GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kərəm Həsənovu bitirən “dosye”: Mahmudovçularla əlaqə, “çekist” qardaş və …

Kərəm Həsənovu bitirən “dosye”: Mahmudovçularla əlaqə, “çekist” qardaş və …

Tarix: 27-10-2016, 22:29 Bölmə :Siyasət Baxış: 713
Kərəm Həsənovu bitirən “dosye”: Mahmudovçularla əlaqə, “çekist” qardaş və …

Məlum olduğu kimi, bir neçə ay öncə dövlət başçısı Ilham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən müəyyən edilir ki, dövlət əmlakının özəlləşdirilməsi ölkə başçısının qərarları ilə həyata keçirilir. Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, prezident və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində ölkə başçısına təqdim olunmalıdır. Bununla da, müəssisələrin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq prezidentin səlahiyyət dairəsinə keçib. Bu fərman özəlləşdirilmənin yeni qaydalarla həyata keçirilməsinin əsaslarını müəyyən edib. Bundan sonra Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prezidentin qərarları ilə həyata keçiriləcək. Bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınır. Bəzi iddialara görə, bu addımın kökündə Kərəm Həsənovun adının “MTN işi”nə bulaşması dayanır. Qeyd edək ki, mətbuatda Kərəm Həsənovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun şəbəkəsi ilə işbirliyi barədə sensasion məlumatlar yayılmışdı. Bu məlumatlar nə təkzib, nə də təsdiq olunub.
Hər halda görünən odur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov erası sona yaxınlaşır. Bu barədə mötəbər mənbənin sözlərinə görə, artıq komitə sədrinin fəaliyyətinin təftişinə “ən yüksək səviyyədə” qərar verilib: “Növbəti məmur islahatları çərçivəsində, Eldar Mahmudov və Əli Abbasovun ardınca vəzifəsini itirəcək növbəti şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, ölkə mətbuatının illər uzunudur ki, sərt şəkildə tənqid etdiyi, adı ən müxtəlif qalmaqal və qanunsuzluqlarda hallanan Kərəm Həsənovdur. İsmi E.Mahmudovla birlikdə bir çox layihələrin reallaşmasında hallanan və sabiq MTN rəhbəri ilə şərikli biznesə malik olan K.Həsənovun çoxillik fəaliyyətinin təftişinə qərar verilib ki, aparılacaq yoxlamaların “MTN işi”ndən heç də az sensassiya doğuracağı istisna edilmir”. Mənbənin redaksiyamıza verdiyi məlumata görə, K.Həsənovun min hektarlarla torpaq sahəsinin satışı zamanı ciddi qanunsuzluqlara yol verdiyi, yeni alqı-satqıların bir çoxunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun çalışdığı dönəmə sənədləşdirdiyi ilə bağlı ciddi şübhələr mövcuddur: “Komitə sədrinin dəyəri milyardlarla hesablanan torpaq sahələrinin alqı-satqısını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov dönəminə sənədləşdirdiyi, bununla da bu torpaqlarla bağlı məsuliyyətdən yaxa qurtarmağa çalışdığı ilə bağlı əlaqədar qurumların əlində ciddi informasiyalar mövcuddur. Hansı ki, bu informasiyaların həqiqiliyini sübut etmək üçün komitənin arxivində müəyyən təftiş aparmaq kifayətdir. K.Həsənovun rəhbərlik etdiyi dövlət qurumunda aparılacaq təftiş zamanı bu amilə xüsusi diqqət yetiriməsi nəzərdə tutulub. Komitə sədrinin sabiq MTN rəhbəri Eldar Mahmudovla birlikdə həyata keçirdiyi birgə layihələlər və bu layihələr zamanı yol verilən qanunsuzluqların da ciddi şəkildə araşdırılması nəzərədə tutulub. Bu isə o deməkdir ki, komitə sədri sadəcə vəzifəsini deyil, azadlığını da itirə bilər”.
Onu da bildirək ki, Əmlak Məsələri Dövlət Komitəsinin rəhbərinin Eldar Mahmudov, Akif Çovdarov və digərləri ilə əlaqələrini sübut edən onlarla fakt var. Belə ki, sabiq MTN naziri Eldar Mahmudov və komandası ilə bağlı istintaq qrupunun apardığı “MTN işi”nin “yanğını” Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Şahin Həsənova da çatıb. Bu barədə bizi məlumatlandıran özəl mənbənin sözlərinə görə, Eldar Mahmudov və Kərəm Həsənov arasındakı isti münasibətlər sonucunda MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirilən Şahin Həsənovla bağlı bir sıra qaranlıq məqam var ki, bunlardan biri adıçəkilən şəxsin təyinatı ilə bağlıdır. Mənbənin verdiyi məlumata görə, E.Mahmudov Şahin Həsənovun beynəlxalq əlaqələr şöbəsinə təyinatı məsələsində nəzərə alınması gərəkən başlıca prinsiplərin heç birinə əhəmiyyət verməyib və nəticədə beynəlxalq əlaqələr şöbəsi üçün tamamilə yararsız bir şəxs bu şöbənin rəhbərliyi postuna gətirilib. MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyində təmsil olunan şəxsin ən azı iki xarici dil bilməsinin şərt olduğunu bildirən mənbə, Ş.Həsənovun heç bir əcnəbi dil bilmədiyinə diqqət çəkib. Mənbənin bildirdiyinə görə, Ş.Həsənov beynəlxalq münasibətər sistemində baş verən proseslər, beynəlxalq hüquq və əməkdaşlıq kimi məsələlərlə bağlı da minimal bilgi, analiz və manevr səriştəsinə malik deyil. Bütün bunlar azmış kimi Ş.Həsənovun sabiq nazirin yol verdiyi bəzi qanunsuzluqlarda “pay sahibi” olduğu ilə bağlı ciddi şübhələr var ki, bu da onun sadəcə işdən azad edilməsi ilə deyil, həm də istintaqa cəlb edilməsi ilə nəticələnə bilər. Mənbənin verdiyi məlumatdan və MTN-lə bağlı baş verən olayların ümumi mənzərəsindən belə qənaətə gəlmək olar ki, Ş.Həsənov bəzi həmkarları kimi istintaqa gedən yolun astanasındadır. Bu yolun Ş.Həsənovu hansı sonluğa aparıb çıxaracağını isə zaman göstərəcək.
Bu günlərdə daxil olan səhih məlumata görə, komitə sədri Kərəm Həsənovu MTN rəhbəri olmuş Eldar Mahmudova bağlayan yeni tellər üzə çıxıb. Bu bağların sıx və indiyə qədər davam edən nüansı hər iki tərəfə eyni vəkilin xidmət etməsi faktıdır. Komitə sədrinin deputat qardaşı Malik Həsənovun şəxsi vəkili ilə Mahmudovun ailə vəkili eyni hüquqşünasdır. Onun kimliyi cumhuriyyet.az-a məlum olsa da, etika naminə hələlik açıqlamaq istəmirik.
Həmin vəkil həm Mahmudovlar ailəsinin şəxsi işlərinə baxır, həm də Həsənovlarla əlaqəlidir. Bu da uzun müddətdir ki K.Həsənovla E.Mahmudovun işbirliyi barəsində mətbuatda yazılanların daha bir təsdiqləyici nümunəsidir. İddialara görə daşınmaz əmlakın rəsmiləşdirilməsi, sənədləşmə və reyestr işləri ilə bağlı müxtəlif əməliyyatlar deputat M.Həsənova çox yaxın olan vəkil vasitəsi ilə həyata keçirilib. Eyni zamanda sözügedən vəkil MTN şefinin ailə biznesi, torpaq, obyekt, ümumilikdə daşınan və daşınmaz əmlakının sənədləşdirilməsi proseduruna cavabdeh şəxsdir. Bütün bunlarla bağlı redaksiyamıza verilən məlumata görə, indinin özündə də vəkil hər iki tərəf üçün fəaliyyətini davam etdirir. Komitə sədrinin qardaşının biznesində mühüm hüquqi işləri həyata keçirən vəkil gizli saxlanır.
Yeri gəlmişkən, M.Həsənovun deputat mandatı almasında E.Mahmudovun birbaşa rolunun olduğu deyilir. Ona görə də deputatın vəziyyəti ürəkaçan deyil. K.Həsənov da aylardır başağrısına çevrilən bu məsələdən heç cürə qurtula bilmir. Ölkə rəhbərliyi qarşısında etimadını itirmiş komitə sədri vəzifəsini qorumağa müvəqqəti də olsa müvəffəq olub. Lakin onun başı üzərindəki qara buludlar tərk etməyib. Hələ də komitə sədri üçün MTN işinin bundan sonra istənilən cəncəli yaradacağı gözləniləndir. K.Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov (o artıq vəzifəsindən azad edilib) yerinə yetirib.
“Gündəm Xəbər” olaraq adları çəkilən hər bir şəxsin fikirlərinə yer vermyə hazırıq!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Kərəm Həsənovun səlahiyyətini əlindən aldı - rəsmi

    İlham Əliyev Kərəm Həsənovun səlahiyyətini ...

    20-05-2016, 01:54

  • 
  • Özəlləşdirmə qanununda dəyişiklik edildi

    Özəlləşdirmə qanununda dəyişiklik edildi ...

    28-11-2013, 21:29

  • 
  • Kərəm Həsənovun yeni özəlləşdirmə maxinasiyaları

    Kərəm Həsənovun yeni özəlləşdirmə maxinasiyaları ...

    27-12-2012, 08:50

  • 
  • Kərəm Həsənovun qaranlıq işləri

    Kərəm Həsənovun qaranlıq işləri ...

    10-01-2013, 10:07

  • 
  • Kərəm Həsənova  qarşı rüşvət iddiası-VİDEO SUJET

    Kərəm Həsənova qarşı rüşvət iddiası-VİDEO SUJET ...

    1-08-2013, 18:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu