GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rektor qardaşının səs-küylü qətlində MTN izi...

Rektor qardaşının səs-küylü qətlində MTN izi...

Tarix: 29-09-2016, 16:14 Bölmə :Siyasət Baxış: 1 102
Rektor qardaşının səs-küylü qətlində MTN izi...

Elşad Abdullayevin qardaşı Mahiri Mətanət - Çovdarov - Əsədov triosu öldürdüb? - Şok təfsilat

MTN generalı Akif Çovdarovun məhkəməsinin başlanması ilə bir sıra səs-küylü cinayət işləri də gündəmə gəlməkdədir. Onların sırasında ABU-nun rektoru olmuş Elşad Abdullayevin qardaşı Mahirin qətli trend xəbər kimi keçir.

Rektor qardaşının səs-küylü qətlində MTN izi...

Çovdarov-Mətanət işbirliyi

“Gündəm-xəbər”in məlumatına görə, Çovdarovun cinayət işinə Mahir Abdullayevin öldürülməsi də əlavə edilə bilər. Onun bu sui-qəsddə iştirakı və rolunun olması haqda rektorun irəli sürdüyü faktların istintaq tərəfindən qəbul ediləcəyi mümkündür.

MTN-də ifşa edilmiş şəbəkənin silsilə cinayətləri arasında rektor qardaşının da qətli hallanır. Ümumiyətlə, prezidentin haqlı olaraq ləğv etdiyi MTN-də kök salmış bu çete illərlə sahibkarlara, tanınmış adamlara, vəzifəlilərə divan tutub.

Eləcə də Mahirin qətlində də Çovdarov ehtimalı səslənir. Bu məsələdə müğənni Mətanət İsgəndərlinin da adı keçir. Onun Mahir Abdullayevin oğurlanması cinayətində iştirakı ilə bağlı iddialar var.

E.Abdullayev müraciətində yazır ki, “ölüm eskadronu”nun qorxunc lideri olan Akif Çovdarovun bu hadisədə barmağı var.

“Mahir Abdullayevi Mətanət İsgəndərlinin evindən oğurlayıblar. Mən bir hüquq professoru olaraq iddia etmirəm, maddi sübutlarla tam məsuliyyətlə təsdiq edirəm ki, Mahir Abdullayevi oğurlanması məkan - yer etibarı ilə müğənni Mətanət İsgəndərlinin evindən olub.

Mətanət İsgəndərli ilə heç bir şəxsi-qərəzliyim yoxdur. Onu efirdən tanımışam, Mahir oğurlana qədər də heç bir əlaqəm olmayıb.

Bu cinayət hadisəsindən sonra bir hüquqşünas kimi onun Mahir Abdullayevin oğurlanması cinayətindəki rolunu gizlincə araşdırmaq zərurətində qaldım”, - deyə keçmiş rektor müraciətində qeyd edib.

Rektor qardaşının səs-küylü qətlində MTN izi...

Müğənni Hilal Əsədovun agenti olub

E.Abdullayevin sözlərinə görə, qardaşının oğurlanması cinayətinin bilavasitə təşkilatçısı MTN-in birinci müavini general Hilal Əsədov olub:

“Cinayətin icra prosesinə Akif Çovdarov və onun yaxın qohumu Qulu Cəfərov rəhbərlik ediblər. Cinayətin istiqamət verəni - "nakolşiki" Hilal Əsədovun yaxın qohumu və işçisi Sənan İbrahimov olub.

O, hər ay Hilal Əsədova “yağlı'' işlər verib və müqabilində pul alıb. Cinayətin şahidləri müğənni Mətanət İsgəndərlinin ailə üzvləri, bacısı - Təranə, dayısı oğlu-sürücüsü Teymur, onun anası və bacısı, prodüsser Ələddin və mediada ictimailəşdirdiyimiz şahidlərdi. Mətanət İsgəndərli həmişə MTN-in birinci müavini Hilal Əsədovun agenti olub”.

Keçmiş rektor deyir ki, Hilal Əsədov da Mətanəti bu günə qədər həbslərdən qoruyub: “Akif Çovdarovun etdiyi bütün cinayətlərin təşkilatçısı Hilal Əsədov və Rəsul Rəsulovdur. Akif Çovdarov və Hilal Əsədov bir medalın iki üzüdü.

Hilal Əsədov Hacı Məmmədovun cinayət işində olduğu kimi, sonda, məhkəmə prosesində Akif Çovdarovu qurban verib özü kənarda qalacaq.

O, Akif Çovdarova söz verib ki, “adımı hallandırma, səni qurtaracam”. Həbsdə ölən MTN generalı İlqar Əliyev də onun əl işidir. Hilal Əsədov bu gün ’’MTN İşi'' cinayətlərinin əsas subyekti olmasına baxmayaraq məhkəmə məsuliyyətindən qorunur”.

Rektor qardaşının səs-küylü qətlində MTN izi...

“Sevinc Babayeva kimi sizi də yox edəcəklər”

Keçmiş rektor müraciətində yazır ki, H.Əsədov və M.İsgəndərli azadlıqda olduğu müddətdə A.Çovdarovun cinayətlərinə obyektiv hüquqi qiymət verilə bilməz: “Onların hər ikisinin Akiv Çovdarovla birlikdə məhkəmə məsuliyyətinə cəlb olunmasını tələb edirəm.

Cinayət Məcəlləsinin (AR-in CM-si) 296-cı maddəsi ”Bilə-bilə yalan xəbərçilik etməyə'' görə ağır cinayət məsuliyyəti müəyyən edib;

İkincisi, Mətanət İsgənərli və cinayətkar şəbəkə bu günə qədər bilə-bilə istintaq yalan ifadə veriblər.

CM-in 297-ci maddəsi bilə-bilə yalan ifadə verməyə görə ağır cinayət məsuliyyəti müəyyən edib;

Mətanət İsgəndərli, hələ gec deyil, məhkəmədə düzgün ifadə versəniz cinayət məsuliyyətindən azad oluna bilərsiniz.

Həm də həyatınızı xilas edə bilərsiniz. Cinayətkar şəbəkə heç bir vaxt şahid sevməyib, onu aradan götürüb. Sevinc Babayeva sayağı sizi də məhkəmədən sonra yox edəcəklər”.

E.Abdullayev müğənninin Mahirin oğurlanmasında iştirakına dair detalları açıqlayıb: “ “Mahir İslam oğlu Abdullayev 13 oktyabr 2003-cü il tarixdə səhər saat 10:18-dən 16:20-dək müğənni Mətanət İsgəndərlinin Səbael rayonu, Nizami küçəsi ev 4, mənzil 8 ünvanında yerləşən evində zorən saxlanılıb.

Mahir müğənni Mətanət İsgəndərlinin evinə onun həmyerlisi və prodüsseri Əlləddin adlı şəxsin dəvəti ilə gəlib. İbtidai istintaq da ilkin vaxtlar bu faktın üzərində dayanmış və araşdırmalarını bu istiqamətdə aparmışdı”.

“Mahir 6 saat zorla saxlanarkən yaralanıb”

Mərhumun qardaşı əlavə edir: “İstintaq zamanı, həm də o məlum olmuşdu ki, İbrahimov Sənan İzzət oğlu, Əsədov Ələddin Qurban oğlu, Kərimov Asif Nəriman oğlu, Şəkili Eldar, Mətanət İsgəndərlinin qızı, müğənninin sürücüsü dayısı oğlu Teymur adlı şəxs 6 saat göstərilən mənzildə saxlanılan Mahir Abdullayevin başına gətirilənlərdən xəbərdardırlar.

Hətta, bəzi məlumatlara görə Mahir 6 saat bu mənzildə zorla saxlandığı zaman odlu silahla yaralanıb. Lakin məlum olmayan səbəbdən sonradan istintaq bu istiqamətdə deyil, cinayətin ört-basdır edilməsinə gətirib çıxaran digər istiqamətlərdə aparılıb.

Məhz istintaqın yanlış istiqamətdə aparılmasının, sanki bilərəkdən cinayətin üstünün açılmamasına yönəldilməsi ötən 13 ildə heç bir nəticənin əldə edilməməsinə səbəb olmuş, əvəzində nəticəsiz istintaq işi süni şəkildə qalınlaşdırılır və müstəntiqlər bir-birinin ardınca dəyişdirilib”.

E.Abdulayev yekunda bunları vurğulayıb: “Hilal Əsədovun qohumu Sənan İbrahimovun Mahirin oğurlanmasına bir gün qalmış tələm-tələsik məndən 50 min borca pul istəməsi, yenə də Mətanətin evinə gətirən dəlillər, Mahirin çantasından götürülən 600 min dollar təkzibedilmz faktlardır”.

Çovdarov Qobustan türməsinə göndəriləcək?

Araşdırmalar zamanı məlum olub ki, kişi müğənnilər də bu şəbəkənin qurbanları imiş. Eyyub Yaqubov, Səməd Səmədov kimi ifaçıların günü qanqster tərəfindən qaralanıb. Məlumatda bildirilir ki, H.Məmmədovun MTN təcridxanasında saxlanması da A.Çovdarovun qanadı altında olmağa hesablanıb. MTN generalı qanqsterə hamilik edirmiş. Onların ayrı-ayrılıqda qurduğu cinayətkar şəbəkələrə görə onlarla ifaçı, tanınmış şəxslər qurbanlığa çevrilib.

Qeyd edək ki, Çovdarova ömürlük həbs cəzası verilə bilər. İstintaq materialları məhkəmənin ona ən ağır hökmü oxumağa kifayət edir. Çovdarovun iş adamlarından müğənnilərə, vəzifəli şəxslərdən tutmuş imkanlı adamlara qədər bütün təbəqələrə qarşı törətdiyi cinayət işləri onun ömürlük azadlıqdan məhrum edilməsini şərtləndirib. Çovdarovun sabiq metro rəisi Tağı Əhmədovdan 3 milyon alması, sahibkarları soyması, qanqster Hacı Məmmədovla əlaqələri onun yolunu Qobustan həbsxanasından sala bilər.

Çovdarov onu da bilir ki Qobustana göndərilsə, ölümdən betər olacaq. Ona görə bir müddət əvvəl intihara cəhd etmişdi. Xatırladaq ki, Akif Çovdarovun Hacı Məmmədovun illər öncə “Osminoqun digər barmaqları” deyə eyham vurduğu şəxslərdən birinin məhz onun olması ehtimalı onun işini qəlizləşdirir. Bu ehtimal eyni zamanda Hacı Məmmədovun bu günə qədər MTN-nin təcridxanasında saxlanmasının gizlinlərinə də işıq salır. Tamamilə mümkündür ki, Akif Çovdarovla Hacı Məmmədov əvvəldən eyni dəstənin üzvləri olub. Hacı Məmmədovun təbirincə desək, Akif Çovdarov “osminoq”un digər barmağıymış. Belə olan halda Hacı Məmmədovun cəzaçəkmə müəssisəsinə köçürülməməsi və heç bir səbəb olmadan MTN-nin təcridxanasında saxlanılması da məhz Akif Çovdarovun və ya dəstə başçısının təşəbbüsü nəticəsində baş tuta bilər. Qeyd edək ki, A.Çovdarova qarşı 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur. Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə

edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mətanət İsgəndərlinin adı adam oğurluğunda

    Mətanət İsgəndərlinin adı adam oğurluğunda ...

    15-09-2016, 20:48

  • 
  • Akif Çovdarov Mətanət İsgəndərlini də şərləyərək pul alıb?

    Akif Çovdarov Mətanət İsgəndərlini də şərləyərək ...

    27-04-2016, 23:16

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric edildi

    Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric ...

    27-10-2015, 19:49

  • 
  • Mahirin bu şəkildə yoxa çıxması əsl rəzalətdi

    Mahirin bu şəkildə yoxa çıxması əsl rəzalətdi ...

    8-04-2013, 10:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu