GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Tarix: 19-10-2016, 11:53 Bölmə :Siyasət Baxış: 527
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: “Gündəm” qəzetinin direktoru cənab Ç.Cəfəri

1951-ci ildə Bərdə rayonunda anadan olmuşam, ali təhsilliyəm. Qarabağ mühiribəsinin veteranıyam, əliləm, ailəliyəm - 7 nəfər ailə üzvüm var, təqaüdçüyəm, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan Fətəliyev Cəmil Fətəli oğlu və Bərdə rayon Mirzalıbəyli kəndində kirayəşin yaşayan, ali təhsilli, işsiz, 7 nəfər ailə üzvü olan Fətəliyev Murad Cəmil oğlu tərəfındən

ƏRİZƏ

(Bu 8 il, 2 ayda müxtəlif tarixlərdə yazmış olduğumuz, 332 ərizəmizə cavab verilməməsi və bu barədə Hörmətli Prezidentimizə yazmış olduğum ərizəyə əsasən, Bərdə rayon İH-nin Başçısı Vidadi İsayev, eyni zamanda onun yaxm adamları tərəfdən bizi təqib edilməklə, yoxlanılmaqla, tutdurmaqla hədələtdirməsi barədə)

Hörmətli Prezident! Cənab direktor!

Mən, ali təhsilliyəm, Qarabağ müharibəsinin veteranıyam, əliləm. Təbriz şəhərində ürəkdən əməliyyat olunmuşam. Qaraciyərimdə serroz var. Böyrəklərim xəstədir, yüksək təzyiqim var və buronxitəm.

Həyat yoldaşımda xəstədir, 2 dəfə əməliyyat olunub. 1-ci dəfə Bakı şəhərində onkoloji xəstəxanada, 2-ci dəfə isə Təbriz şəhərində əməliyyat olmuşdur. Özü də şəkər, ürək, yüksək təzyiq və onkoloji xəstədir. Bizim bu iki əməliyyatı olunmağımıza “Nikoyl” bankdan 18.000 manat AZN pul götürüb vermişik.

Hörmətli Prezident! Cənab direktor!

Demək olar ki, bizim günümüz həkimlərdə, xəstəxanalarda və apteklərdə keçir. Biz, Sizin köməklikliyiniz sayəsində, bu xərcləri birtəhər təqaüd pulumuzla veririk. Çox vaxtı banka pul borcumuz qalır. Mənim bundan heç bir şikayətim yoxdur. Buna görə də Sizə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. O bir Allahdan arzu edirik ki, həmişə sağlam canla Prezidentimiz olasınız. Siz Ulu Öndərimizin layiqli davamçısınız.

Hörmətli Prezident! Ancaq, mənim oğlum Fətəliyev Murad Cəmil oğlu 2003-cü ildə Bakı şəhərində Azərbaycan Kooperasiya Universtitetini bitirmiş və ali təhsil almışdır. Oğlum Murad Fətəliyev ailəlidir - 7 nəfər ailə üzvü var. Beyləqan rayonunda döyüş bölgəsində hərbi xidmətini başa vurmuşdur. Hazırda heç bir yerdə işləmir.

Oğlum Mıırad Fətəliyev, işsizİiyi barədə Bərdə rayon İcra Başçısı cənab V.İsayevə və Bərdə rayon Məşğulluq Mərkəzinə bir neçə dəfə ərizə ilə müraciət etmişdir. Lakin bu günə kimi heç bir cavab almamışıq və nəticəsi olmamışdır.

Oğlum Murad Fətəliyevin 34 yaşı var. Bəs ona nə vaxt iş verəcəklər ki, o işləyib 7 nəfər ailəsini dolandırsın və yaşamağa özünə ev tikdirsin? Hələ də Muradın yaşamağa evi yoxdur!

Biz də bilmirik ki, verilmiş təqaüd pullarımızla özümüzü müalicə etdirək, dərman alaq, götürdüyümüz krediti verək, yoxsa oğlum Muradın özünün və 7 nəfər ailə üzvünü saxlayaq. Bizə çox çətindir, yaşamaq və dolanmaq. Nəyə görə? Ona görə ki, Murad işsizdir. Bütün xərcləri mən təqaüd pulumla ödəyirəm.

İndi rayonda olan bəzi vəzifəli məmurlar, pulumuz olmadığına görə bizə iş və nə də icarəyə torpaq vermirlər. Deyirlər hamısı, yəni pul, torpaq, vəzifə, bizim və qohumlarımızın olsun. Heç ərizəmizə də qanunla baxıb cavab vermirlər və köməklik əvəzinə ərizələrimizi göndərirlər Məşğulluq Mərkəzinə.

Bizim də ömrümüz yuıxarıda göstərdiyim kimi, bu cür xəstəliklə bu gün-sabahlıqdır. Bəs oğlum Murada nə vaxt iş verəcəklər, bilək ki, bizdən sonra o, ailəsini saxlaya biləcək. Rayonda olan məmurlar bu gün-sabah Murada iş verəcəklər deyərək 8 ildır ki, bizi aldadırlar. Bərdə rayon İcra Başçısının birinci müavini cənab V.Qarayev deyir ki, iş yoxdıır. Əgər iş yoxdursa bu 8 ildə yoxlayın görün neçə nəfərə iş və icarəyə torpaq veriblər. Əksəri də başçı cənab V.İsayevin Tərtər, Yevlax rayonlarından işə qoyduqları dostları və qohumlarıdır. Hətta biz özümüz də Bərdə rayonunda hansı idarələrdə iş yeri boşdur onlara demişik. Ancaq elə bil ki, guya sözii eşitmədilər və heç bir söz demədilər.

Pulumuz yoxdur deyə bizə iş vermirlər və heç sözümüzü də guya eşitmirlər.

Ərizəmizin Hörmətli Prezidentimizə çatması ücün ərizəmizi müxtəlif adlı qəzetlərdə, eyni zamanda, 14.09.2016 tarixdə, “Region”,”Gündəm“,”Teref İnfo”, 27.09.2016-cı il tarixdə “Palitika.az” və başqa saytlarda ərizələrimiz çıxmışdır. Həmin gün təxminən saat 17:25 radələrində mənə 050-389-00-04 nömrəsindən zəng gəldi. Həmin şəxs mənə dedi ki, Bərdə rayon İH başcısının köməkçisi Anar Hətəmovdur və 15.09.16 tarixdə saat 10:00 radələrində cənab V.İsayev bizi qəbula çağırır. Həmin gün mən də oğlum Muradla getdik başcı cənab V.İsayevin qəbuluna. Başçının gözləmə otağının qarşısında duran köməkcisi Anar bizə dedi ki, cöldə gözləyin. Biz təxminən 40-50 dəqiqə çöldə gözləyirdik ki, Anar gəlib bizə dedi: başcı cənab V.İsayev sizi qəbul etməyəcək. Bu vaxt cənab İsgəndər İsmayılov bizi otağına çağırdı.

Cənab İsgəndər İsmayılov iş otağında mənə dedi ki, sən yaşlı adamsan, bilmirsən oğlun Murada pislik edərlər. Sən, Hörmətli Prezidentimizə cənab V.İsayevdən şikayət ərizəsi yazmısan, ona nə deyəcəklər? Pul onlarda, vəzifə onlarda, şər atıb oğlunu tutdurarlar və başqa bu kimi ifadələrlə bizə hədə-qorxu gəldi. Əgər bunu bir də yazsan, çox əzablar çəkəcəksiniz və başınız ağrıyacaq. Bunu göstəriş verib, bizə hədə-qorxu gəlməsini təşkil edən Bərdə rayon İH başcısı cənab V.İsayevdir. Cünki zəng etdirib bizi Bərdə rayon İH

cağıtdıran cənab İsayevdir, qəbul etməyən də cənab V.İsayevdir. Bizə Bərdə rayon İH-də hədə-qorxu gələn şəxs isə onun işcisi cənab İsgəndər İsmayılovdur. Bizim həyat və səhhətimiz cənab V.İsayev və onun adamları tərəfindən təhlükə altına alınıb, eyni zamanda bizi təqib etdirir və incidir. Səbəb də odur ki, oğlum Murad 8 ildə ailəsini dolandırmaq üçün ondan münasib işlə təmin olunmağına görə Hörmətli Prezidentimizə şikayət ərizəsi yazıb. Bizim qorxacaq yerimiz yoxdur, cünki 8 ildir ki pulsuz, işsiz və evsiz azad1ıqda olmaq həbsdə olmaq kimidir.

Cənab V.İsayev bizim ərizələrimizi bağlamaq ücün görəsən hansı saxta yalançı məlumatları Arayış1a yazıb göndərir. Bu saxta arayışları da başcı cənab V.İsayev özü iIə birgə Tərtər rayonundan İH-də işə gətirdiyi, ərizə basdırmaq üzrə mütəxəssis, İsgəndər bəyə həvalə edib. Əgər bu arayışları İsgəndər bəy düzgün tərtib edirsə, nə ücün bizə sürətin vermirlər. Biz bu 8 ildə 332 ərizə və şikayətimiz bu məzmunda müxtəlif rəhbər orqanlara yazıb göndərmişik. Nəticəsi isə İsgəndər bəyin ya1ançı arayışları hesabına bağlanıb. Bizə də ərizəmizin nəticəsi barədə cavab verilməyib.

Görün cənab V.İsayev oğlum Murada bu 8 ildə iş vermək əvəzinə hansı çirkin əməllərə əl atır. Əgər mənə və oğlum Murada nəsə olsa bilin ki, bunu cənab V.İsayev etdirib. Ancaq mən düşünürdüm ki, cənab V.İsayev savadlı, işgüzar, tələbkar, bacarıqlı və gənclərin qeydinə qalan bir insandır. Təəssüf ki, gördüyüm bunun əksi oldu. Ancaq cənab V.İsayev bu cür yazışmaları və şikayətləri artırmaqdansa Muradı münasib bir işlə təmin etməsi yaxşı olardı. Bu Allaha da xos gedərdi, bəndəyə də ki, nəhayət 8 ildən sonra Murada iş verilib ki, o, işləyib ailəsini dolandırsın. Görəsən onların özlərinin 8-10 il işsiz, pulsuz və yaşamağa evləri olmasaydı, nə edərdilər? Axı, biz torpaqlarımızın bütövlüyünün, dövlətçiliyimizin, müstəqilliyimizin uğrunda canımızı, qanımızı və sağlamlığımızı qoymuşuq. Budurmu Bərdə rayon İH-nin başcısının Qarabağ veteranına, əlilinə qoyduğu qayğı və köməklik.

Hörmətli Prezident! Cənab direktor!

Sizdən xahiş edirik, Murad Fətəliyevi münasib işlə təmin olunmasına köməklik göstərəsiniz.

İmza:

Fətəliyev Cəmil Fətəli oğlu

Fətəliyev Murad Cəmil oğlu

Tel.: 050-341-59-23

28 oktyabr 2016
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdənin icra başçısı Qarabağ əlilini hədələyir

    Bərdənin icra başçısı Qarabağ əlilini hədələyir ...

    17-10-2016, 19:19

  • 
  • Vidadi İsayevin Bərdə zülmü

    Vidadi İsayevin Bərdə zülmü ...

    18-06-2013, 18:21

  • 
  • Prezident İlham Əliyev və xanımı Tərtər, Bərdə və Ağdam rayonlarında olublar

    Prezident İlham Əliyev və xanımı Tərtər, Bərdə və ...

    1-05-2016, 22:30

  • 
  • Hüseyn Bağırov ali təhsilli meşəçini ac qoyub

    Hüseyn Bağırov ali təhsilli meşəçini ac qoyub ...

    4-12-2013, 18:24

  • 
  • Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

    Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş ...

    5-12-2015, 16:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (67)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu