GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » General Qulam Yəhyanın 110 illik yubileyi qeyd olundu

General Qulam Yəhyanın 110 illik yubileyi qeyd olundu

Tarix: 13-10-2016, 18:40 Bölmə :Siyasət Baxış: 668
General Qulam Yəhyanın 110 illik yubileyi qeyd olundu

Görkəmli inqilabçının, ictimai-siyasi xadimin həyat yoluna nəzər salındı

Görkəmli ictimai-siyasi xadim, inqilabçı, Azərbaycan Demokrat Firqəsinə uzun illər sədrlik edən general Qulam Yəhya Daneşaninin anadan olmasının 110 illik yubileyi dünən «Mübarizədə keçən ömür» silsiləsindən tədbirlərlə yadda qalıb. «İranlı Mühacirlər Cəmiyyəti» İctimai Birliyinin həyata keçirdiyi həmin tədbirlərdə bu qurumun üzvləri ilə yanaşı müxtəlif təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

General Qulam Yəhyanın 110 illik yubileyi qeyd olundu

Öncə onlar Ulu Öndərimiz Heydər Əliyevin, Azərbaycan Demokrat Firqəsinin və Milli Hökumətinin rəhbəri olmuş Seyid Cəfər Pişəvərinin, general Qulam Yəhyanın Fəxri Xiyabandakı abidələrini ziyarət ediblər. Burada səslənən çıxışlarda yubilyarın həmin şəxslərlə taleyinin kəsişdiyi məqamlara xüsusi diqqət çəkilib, Ümummilli Liderin mühacirət illərində Qulam Yəhyaya, onun sədri olduğu təşkilatlara, mühacirlərə necə həssas yanaşması ehtiram hissi ilə yad edilib.

General Qulam Yəhyanın 110 illik yubileyi qeyd olundu

Beynəlxalq Mətbuat Mərkəzində düzənlənən tədbiri isə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri Valeh Quluzadə açıb. Sədr «Mühacir» qəzetinin yeni sayının yubilyarın həyat və mübarizə yoluna, onu yaxından tanıyan insanların xatirələrinə, təəssüratlarına həsr olunduğunu deyərək çıxışında əsas diqqəti şəxsi keyfiyyətlərinə, prinsipiallığına yönəldib: «Firqəmiz və mühacir təşkilatımız 71 ildir ki, varlığını qorumaqda, funksional fəaliyyətini davam etdirməkdədir. Bu, qurumlara rəhbərlik etmiş hər şəxsin müstəsna xidmətinin nəticəsi olsa da Qulam Yəhya faktoru daim mühüm əhəmiyyət daşıyıb».

Sonra iştirakçılar 71 il əvvəl Təbrizdə bəstələnən, naməlum şəxs tərəfindən ifa olunan «Yaşasın general Qulam Yəhyanı» marşını alqışlarla dinləyiblər. «İranlı Mühacirlər Cəmiyyəti» İB-nin sədri Rəhim Hüseynzadə 1906-cı ildə Sərab mahalının Əskərabad kəndində dünyaya gələn Qulam Yəhyanın ömür qismətinə düşən üç mühacirətin hər bir mərhələsi barədə müfəssəl məlumat verib. Rahatlığın onun yaşam tərzinə zidd olduğunu deyərək istər Azərbaycanda sovet hakimiyyətinin qurulmasınadək həmkarlar ittifaqı rəhbəri, sonralar isə bir sıra vəzifələrdəki fəaliyyəti, istər «21 Azər» Hərəkatının qələbəsinədək qarşılaşdığı üzüntülər, istərsə də mühacirətdə minlərin hərtərəfli qayğılarının həlli yolundakı cəfakeşliyi barədə konkret misallar gətirib.

R.Hüseynzadə məhz bunların nəzərə alınaraq ADF və İMC tərəfindən «Qulam Yəhya - 110» fəxri diplomunun təsis olunduğunu bildirib. Əlavə edib ki, ilk diplomun yubilyarın oğlu, cəmiyyətin İdarə Heyətinin üzvü, mühəndis Bəhram Daneşaniyə verilməsi qərara alınıb:«İstərdik ki, yubilyarla uzun illər çiyin-çiyinə işləmiş, onu İrandan tanıyan, 85 yaşlı həkim, həm də İdarə heyətinin üzvü Adilə Çernikbülənd mükafatı təqdim etsin ».

Adilə xanım diplomu təqdim etməzdən əvvəl son 70 ildə şahidi olduğu hadisələrdən danışıb, Qulam Yəhyanı bir rəhbər və insan kimi xarakterizə edib.

Tədbirdə iştirak edən Qızıl Aypara Cəmiyyətinin təmsilçisi Niyaz Eyvazov B.Daneşaniyə diplom, «Dədə Qorğud Fondu»nun rəhbəri, «Azərbaycan Dünyası» jurnalının baş redaktoru Eldar İsmayıl xüsusi mükafat təqdim ediblər. Ə.Çernikbülənə isə «Dədə Qorqud» mükafatı verilib.

Tədbirdə İsveçdən, Almaniyadan, Hollandiyadan, Qazaxıstandan İMC-yə ünvanlanan təbriklər olunub. İran Xalq Partiyasından Məhəmməd Müqəddəm və Xalq Fədailəri Partiyasından İbrahim Şiri həmin təşkilatlardan göndərilən təbriklər də oxunub.

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, AMEA-nın Şərqişünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova (Tohidi), politoloq Məmməd Əlizadə və başqaları çıxışlarında bu kimi tədbirlərin tariximizin daha dərindən öyrənilməsi, təbliği baxımından əhəmiyyətindən söhbət açıblar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    10-05-2016, 11:48

  • 
  • Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Prezident ümummilli lider Heydər Əliyevin ...

    12-12-2014, 11:06

  • 
  • “Mühacir” qəzeti 19 ildən sonra bərpa olundu

    “Mühacir” qəzeti 19 ildən sonra bərpa olundu ...

    14-09-2016, 20:44

  • 
  • Məhərrəm Əliyev İlham Əliyevin kürəkəninin ziyafətində

    Məhərrəm Əliyev İlham Əliyevin kürəkəninin ...

    9-11-2013, 00:32

  • 
  • Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd edir

    Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər ...

    10-05-2016, 12:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu