GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bərdənin icra başçısı Qarabağ əlilini hədələyir

Bərdənin icra başçısı Qarabağ əlilini hədələyir

Tarix: 17-10-2016, 19:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 106
Bərdənin icra başçısı Qarabağ əlilini hədələyir

“Son 8 ildə 332 ərizə yazsam da, şikayətimə baxan yoxdur”

Ölkədə məmurlar tərəfindən vətəndaşların hüquqlarının pozulması adi hala çevrilib. Təkcə elə “Gündəm Xəbər”in redaksiya hər həftə daxil olan məktiblara nəzər salsaq, bunu şahidi olarıq. Məmur özbaşınalığı baş alıb gedir. Bu baxımdan xüsusən də regioanlarda vəziyyət daha da ağırdır. “Gündəm Xəbər” olaraq hər sayımızda müxtəlif bölgələrdən qəzetimizə şikayət edən vətəndaşların şikayətlərini dərc edirik. Bu yazılarda bir ayda olaraq məmurların kobud şəkildə vətəndaşların hüquqlarını pozmasından, özbaşınalıq etməsindən, qanunları saya salmamasından, rüşvət və korrupsiya əməllərinə qurşanmasından bəhs olunur. Eyni zamanda yerli məmurlar əhalinin problemlərinə də biganə yanaşır, onları həll etmək əvəzinə yeni-yeni problemlər yaradır, vətəndaşları get-gələ salırlar. Təəssüf ki, hüquqları pozulan, aylarla müxtəlif vəzifəli şəxslərin qapısını döyən, lakin problemini həll edə bilməyən, müxtəlif instansiyalara ünvanladığı saysız-hesabsız şikayətlər, teleqramları cavabsız qalan vətəndaşlarımız arasında Qarabağ müharibəsi veterenları da var. Sağlamlığını vətən yolunda qurban verən bu insanlar sanki bu gün heç kimə lazım deyillər. Sanki bu insanların vətən qarşısında heç bir xidməti olmayıb. Regionlarda harın məmurlar Qarabağ veterenları və əlillərinin problemlərini görməzdən gəlir, onların şikayətlərinə əhəmiyyət vermirlər. Redaksiyamıza daxil olan növbəti şikayət məktubu da bu barədədir. Qeyd edək ki, şikayət Bərdə rayon rəhbərliyinin fəaliyyəti ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan şikayətin surəti “Gündəm Xəbər” qəzetinin redaksiyasına da daxil olub. Həmin məktubla oxucularımızı tanış etmək istəyirik.

Şikayətçi Fətəliyev Cəmil Fətəli oğlu yazır: “1951-ci ildə Bərdə rayonunda anadan olmuşam, ali təhsilliyəm. Qarabağ mühiribəsinin veteranıyam, əliləm, ailəliyəm - 7 nəfər ailə üzvüm var, təqaüdçüyəm”.

Cəmil Fətəliyev Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayır. Daha doğrusu, həmin kənddə kirayədə qalır.
O, qeyd edir ki, son 8 il, 2 ay ərzində müxtəlif tarixlərdə 332 ərizə yazıb. Lakin həmin ərizələrə cavab verilməyib: “Ərizələrimə cavab verilməməsi və bu barədə Hörmətli Prezidentimizə yazmış olduğum ərizəyə görə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, eyni zamanda onun yaxm adamları tərəfdən təqib edilirik, yoxlanılırıq və həbsə hədələnirik.

Mən, ali təhsilliyəm, Qarabağ müharibəsinin veteranıyam, əliləm. Təbriz şəhərində ürəkdən əməliyyat olunmuşam. Qaraciyərimdə serroz var. Böyrəklərim xəstədir, yüksək təzyiqim var və buronxitəm.

Həyat yoldaşım da xəstədir, 2 dəfə əməliyyat olunub. Birinci dəfə Bakı şəhərində onkoloji xəstəxanada, ikinci dəfə isə Təbriz şəhərində əməliyyat olmuşam. Özü də şəkər, ürək, yüksək təzyiq və onkoloji xəstəliklərdən əziyyət çəkirəmr. Biz bu iki əməliyyatı etdirmək üçün “Nikoyl” bankdan 18.000 manat pul götürüb vermişik.
Demək olar ki, bizim günümüz həkimlərdə, xəstəxanalarda və apteklərdə keçir. Biz bu xərcləri birtəhər təqaüd pulumuzla veririk. Çox vaxtı banka pul borcumuz qalır. Mənim bundan heç bir şikayətim yoxdur. Buna görə də Sizə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. O bir Allahdan arzu edirik ki, həmişə sağlam canla Prezidentimiz olasınız. Siz Ulu Öndərimizin layiqli davamçısısınız”.

Daha sonar şikayətçi yazır: “Hörmətli Prezident! Mənim oğlum Fətəliyev Murad Cəmil oğlu 2003-cü ildə Bakı şəhərində Azərbaycan Kooperasiya Universtitetini bitirmiş və ali təhsil almışdır. Oğlum Murad Fətəliyev ailəlidir - 7 nəfər ailə üzvü var. Beyləqan rayonunda döyüş bölgəsində hərbi xidmətini başa vurub. Hazırda heç bir yerdə işləmir.
Oğlum Mıırad Fətəliyev, işsizİiyi barədə Bərdə rayon İcra Başçısı cənab Vidadi İsayevə və Bərdə rayon Məşğulluq Mərkəzinə bir neçə dəfə ərizə ilə müraciət edib. Lakin bu günə kimi heç bir cavab almamışıq və nəticəsi olmayıb.
Oğlum Murad Fətəliyevin 34 yaşı var. Bəs ona nə vaxt iş verəcəklər ki, o işləyib 7 nəfər ailəsini dolandırsın və yaşamaq üçün özünə ev tikdirsin? Hələ də Muradın yaşamağa evi yoxdur!
Biz də bilmirik ki, verilmiş təqaüd pullarımızla özümüzü müalicə etdirək, dərman alaq, götürdüyümüz krediti verək, yoxsa oğlum Muradın özünü və 7 nəfər ailə üzvünü saxlayaq. Bizə çox çətindir, yaşamaq və dolanmaq. Nəyə görə? Ona görə ki, Murad işsizdir. Bütün xərcləri mən təqaüd pulumla ödəyirəm.
İndi rayonda olan bəzi vəzifəli məmurlar, pulumuz olmadığına görə bizə iş, nə də icarəyə torpaq vermirlər. Deyirlər hamısı, yəni pul, torpaq, vəzifə, bizim və qohumlarımızın olsun. Heç ərizəmizə də qanunla baxıb cavab vermirlər və köməklik əvəzinə ərizələrimizi göndərirlər Məşğulluq Mərkəzinə.
Bizim də ömrümüz yuıxarıda göstərdiyim kimi, bu cür xəstəliklə bu gün-sabahlıqdır. Bəs oğlum Murada nə vaxt iş verəcəklər, bilək ki, bizdən sonra o, ailəsini saxlaya biləcək. Rayonda olan məmurlar “bu gün-sabah Murada iş verəcəklər” deyərək 8 ildır ki, bizi aldadırlar. Bərdə rayon İcra Başçısının birinci müavini cənab V.Qarayev deyir ki, iş yoxdıır. Əgər iş yoxdursa bu 8 ildə yoxlayın görün, neçə nəfərə iş və icarəyə torpaq veriblər. Əksəri də başçı cənab Vidadi İsayevin Tərtər, Yevlax rayonlarından işə qoyduğu dostları və qohumlarıdır. Hətta biz özümüz də Bərdə rayonunda hansı idarələrdə iş yeri boşdur, onlara demişik. Ancaq elə bil ki, guya sözii eşitmədilər və heç bir söz demədilər.
Pulumuz yoxdur deyə bizə iş vermirlər və heç sözümüzü də eşitmirlər”.

Şikayətçi qeyd edir ki, ərizəsi Hörmətli Prezidentə çatsın deyə həmin ərizəni müxtəlif qəzetlərdə, eyni zamanda, “Region”,”Gündəm“,”Teref.info”, “Politika.az” və başqa saytlarda dərc etdirib: “Ərizə dərc olunan gün təxminən saat 17:25 radələrində mənə 050-389-00-04 nömrəsindən zəng gəldi. Həmin şəxs mənə dedi ki, danışan Bərdə rayon İcra Hakimiyyəti başcısının köməkçisi Anar Hətəmovdur və 15.09.16 tarixdə saat 10:00 radələrində cənab Vidadi İsayev bizi qəbula çağırır. Həmin gün mən oğlum Muradla getdik başcı cənab Viadi İsayevin qəbuluna”.

Şikayətçi yazır ki, onlar icra hakimiyyətinə çatandan sonar başçının gözləmə otağının qarşısında duran köməkcisi Anar onlara cöldə gözləməyi tapşırıb: “Biz təxminən 40-50 dəqiqə çöldə gözlədik. Bundan sonar Anar gəlib bizə dedi ki, başcı cənab Vidadi İsayev sizi qəbul etməyəcək”.

Diqqət yetirin, icra başçısı Qarabağ müharibəsi əlilini zəng vurdurur və onu qəbuluna çağırtdırır. Əlil, ağır xəstəliklərdən əziyyət çəkən Qarabaş müharibəsi veteranını bir saata yaxın müddətdə gözlətdikdən sonra köməkçisi vasitəsilə bildiri ki, sizi qəbul etməyəcəyəm. Özünüz deyin, buna nə ad vermək olar? Şikayətçinin ölkə rəhbərliyinə müraciət etməsindən sonra qorxuya düşən icra başçısı guya Qarabağ veteranını qəbul edib dinləmək, onun problemini həll etmək istəyir, sonra isə nə fikirləşirsə, yenə də onu başından edir. Əgər bir veteranın problemini həll edə, 7 nəfərlik ailənin başçısını işlə təmin edə bilmirsə, onda o icra başçısı Bərdə kimi böyük bir rayona necə rəhbərlik edir?

Bərdənin icra başçısı Qarabağ əlilini hədələyir

Gəlin görək, şikayətçi daha sonra nə yazır: “Köməkçinin bu sözündən sonra cənab İsgəndər İsmayılov bizi otağına çağırdı. O, iş otağında mənə dedi ki, sən yaşlı adamsan, bilmirsən oğlun Murada pislik edərlər. Sən, Hörmətli Prezidentimizə cənab Vidadi İsayevdən şikayət ərizəsi yazmısan, ona nə deyəcəklər? Pul onlarda, vəzifə onlarda, şər atıb oğlunu tutdurarlar. O, bu və başqa bu kimi ifadələrlə bizə hədə-qorxu gəldi. Dedi ki, əgər bunu bir də yazsan, çox əzablar çəkəcəksiniz və başınız ağrıyacaq. Ona göstəriş verib, bizə hədə-qorxu gəlməsini təşkil edən Bərdə rayon İcra Hakimiyyətinin başcısı cənab Vidadi İsayevdir. Cünki zəng etdirib bizi Bərdə rayon İcra Hakimiyyətinə cağıtdıran da cənab İsayevdir, qəbul etməyən də. Bizə Bərdə rayon İcra Hakimiyyətində hədə-qorxu gələn şəxs isə onun işcisi cənab İsgəndər İsmayılovdur. Bizim həyat və səhhətimiz cənab Vidadi İsayev və onun adamları tərəfindən təhlükə altına alınıb, eyni zamanda bizi təqib etdirir və incidir. Səbəb də odur ki, oğlum Murad 8 ildə ailəsini dolandırmaq üçün ondan münasib işlə təmin olunmağına görə Hörmətli Prezidentimizə şikayət ərizəsi yazıb. Bizim qorxacaq yerimiz yoxdur, cünki 8 ildir ki pulsuz, işsiz və evsiz azad1ıqda olmaq həbsdə olmaq kimidir.
Cənab Vidadi İsayev bizim ərizələrimizi bağlamaq ücün görəsən, hansı saxta yalançı məlumatları arayışla yazıb göndərir. Bu saxta arayışları da başcı cənab Vidadi İsayev özü ilə birgə Tərtər rayonundan İcra Hakimiyyətinə işə gətirdiyi, ərizə “basdırmaq” üzrə mütəxəssis İsgəndər bəyə həvalə edib. Əgər bu arayışları İsgəndər bəy düzgün tərtib edirsə, nə ücün bizə sürətin vermirlər. Biz bu 8 ildə 332 ərizə və şikayətimizi bu məzmunda müxtəlif orqanlara yazıb göndərmişik. Nəticəsi isə İsgəndər bəyin ya1ançı arayışları hesabına bağlanıb. Bizə də ərizəmizin nəticəsi barədə cavab verilməyib.
Görün cənab V.İsayev oğlum Murada bu 8 ildə iş vermək əvəzinə hansı çirkin əməllərə əl atır? Əgər mənə və oğlum Murada nəsə olsa bilin ki, bunu cənab Vidadi İsayev etdirib. Ancaq mən düşünürdüm ki, cənab Vidadi İsayev savadlı, işgüzar, tələbkar, bacarıqlı və gənclərin qeydinə qalan bir insandır. Təəssüf ki, gördüyüm bunun əksi oldu. Ancaq cənab Vidadi İsayev bu cür yazışmaları və şikayətləri artırmaqdansa Muradı münasib bir işlə təmin etməsi yaxşı olardı. Bu Allaha da xos gedərdi, bəndəyə də. Nəhayət 8 ildən sonra Murada iş verilərdi ki, o, işləyib ailəsini dolandırsın. Görəsən, onların özlərinin 8-10 il işi, pulu və yaşamağa evləri olmasaydı, nə edərdilər? Axı, biz torpaqlarımızın bütövlüyünün, dövlətçiliyimizin, müstəqilliyimizin uğrunda canımızı, qanımızı və sağlamlığımızı qoymuşuq. Budurmu Bərdə rayon İcra Hakimiyyəti başcısının Qarabağ veteranına, əlilinə qayğı və köməkliyi?
Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: «O məmurlar bilsinlər ki...»

    İlham Əliyev: «O məmurlar bilsinlər ki...» ...

    22-07-2015, 13:35

  • 
  • «Gündəm Xəbər» qəzeti sabah satışda olacaq - Redaksiya iş başına dönüb

    «Gündəm Xəbər» qəzeti sabah satışda olacaq - ...

    24-03-2014, 18:14

  • 
  • Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

    Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul ...

    23-09-2016, 17:50

  • 
  • Bərdə "XANI"nın özbaşınalıqları

    Bərdə "XANI"nın özbaşınalıqları ...

    8-07-2013, 13:43

  • 
  • Məmurlar üçün talançılıq ili başlayır

    Məmurlar üçün talançılıq ili başlayır ...

    1-01-2013, 14:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu