Əgər Nazir müavininin açıqladığı rəqəmlər dürüst statistika deyilsə...
Saytların birində (daha sonra isə bir neçəsində) "30 min şagirdin məktəbə gedə bilməyəcəyi yalandır" – Nazirlik – başlıql açıqlama diqqətimi cəlb etdi: “Bu yaxınlarda təhsil eksperti Nadir İsrafilov “Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Nazirliyinə istinad edərək qeyd edib ki, bu il 30 min şagird ümumi təhsil müəssisələrinə gedə bilməyəcək.Təhsil Nazirliyinin məsələ ilə bağlı yaydığı açıqlama ilə N. İsrafilovun bu fikri təkzib olunub və yalan informasiya olduğu deyilib. Açıqlamada həmçinin deyilir ki, Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib: "Təhsil Nazirliyinin rəsmiləri müxtəlif tədbirlərdə ölkənin müsbət demoqrafiyasını qeyd edərək, hər il birinci sinfə gedən uşaqların sayının artdığını bildiriblər.Biz Nadir müəllimdən xahiş edirik ki, informasiyanı verərkən dürüst statistikaya əsaslansın və olmayan rəqəmləri şərh etməsin.“ Dərhal yadıma Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində məktəb ləvazımatlarının, məktəbli formalarının qiymət və keyfiyyətindən, dərsliklərin məzmununun vəziyyətindən söhbət açıldığı, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da iştirak etdiyi "Yeni dərs ilinə hazırlıqlar necə gedir" mövzusunda mətbuat konfransı düşdü. Burada məktəb ləvazımatlarının, məktəbli formalarının qiyməti və keyfiyyəti, dərsliklərin məzmununun vəziyyəti muzakirə edilir, məktəb ləvazımatlarının qiymətinin ötən illə müqayisədə 10% artmasından, bir çox valideynlərin uşaqları məktəbə göndərərkən böyük maliyyə problemləri ilə üzləşməsindən söhbət gedirdi. Tədbirdə mən də, məktəb xərclərninin əhalinin sosial təbəqəsinin böyük əksəriyyətinin real gəlirlərinə uyğun ölmaması, təkcə keçən ilın rəsmi statistikasına görə 30 minə yaxın 6 yaşlı uşağın məktəbə cəlb olunmamasına, təhsildən yayınma hallarının əsas səbəblərindən biri kimi məktəb xərclərinin çox olmasına diqqət çəkmişəm. Hətta Nazirliyin yeni komandasına (əgər belə demək mümkündürsə) bəraət belə qazandırmışam. Sitat: "2007-2011-ci illərdə "İş dəftəri" adlı məsələ atılmışdı ortalığa. Bu iş dəftərləri təhsilə, biliyə və elmə xidmətdən daha çox kommersiya maraqlarına xidmət edirdi, reklam xarakteri daşıyırdı. Iş o həddə çatmışdı ki, valideyn 5-6 fənndən 5 manat dəyərində iş dəftəri almalı idi. Təkcə iş dəftərlərinə 25-30 manat xərc tələb olunurdu. İctimaiyyət bu məsələnin üstünə getdi. Bu, mətbuatda da geniş işıqlandırıldı və Nazir iş dəftərlərinin tədris vəsaitləri siyahısından çıxarılması əmrini verdi”. Rus dilli saytlardan hansısa biri “getməyib” sözünü “getməyəcək” şəklində işıqlandırıbsa, ola bilsin ki, bu texniki qüsurdur. Keçək 30 min məsələsinə, yəni Nazirliyin açıqlamasının “Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib.Biz Nadir müəllimdən xahiş edirik ki, informasiyanı verərkən dürüst statistikaya əsaslansın və olmayan rəqəmləri şərh etməsin.“ ” bəndinə.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?