“İstehlak krdditləri sahəsində bankların verdikləri kreditlər tam da əsaslı deyil. Amma kredit bankla borc götürən arasında anlaşılır. Ona görə də mən bankları sosial məsuliyyətə çağırıram”.
“Qafqazinfo” Axar.az-a istinadən xəbər verir ki, Bu sözləri Elman Rüstəmov bu gün Milli Məclisdə büdcə layihəsi ilə bağlı iclasda deyib. Mərkəsi Bank sədrinin sözlərinə görə, hazırda kreditlərin faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də istehlak kreditlərinin verilməsi ilə bağlıdır:
“İstehlak kreditləri kredit portfelinin 35 faiznin tutur. Və 15 faizdən 30 faizədəklə verilir. Amma portfelin 35 faizini təşkil edən biznes kreditləri 14 faizlə verilir.
Hazırda biznes kreditləri üzrə faiz dərəcələri azalma istiqamətində gedir. Biznes kreditləri üzrə faiz dərəcələri 2008-ci ildən indiyədəyək 5 faiz azalıb. Amma biznes kreditləri üzrə faiz dərəcəsi yenə də yüksəkdir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?