Artıq xəbər verdiyimiz kimi, noyabrın 7-də Moskvadakı “Ritz Carlton” otelində tanınmış iş adamı və ictimai xadim Aydın Qurbanovun 60 illik yubileyi ilə bağlı anım gecəsi keçirilib.
Virtualaz.org saytı bu barədə özünün 8 noyabr sayında bilgi verib. Yada salaq ki, Aydın Qurbanovun oğlu Səməd Qurbanov Azərbaycan prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın həyat yoldaşıdır.
Moskvada keçirilən tədbirdə A.Qurbanovun yaxınları və dostları, ailə üzvləri, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri iştirak ediblər. Azərbaycan məmurlarının demək olar ki, heç birinin qatılmadığı təntənəli yubiley mərasimində Bakıdan getmiş bir neçə sima diqqət çəkir. Onların arasında prezidentin hərbi məsələlər üzrə köməkçisinin köməkçisi, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, general Məhərrəm Əliyev və onun deputat qardaşı Adil Əliyev də olub.
Bildirilir ki, Əliyev qardaşlarını məhz Aydın Qurbanovun oğlu himayə edir. Belə ki, mərhum Aydın Qurbanovla Məhərrəm Əliyev möhkəm dost olublar.
Xəbərlərə görə, 2005-ci ilin “narıncı dalğası”nda vurulub Tacikistana səfir göndərilən generalın siyasi reanimasiyasına və yenidən əliyevçi elitaya qayıdışında da kiçik Qurbanovun dəstəyi olub. Əgər Səməd Qurbanov olmasaydı, general Əliyev hələ də günəşli Düşənbədə oturmuşdu, daha təntənəli mərasimdəki fəxri masa arxasında yox...
Sorğu
Yeni dizaynımız necədir?