GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Səfərbərlik Xidmətində maliyyə maxinasiyaları

Səfərbərlik Xidmətində maliyyə maxinasiyaları

Tarix: 29-09-2016, 16:02 Bölmə :Siyasət Baxış: 496
Səfərbərlik Xidmətində maliyyə maxinasiyaları

Arzu Rəhimovun başı “maliyyə məsələləri”nə qarışınca, qurumun rayon şöbələrində də şıdırğı saxta hərbi bilet alverinə şərait yaranır

Neçə müddətdir ki, qəzetimizin səhifələrində dərc etdiyimiz materiallarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) müxtəlif rayon şöbələrinin fəaliyyətində yer almış ciddi qanun pozuntularından bəhs olunur. Etiraf etmək lazımdır ki, ayrı-ayrılıqda götürülmüş hər hansı bir şöbədə müşahidə olunan neqativ hallar, əslində nəticə etibarı ilə məhz ümumilikdə Səfərbərlik Xidmətinin yarıtmaz fəaliyyətindən xəbər verir. Heç təsadüfi deyil ki, bu gün cəmiyyətdə formalaşmış ictimai rəy Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də birbaşa Xidmətin rəisi Arzu Rəhimovun fəaliyyətindən çoxsaylı narazılıqlarla diqqəti cəlb edir. Digər tərəfdən də, son zamanlar Səfərbərlik xidmətinin əksər yerli şöbələrində çalışanların rəhbər vəzifəli şəxslərin avtomobillərinin, villalarının və ticarət obyektlərinin də sayının və qiymətlərinin durmadan artması, bu narazılıqların yaranmasını stimullaşdırır. Artıq heç kəs üçün sirr deyil ki, bu gün Səfərbərlik xidmətinin bir çox rayon şöbələrinin fəaliyyəti hələ də əksər hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. Halbuki vətəndaşların orduya çağırışı və konkret ordu hissələrinə göndərişi ilə bağlı bütün səlahiyyətlərin Səfərbərlik xidmətinə verilməsindən sonra belə bir ictimai rəy də formalaşmışdı ki, artıq bu proseslər bəzi rüşvətxor hərbçi məmurlar üçün qeyri-leqal gəlir mənbəyi kimi öz əhəmiyyətini itirəcəkdir. Lakin bütün bu islahatlar nəticə etibarı ilə bəzi bölgələrdə rüşvət və korrupsiyadan əldə olunan gəlirlərin mənimsəmə imkanlarının sadəcə olaraq birilərinin əlindən digərlərinə keçməsinə səbəb oldu. Bu günlərdə ölkə mətbuatında yayımlanmış məlumatlarda isə, Səfərbərlik xidmətinin rəhbərliyi həm də irimiqyaslı maliyyə maxinasiyaları, dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi hallarında ittiham olunur. Söhbət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsaitlərdən gedir. Məlumatlarda ilkin olaraq bildirilir ki, Səfərbərlik xidmətinə 2016-cı il üçün büdcədən 20 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitin yarıdan çoxu, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Ştatdankənar işçilərin əmək haqqı məbləğı isə, 22 min 500 manat qeyd edilib. Lakin mənbənin iddiasına görə, artıq neçə ildir ki Səfərbərlik xidmətinin strukturlarında ştatdan kənar işçilər mövcud deyil. Bu faktı Xidmətin bir neçə rayon şöbəsinin rəhbəri media sorğusuna cavab olaraq da təsdiqləyib.

Bundan başqa, bu il Səfərbərlik xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 761 min 646 manat vəsait nəzərdə tutulub. Diqqəti cəlb edən məqam isə budur ki, qeyd olunan rəqəm 4 il əvvəlki ilə müqayisədə 38 dəfə (!) çoxdur. Belə ki, 2012-ci ildə Səfərbərlik xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 20 min manat vəsait ayrılıb. Halbuki, 4 il əvvəl dövlət büdcəsi bu ilki kimi qənaətcil formalaşmamışdı. Maraqlıdır ki, bu ağlasığmaz fərqi son dörd il ərzində baş vermiş qiymət artımı ilə də heç cür əsaslandırmaq olmur. Çünki, bu zaman ərzaq məhsullarının satın alınmasına ayrılan məbləğin təxminən 30% azalmasını izah etmək olmur. Həmçinin diqqəti cəlb edən bir cəhət də budur ki, məhz ki, Arzu Rəhimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmasından sonra, dərman preparatları və sarğı materiallarının satın alınmasına sərf olunan xərclərin kəskin artmı baş verib. Belə ki, 2012-ci ildə bu xərclər 20 min manat idisə, artıq 2013-cü ildə həmin bənd üzrə satınalmalara 100 min manat məsrəf olunub.

Təbii ki, Səfərbərlik xidmətinin rəhbərliyinin başı bu kimi “maliyyə məsələləri”nə qarışınca, qurumun rayon şöbələrində də şıdırğı saxta hərbi bilet alverinə şərait yaranır. Nəticədə isə, yerli mənbələr tərəfindən müxtəlif instansiyalara təqdim olunan məlumatlarda əksər rayon kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərilməsinə dair konkret faktlar yer almağa başlayır...

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda səfərbərlik

    Azərbaycanda səfərbərlik ...

    4-02-2015, 12:25

  • 
  • Arzu Rəhimovun adına şok iddia

    Arzu Rəhimovun adına şok iddia ...

    2-05-2013, 02:55

  • 
  • Səfər Əbiyevə sarsıdıcı zərbə

    Səfər Əbiyevə sarsıdıcı zərbə ...

    13-12-2012, 17:01

  • 
  • Çağırışçıların daşınması üçün yeni avtobuslar alındı- FOTO

    Çağırışçıların daşınması üçün yeni avtobuslar ...

    11-02-2014, 14:43

  • 
  • Səfərbərlik xidmətindən hərbi ekspertə xatırlatma

    Səfərbərlik xidmətindən hərbi ekspertə xatırlatma ...

    26-02-2014, 13:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu