GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İcra başçısının Çovdarovları Bərdəni dağıdır

İcra başçısının Çovdarovları Bərdəni dağıdır

Tarix: 12-10-2016, 18:28 Bölmə :Siyasət Baxış: 983
İcra başçısının Çovdarovları Bərdəni dağıdır

Vidadi İsayev İlham Əliyevin ondan gözləntilərini yerə vurdu, prezident dəstəyini, rayon hakimi isə talançılığını əsirgəmədi

Bərdəni viran qoyan, əhalinin gününü göy əskiyə bükən, hətta məmurlardan da xərac yığan kiçik çovdarovlar şok siyahısı “Gündəm-xəbər”də...

Bərdənin icra başçısı etimadı doğrultmadı. Vidadi İsayev prezident İlham Əliyevin ondan gözləntilərini yerə vurdu.

“Gündəm-xəbər”in verdiyi məlumata görə, rayona rəhbər təyin olunarkən ona həm yerli əhali, həm məcburi köçkünlərin, şəhid ailələrinin qayğısına qalmaq prioritet tapşırıq kimi verilmişdi.

Prezident yanında itən etibar

Dövlət rəhbərliyi dəstəyini də əsirgəmədi. Büdcədən pullar ayrıldı ki, icra başçısı qarşıya qoyulan məqsədləri çətinlik çəkmədən yerinə yetirsin, əhalinin sosial həyatında dəyişiklik etsin.

Lakin V.İsayev büdcə pullarını öz yaxın çevrəsi ilə yağmaladı, camaatın dərdinə şərik olmadı, problemlər günbəgün aşıb-daşdı, qədim Bərdə şəhəri icra hakimiyyətinin yarıtmaz fəaliyyəti nəticəsində orta əsrlər dönəminə qaytarıldı.

Beləcə prezidentin gözündən düşən Bərdə rəhbərliyi etibarı itirdi. Eyni zamanda iqtisadi böhran dövründə dotasiyanın kəsilməsi ilə nəticələndi.

Halbuki, qonşu Tərtər rayonuna başçı təyin olunan Müstəqim Məmmədov Vidadi İsayevdən fərqləndi.

Cəbhə bölgəsinin sakinləri ilə fasiləsiz görüşlər keçirdi, əhalinin yanında oldu, problemlərini dinlədi.

Bərdənin hakimi isə qarşısında rayonu çapıb-talamaq, darmadağın etmək, əhalini narazı salmaq kimi hədəflər qoyduğu üzə çıxır.

Üstəlik, hələ də icra başçısı və komandası öz bildiyini etməkdədir, Bərdədə yenə pulyığma kampaniyasına başlanıb. Kimsə İsayevə “dur” demir.

Sanki onun vəzifəsi pul silməkdən, məmurlara və özünə biznesi şəraiti yaratmaqdan ibarətdir.

Prezident yanından itən etibarı bərpa etməyi belə düşünməyən Bərdə rəhbərliyi sərəncama göndərilən RİH başçılarının yolunu gedir. Bərdə camaatı isə çox narazıdır. O dərəcədə ki saysız-hesabsız şikayət məktubları ünvanlanır.

Yeri gəlmişkən, deputat Çingiz Qənizadə bildirmişdi ki icra hakimlərinin vəzifəsindən kənarlaşdırılmasında mətbuatda gedən yazıların təsiri olub.

Millət vəkili Salyan və Cəbrayılın icra başçısının dəyişməsinə eyham vurmuşdu. Onun sözlərinə görə, prezident hər iki məmurun davranışları ilə mediada tanış olub və qərar verilib.

V.İsayev şikayətləri vecinə almır, sakinləri qəbul etmir, öz adamlarına rayonu viran qoymağa imkan yaradır. “Təchizat BCS” MMC-nin pul silməsi

Vidadi İsayev milyonlarla manat dövlət pulunu şəxsi məqsədlərinə sərf edib. Məsələn, onun dəftərxana ləvazimatlarının satın alınması adı altında büdcədən ayrılmış 8190 manatı hara xərclədiyini özündən başqa kimsə bilmir.

Bərk inventarların satın alınması üçün ayrılmış 11250 manatın da aqibəti məlum deyil. Həmçinin ehtiyat hissələrinin satın alınması məqsədi ilə ayrılmış 3150 manat və sair xərclər maddəsi uzrə malların (işlərin və xidmətlərin) satın alınmasıı üçün ayrılmış 2160 manat da icra başçısının zavalına gəlib.

Maraqlıdır ki, bu pul silmə əməliyyatlarının böyük qismi «Təchizat BCS» MMC şirkətinin əliylə həyata keçirilib.

Bərdənin icra başçısı Vidadi İsayevin rayonda gestapo rejimi yaratmaqla yanaşı, həm də yaxın qohum-əqrabasına geniş yaratmaqla məşğuldur.

İcra başçısı Heydər Əliyev parkında oğlu üçün dəyəri 100 min manat olan «Ana və Uşaq» kafesi inşa etdirir.

Bu kafenin tikilib başa gəlməsi üçün bütün məmurları sıxışdıran Vidadi İsayev qarşı çıxanları sərt şəkildə cəzalandıracaını deyib. Amma İsayev təkcə oğlunu deyil, kürəkənini də yaddan çıxarmayıb.

Belə ki, o, bir müddət əvvəl tikilərək istifadəyə verilmiş Qaçqın Şəhərciyində kürəkəni üçün ümumi sahəsi 100 kv.metr olan dükan tikdirir.

Halbuki qanunla Qaçqın Şəhərciyində belə obyektlərin inşa edilməsi nəzərdə tutulmayıb və qismən qadağan hesab edilir.

Başçının heyrətamiz kadrları - Siyahı

İcra başçısının vəzifəyə qoyduğu iş bilməz kadrlar camaatın əsəbi ilə oynayır Vidadi İsayevin büdcə dağıdıcı komandası Bərdəni də alt-üst edib.

V.İsayevin şəbəkəsinin adları açıqlanıb. Siyahıda Tərtər rayonundan gətirdiyi İsmayılov İskəndərin sənədlərlə iş şöbəsinə müdir təyin olunması qeyd edilib. Tərtər rayonundan Zaur Bəylərovu isə özünə köməkçi təyin edib.

Hazırda ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiridir. Onun başçının biznes işlərinə də nəzarət etdiyi deyilir. Zaurun qayınatasını komendanta nəzarətçi və rayonundan qayını Bünyatov Çingizi isə özünə sürücü, Yevlax şəhərindən Fərzəliyev Əlini isə şəhər təsərrüfatı üzrə nümayəndə gətirib.

İcra Hakimiyyətinin Hüquq şöbəsinə məsləhətçi vəzifəsinə Salyan rayonundan öz bacısı oğlu Səfərov Natiqi, Sənədlərlə iş şöbəsinə məsləhətçi vəzifəsinə Yevlax şəhərindən Səttarov Mübarizi, Sənədlərlə iş şöbəsinə Şəhər İcra Nümayəndəsinin oğlu Fərzəliyev Fəridi gətirib.

Telekommunikasiya Qovşağına müdir vəzifəsinə Yevlax şəhərindən Şirinov Nazimi, Əhalinin Sosial Müdafiəsi Mərkəzinə direktor vəzifəsinə Yevlax rayonundan Məmtiyev Raqufu, Mənzil İstismar Kontorunun müdiri vəzifəsinə Tərtər rayonundan olan Pənahov Raufu, Bərdə Su-kanal idarəsinin müdiri vəzifəsinə Goranboy rayonundan olan Zamanov Vilayəti gətirib.

Bərdə Ərazi Yer Quruluşu idarəsinin rəisi vəzifəsinə Tərtər rayonundan olan Cəfərov Təbibi, Torpaq şöbəsinin müdiri vəzifəsinə Salyan rayonundan Şirinov Yaşarı, Bərdə Loqistik kübrə bazasına Yevlax rayonunda işdən qovulmuş Rüstəmov Sürəddini təyin etdirib. Balaca Çovdarovlar peyda olub

Bərdə rayonundan daxil olan məlumatda bildirilir ki, büdcə təşkilatlarının müdirləri aylıq qazanclarının təxminən yarısını Vidadi İsayevlə bölüşürlər.

Bu siyahıda mətbuatda yayılıb. Və maraqlıdır ki, tənqidlərə baxmayaraq nəticə dəyişməyib.

Artıq 3 ildən çoxdur Bərdədəki dövlət idarələrinin müdirləri icra başşçısı Vidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirlər.

Belə ki, 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov ayda 3 min manat, Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Təhsil

Şöbəsinin müdiri Rzaquli Şərifov ayda 5 min manat, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularının İstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiri Sərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər.

Göründüyü kimi, ifşa edilmiş və ləğv olunmuş MTN çetesinin kiçik bir odiozlaşmış variantı Bərdədə “meydan sulayır”. Onlara kimsə “gözün üstə qaşın var” deməyə cəsarət etmir. Məmurlardan 2 min xərac toplanır

Mətbuatda gedən son xəbərlərə görə, yenə də məmurlardan xərac toplamağın başında Zaur Bəylərov dayanır. Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olan Z.Bəylərov oktyabrın 4-də, nahardan sonra tabeliyində olan 35 icra nümayəndəliyini tək-tək yanına çağırıb. Şöbə müdiri heç bir səbəb göstərmədən deyib ki, icra başçısı Vidadi İsayevin tapşırığı var. Göstərişə əsasən hər nümayəndəlik üç gün ərzində 2000 manat verməlidir. Bu tapşırıq icra nümayəndələrini şoka salıb. İcra nümayəndələrindən bir neçəsi buna etiraz edərək, ərizəsin yazıb getməyə hazır olduğunu bildirib. İqtisadi böhranın ən kəskin və dərinləşən dönəmində dotasiyasız yaşayan, rüşvəti azalan məmurlar təlaşlanıblar.

Media yazır ki, bu zaman Z.Bəylərov onları hədələyib. RİH rəsmisi icra nümayəndələrinə deyib ki, problem deyil, ərizəni yazın, işdən çıxın, fəaliyyətinizi tətfiş edib, prokurorluğa verəcəm. Qeyd edək ki, şöbə müdiri Zaur Bəylərov bundan öncə icra başçısı Vidadi İsayevin köməkçisi olub və dəfələrlə onun haqqında mətbuatda tənqidi yazılar yayımlanıb. Zaur Bəylərov oğlunun avtoxuliqanlğı nəticəsində bir gəncin ölümünə səbəb olduğuna görə işdən qovulan Tərtərin rayon İcra Hakimiyyətinin başçısının sabiq birinci müavini Vidadi Bəylərovun qardaşıdır.

Zaur Bəylərovun doğmaca dayısı Xalid adlı şəxs bir neçə il bundan öncə Tərtər RPŞ tərəfindən keçirilən əməliyyat zamanı evini priton etdiyinə görə, həbs olunub. Hansısa gizli əllər onu həbsdən buraxıb.

İsayev Vidadi İsa oğlu kimdir?

Məlumat üçün deyək ki, İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib.

1980-1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllim, 1986-2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri işləyib.

2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Tərtəri viran qoyduqdan sonra Bərdəyə keçib.

Prezidentin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Amma burada da ümidləri doğrultmadığı görünür. Onu da bildirək ki, V.İsayev Yeni Azərbaycan Partiyasının üzvüdür.

Tarix elmləri namizədidir. Ailəlidir, üç övladı var. Bütün bu iddialara və ittihamlara rəğmən heç bir qərəzimiz olmadığı üçün yazıda adı keçən bütün tərəflərin mövqeyini çap etməyə hazırıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İCRA BAŞÇISI QAÇMAĞA HAZIRLAŞIR - ŞOK TƏFƏRRÜATLAR

    İCRA BAŞÇISI QAÇMAĞA HAZIRLAŞIR - ŞOK TƏFƏRRÜATLAR ...

    16-08-2015, 00:24

  • 
  • Bərdənin icra başçısı vəzifəyə kürdləri yerləşdirir

    Bərdənin icra başçısı vəzifəyə kürdləri ...

    15-05-2014, 11:06

  • 
  • Bərdənin icra başçısı qonşularının evlərini həyətinə qatdı - ÖZƏL

    Bərdənin icra başçısı qonşularının evlərini ...

    8-12-2014, 01:16

  • 
  • Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL

    Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL ...

    24-08-2015, 14:39

  • 
  • Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək üçün hərəkətə keçdi

    Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək ...

    29-10-2014, 11:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu