GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Mosul Azərbaycan şəhəridir - Türkman lider

Mosul Azərbaycan şəhəridir - Türkman lider

Tarix: 20-10-2016, 23:55 Bölmə :Siyasət Baxış: 662
Mosul Azərbaycan şəhəridir - Türkman lider

Oktyabrın 17-də İraq hökumətinin qərarı ilə ordu 2014-cü ildən İŞİD silahlı qruplaşmasının əlində olan Mosul şəhərini azadetmə əməliyyatına başlayıb.

İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentində türkmanları Kərkük şəhərindən təmsil edən millət vəkili Ərşad Salehi Azadlıq Radiosuna Mosulda baş verənlər haqqında danışıb:

- İki ildir ki, Mosul İŞİD-in əlindəydi. İndi İraq ordusu beş tərəfdən Mosul üzərinə hücuma keçib. Artıq bəzi kəndlər İŞİD-dən alınıb, bəzi yerlərdə isə terrorçular özləri bölgəni tərk edib gedirlər. Ancaq görünən odur ki, bu əməliyyat asanlıqla bitməyəcək. Bəlkə də bir neçə ay sürə bilər. Çünki terrorçular bəzi yerləri tərk eləsələr də, elə ərazilər var ki, orda müqavimət göstərirlər. Həm də İŞİD-in çoxlu intiharçıları var. Partlayışların törədilməsində onlardan istifadə edirlər. Amma İraq ordusu hazırda qızğın əməliyyatlar keçirir.

- Mosulla əlaqə saxlaya bilirsinizmi?

- Əlaqələr çox azdır. Çox az adamla əlaqə saxlamağa ünsiyyət cihazları var. Camaatla əlaqə saxlamaq olmur. Türkmanların böyük bir hissəsi İŞİD-in qorxusundan oradan çıxıb. Türkiyəyə, Kərkükə, İraqın başqa yerlərinə gedənlər olub.

- Bu iki ildə İraq hakimiyyətinin Mosulu azad etmək planı olmuşdumu?

- Yox, İraq hakimiyyətinin bu müddətdə belə istəyi də olmamışdı. Çünki İŞİD-in əlində İraqın başqa əraziləri də vardı. Ona görə Mosulla bağlı belə plan olmamışdı. Həmin əraziləri alıb sonradan biz tərəflərə gəlməyi düşünürdülər. Mosul coğrafi baxımdan da həssas bir bölgədə yerləşir. Həm Türkiyə sərhədinə yaxındır, həm də Suriyaya.

- Mosul əməliyyatında İraq ordusu, peşmərgə silahlıları iştirak edir. Bəs, bu əməliyyatda türkmanların rolu necədir?

- Biz bu əməliyyatlara qatılmaqdan ötrü İraq hökumətinə müraciət etdik. Ancaq bizə silah verilmədi. Ona görə türkmanlar özü özünü silahlandırmaq məcburiyyətində qaldı. Mosulda az sayda olsa da, türkmanlar da vuruşur. Mosulun içində əməliyyat başlasa, türkman birlikləri də öz ərazilərimizə girəcək.

- Mosul əməliyyatı başlanandan bəri bu bir neçə gündə Türkiyə ordusunun da əməliyyatlarda iştirakı məsələsi haqda çox müzakirələr oldu. Prezident Ərdoğan da deyib ki, Türkiyənin İraqla 350 kilometr sərhədi var, Türkiyə hərbçiləri Mosul əməliyyatında iştirak etməlidir.

- Türkiyə silahlı qüvvələri Başika bölgəsindədir. İraq hökuməti də Türkiyə hərbçilərinin o bölgədə olmasını qəbul etmir. Ancaq Türkiyə də PKK-ya görə narahatdır. Türkiyə İraq hökumətindən PKK-nın Sincar bölgəsindən çıxarılmasını istəyir. Çünki o ərazi Türkiyə ilə sərhəddir. Təəssüf ki, buna görə İraqla Türkiyə arasında anlaşılmazlıq hələ də qalır.

​- Bəzi siyasətçilər Mosulun da Hələbin taleyini yaşayacağını bildirirlər. Siz necə düşünürsünüz, belə oxşarlıqlar varmı, fərqlər nədədir?

- Mosulun Hələb kimi olacağını düşünmürəm. Çünki Hələbi Əsəd rejimi ilə Rusiya da vurur. Mosulda vəziyyət o dərəcəyə çatmaz. Çünki xalqın da içində dirəniş, müqavimət ruhu var. Həm də İŞİD də bir layihədir, bəlli bir dövr üçün ortaya atılıb. Vaxtı çatanda ərazidən çıxacaq.

- BMT Mosuldan 100 minə yaxın adamın qaçqın düşüb Türkiyə və Suriyaya sığınacağını proqnozlaşdırıb. Mosuldan köç başlayıbmı?

- Bəli, bu cür gözləntilər var. Əməliyyatlar çox uzansa, Mosulun içindən qaçqın düşənlər də çox olacaq. İndiyə kimi Mosuldan 50 minə qədər adam qaçıb. Ancaq daha çox qaçqın gözlənilir. İŞİD qaçmağa macal vermir. Camaat özü bir yol tapıb çıxır.

- Kərküklə Mosulun arasında nə qədər məsafə var? Orda baş verənləri Kərkükdə camaat necə izləyir?

- Kərküklə Mosulun arası 200 kilometrdir, iki saatlıq bir məsafədir. Mən indi Kərkükdən danışıram. Türkmanlar olaraq bölgəmizə görə çox narahatıq. Bütün türkman bölgələrində baş verən oyunların heç biri, təəssüf ki, türkmanların lehinə yox, tamamilə əleyhinədir. Dünya dövlətlərinin heç biri Kərkükə yardım göstərmədi. İraq türkmanları sahibsizdir. Ancaq biz öz dilimiz, ədəbiyyatımız, mədəniyyətimizlə müqavimət göstəririk. Türkiyə də bizi atıb, Azərbaycan da. Bakıdakı türk Kərkükdəki türk kimi danışır, heç bir fərqimiz yoxdur. Bütün Azərbaycan xalqımıza salamlar göndərirəm.

- İndi hamını Mosulun azad olunmasının nə qədər çəkəcəyi düşündürür. Hərbi əməliyyatların aylarla, hətta illərlə davam edəcəyini proqnozlaşdıranlar da var.

- Belə görünür ki, bu iş bir az uzun çəkəcək, asanlıqla bitməyəcək. Bölgədə uzun, çətin bir müharibə olacaq. Müharibədir, müharibədə həlak olanlar da, yaralılar da çox olacaq. Çünki intiharçılar da partlayışlar törədir. Bir neçə yerdə həm ordudan, həm də peşmərgədən itkilər də olub.

​- Oktyabrın 15-də İraqın baş naziri Heydər Abadi Kərkükə gəlmişdi. Baş nazir türkmanlarla görüşdümü? Həmin görüşə «Türkmaneli» telekanalının çəkilişə buraxılmaması da sosial şəbəkələrdə müzakirəyə çevrildi.

- Hörmətli baş nazir Abadini Kərkükə hamıdan çox mən dəvət etmişəm. Ona Kərkükə gəlməsinin önəmli olduğunu bildirmişəm. Amma elə vaxtda gəlmişdi ki, onda biz Kərkükdə yox, Bağdadda idik. Bizim xəbərimiz olmadan gəlmişdi. Həmin görüşdə türkmanların təmsilçilərinin olması lazım idi. Doğrudur, türkman televiziyasını da ora buraxmamışdılar. Bu da türkmanların etirazına səbəb olmuşdu.

- Cənab Salehi, son çıxışlarınızda türkmanlar arasında məzhəb ayrılığına yol verilməməsi çağırışı etmisiniz. Türkmanlar arasında belə bir təhlükə varmı?

- Türkmanlar arasında həm sünnilər, həm şiələr var. Amma biz İraq Türkman Cəbhəsi olaraq həmişə bunu deyirik ki, böyük dövlətlərin böyük məzhəb layihələrinə, oyunlarına alət olmamalıyıq. Biz türkük. Yetər ki, hamımız «türk» kəlməsinin altında birləşə bilək. Çünki bəzi nəfsi zəif insanlar türkmanları şiə-sünni deyə bölmək istəyirlər. Bu da bizə çox ziyan vura bilər. Ərəblərin içində olduğu kimi, «türk» kəlməsinin varlığı altında Bakıdakı, Kərkükdəki, Ankaradakı, Krımdakı, Balkandakı türk bir kimliyin altında toplanmalıdır.

- Türkmanların daha geniş miqyasda əməliyyatlarda iştirakı gözlənilirmi? Gələcəklə bağlı gözləntiləriniz nədir?

- İraq hökuməti bizə dəstək versə, biz də nizami şəkildə əməliyyatlarda iştirak etmək istəyirik. Ancaq hökumət bizə o dəstəyi vermir. Orda türkmanlar da vuruşur, ancaq istəyərdik ki, daha böyük qruplarımız olsun. Ancaq təəssüf ki, icazə verilmədi. Gələcəklə bağlı gözləntilərimiz odur ki, Ankarayla Bağdad arasındakı böhran sona çatsın. Çünki bu vəziyyətdə İraq türkmanlarının da mövqeyi zəifləyir. İki dövlət arasında qalmış kimi oluruq.

- İndi türkmanların səsi İraqda necə eşidilir?

- Kərkükün türkman şəhəri olduğunu dünya da, İraq da, hamı bilir. Ancaq bu gün siyasət fərqli nəticələr ortaya qoyur. Kərkük İraqın içində türkman bölgəsinin paytaxtı sayılır. Həmişə İraq parlamentində də hüquqlarımızı qaldırmışıq. Baş nazirdən də haqlarımızı istəmişik. Həmişə də hüquqlarımız uğrunda mübarizəmizi davam etdirəcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İraq ordusu Hit şəhərini İŞİD silahlılarından azad edib

    İraq ordusu Hit şəhərini İŞİD silahlılarından ...

    15-04-2016, 00:32

  • 
  • İŞİD bu dəfə universitetdə dəhşət saçdı

    İŞİD bu dəfə universitetdə dəhşət saçdı ...

    22-01-2015, 21:20

  • 
  • İraq ordusu İŞİD üzərinə getdiyini açıqladı, İŞİD isə...

    İraq ordusu İŞİD üzərinə getdiyini açıqladı, İŞİD ...

    26-05-2015, 19:23

  • 
  • Ərdoğan Mosula hücumun tarixini açıqladı

    Ərdoğan Mosula hücumun tarixini açıqladı ...

    25-09-2016, 17:33

  • 
  • İraq qüvvələri Süleyman Bəy qəsəbəsini İŞİD-dən azad edib

    İraq qüvvələri Süleyman Bəy qəsəbəsini İŞİD-dən ...

    2-09-2014, 10:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu