırıb. Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizovun dövründə bir neçə dəfə milyonlarla vəsait ayrıldı və icra başçısı hər dəfə müsahibə verəndə deyirdi ki, Sumqayıt inkişaf edəcək, bulvar olacaq və s. Sumqayıtlılar bir neçə il bu nağıllarla aldadıldılar və bir gün Eldar Əzizov vəd etdiyi möcüzələri yaratmamış Səbayel rayonuna icra başçısı təyin olundu. Alınan milyonlar necə oldu, hara xərcləndi məlum olmadı, Eldar Əzizov hesabatı da deyəsən özü ilə apardı.
Bu dəfə sumqayıtlılar ümidlərini yeni gələn icra başçısı Zakir Fərəcova bağladılar ki, Sumqayıt sakinidir, şəhər əhalisinin əksəriyyətinin aztəminatlı olduğunu bilir, problemlərinə bələddir, gələn kimi yeni iş yerləri açılmasına çalışacaq, camaatın güzəranının qayğısına qalacaq, şəhəri abadlaşdıracaq, evlərin damı, zirzəmiləri düzələcək, yaşıllıqlar artacaq. Prezidentin ard-arda sərəncam verib Sumqayıta yenə də Ehtiyat Fondundan bir neçə dəfə vəsait ayırması da bu ümidləri gücləndirdi. Həmin vəsaitlərin miqdarı və onun xərclənməsi ilə bağlı 24saat.org olaraq araşdırma apardıq.
Sumqayıta nə qədər pul ayrılıb?
Zakir Fərəcov 2015-ci il sentyabrın 2-də Sumqayıta icra başçısı təyin olundu. Prezidentin sərəncamı ilə 2015-ci il oktyabrın 13-də Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 2015-ci il dekabrın 15-də Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat, 2016-cı il martın 3-də isə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 9 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat vəsait ayrılıb. Ümumilikdə Zakir Fərəcovun icra başçısı təyin olunduğu 7 ay ərzində Sumqayıta Prezidentin Ehtiyat Fondundan 17.7 milyon manat pul ayrılıb. Bəs görəsən bu qədər pul hara xərclənib?
Milyonlar necə və hara xərclənir?
Bu suala cavab tapmaq üçün şəhərdə ümumi müşahidə apardıqda məlum oldu ki, şəhərin ancaq mərkəzi küçələrində abadlıq işləri görülür, onların da çoxu elə əvvəlki başçının dövründən qalmadır. Z. Fərəcov şəhərə gələndən ancaq keçmiş başçının qoyduğu qadağaları götürməklə məşğul olub. İcra Hakimiyyətinin qarşısındakı yolu açıb, Bayraq Meydanında fontanlar bərpa edilir, Sumqayıtın iki inzibati əraziyə bölünməsi barədə qərar ləğv olunub, hazırda Kimyaçılar klubunun qarşısındakı bağlı yolun açılması gözlənilir və s. Bir də 5-ci, 17-ci mikrorayonlarda bəzi binaların dam örtüyünün dəyişdirilməsi istiqamətində işlər görülüb ki, hazırda o işlərin də fəhlələr pullarını ala bilmədikləri üçün dayandığı deyilir.
Z.Fərəcov icra başçısı təyin olunandan ancaq söküntü xəbərləri eşidilib. Dəniz kənarında hasarlanmış ərazilərin bir hissəsi sökülsə də, bəziləri, hansı ki, vəzifəli şəxslərə məxsusdur, onlara toxunulmayıb. Bu da şəhərdə ayrı-seçkiliyin olduğunu göstərir. Elə MİS rəisləri də bundan ruhlanıb mikrorayon və məhəllələrdə vətəndaşlar arasında ayrı-seçkiliyi davam etdirirlər və onlara dur deyən yoxdur. Şəhərin 11-ci və 13-cü mikrorayonlarında da demək olar ki, aztəminatlı insanlar yaşayır. Binaların damları, zirzəmilər bərbad vəziyyətdədir, amma hələ ki , heç bir təmirdən söhbət getmir. Şəhərin mərkəzi küçələri şüşə kimi asfaltlansa da mikrorayonlar, xüsusilə 9, 11 və 13-cü mikrorayonların yolları böyrək daşı xəstəliyindən əziyyət çəkənlər üçün əla müalicə vasitəsidir.
Qurd dərəsində çəkilən yol
Yol məsələsi ilə bağlı 24saat.org olaraq maraqlı bir faktın da üstünü açdıq. Belə ki, Z.Fərəcov Sumqayıta icra başçısı təyin olunduqdan az sonra şəhərin cənub çıxışında, Saray qəsəbəsinə bitişik “Qur dərəsi” adlanan bağlar massivində uzun illər bərbad vəziyyətdə olan yol yüksək səviyyədə təmir edilib. İlk baxışda bu yaxşı haldır. Amma faktın görünməyən tərəfi ilgincdir. Belə ki, 24saat.org-a daxil olan məlumata görə bu yol Sumqayıtın yeni icra başçısının atasının yaşadığı bağ evi üçün xüsusi olaraq çəkilib. Bizim tərəfimizdən ərazidə aparılan videoçəkilişdə də yolun məqsədli istiqamət üzrə çəkildiyi və digər hissələrin bərbad vəziyyətdə olduğu açıq aydın görünür. Eyni zamanda redaksiyamıza daxil olan məlumata görə bu yolun çəkilişi Sumqayıtın sabiq bələdiyyə sədri Əbülfəz Babayevin üzərinə qoyulub. Bu xərc müqabilində bələdiyyə sədrinin yeyintilərinə göz yumulmasına söz verilsə də yol çəkildikdən sonra Ə.Babayevin işi prokurorluğa verilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Eldar Əzizova yeni vəzifə verildi - Yenilənib

    Eldar Əzizova yeni vəzifə verildi - Yenilənib ...

    1-09-2015, 20:25

  • 
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • Heydər Əliyevin portretinin yandırılması Eldar Əzizovu bitirir - özəl

    Heydər Əliyevin portretinin yandırılması Eldar ...

    16-06-2015, 11:26

  • 
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu