GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Gizli Bakı” ,“qorxulu Tehran” və “qırmızı Moskva”:“Üçlük” Avrasiya regionu üçün sabitlik düsturuna çevrilə biləcəkmi? –TƏHLİL

“Gizli Bakı” ,“qorxulu Tehran” və “qırmızı Moskva”:“Üçlük” Avrasiya regionu üçün sabitlik düsturuna çevrilə biləcəkmi? –TƏHLİL

Tarix: 27-10-2016, 22:58 Bölmə :Siyasət Baxış: 642
“Gizli Bakı” ,“qorxulu Tehran” və “qırmızı Moskva”:“Üçlük” Avrasiya regionu üçün sabitlik düsturuna çevrilə biləcəkmi? –TƏHLİL

Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani

© kremlin.ru saytından foto



Andrey Nikolayev

Rosbalt.ru, 26.10.2016



Moskva-Bakı-Tehran oxu kürəsəl siyasətin faktı olub. Türkiyə və Çin buna qoşulub “dünya düzəni”ni kökündən dəyişsə, təəccüblü heç nə olmayacaq.

Siyasətdə “yolların ağılçatmazlığı”, demək olar, hər gün təsdiq olunur. Rusiya və Türkiyə hələ bu yaxınlarda bir-birini, az qala, boğurdu, sonra birdən söyüşməyi tərgidib yenidən dostlaşdı.

İran və Azərbaycan qarşılıqlı iddia və şübhələri mübadilə edirdi və birdən Azərbaycan prezidentinin bölgəsəl və yaxud nəqliyyat formatı deyil, “dünya siyasətinin faktı” adlandırdığı Moskva-Bakı-Tehran üçbucağı formalaşdı.

Bu gün bu yeni siyasi konstruksiyanın nə qədər dayanıqlı və uzunömülü olacağını söyləmək çətindir. Ola bilsin, o, Türkiyə və Çinlə “möhkəmlənəcək” ki, bu da bir tərəfdən dedikcə paradoksal, o biri yandan isə qanunauyğun görünür. İndiki mərhələdə isə ancaq etiraf etmək olar ki, Moskva, Bakı və Tehranın “roman”ında qeyri-iradi heç nə yoxdur – tərəfləri təkcə iqtisadi xarakterli praqmatizm deyil, üç əsas “sütun”a söykənməyin izah olunan zərurəti hərəkətə gətirir: bu dövlətlərin hər üçü xarici qüvvələrin öz daxili işlərinə müdaxiləsinə güclü müqavimət göstərir; Bakının Ankara ilə müttəfiqlik münasibətlərinə baxmayaraq, Suriya probleminin həllinə onların yanaşması praktik olaraq eynidir; bu “üçlük”dən hər biri müxtəlif variasiyalarla olsa da, “asiyasayağı” sabitliyi “qərbsayağı” demokratiyadan üstün tutur.

İlham Əliyevin RİA Novosti-yə dediyi kimi, yeni format “ciddi xarici siyasət, geopolitik təşəbbüs və artıq gerçəklikdir” və bütün tərəflər yeni üçbucağın “dolması” üçün zəruri hər şeyi edəcək. “Dolma” üzrə səylər bu gün Suriyanın timsalında çox yaxşı görünür – ən azı, Rusiya və İran səviyyəsində. Azərbaycan isə Rusiyanın Suriya probleminə yanaşmasını dəstəkləyir, lakin çətin ki tərəfdaşlarının əməliyyatlarına birbaşa qoşulsun və hələlik təqdirli diplomatik açıqlamalarla kifayətlənir.

Bütün bu yeni “həndəsə” Qərbin törətmədiyi istənilən digər qurum kimi ona heç xoş gəlmir. Amma bu da aydındır ki, İran və Rusiya Suriyadan geri çəkilsə, Azərbaycan isə “həm bizimki, həm də sizinki” mövqeyini tutarsa, onda Moskva, Bakı və Tehran çox tezliklə Qərbin Avrasiya uğrunda mübarizəsinin episentrində görünəcək – sonra Mərkəzi Asiya, postsovet məkanının digər dövlətlərini, həmçinin Türkiyə və Çini dövrəyə alacaq. Yəni bir tərəfdən zəngin enerji resurslarına, iqtisadi və insan potensialına malik olan, digər tərəfdən isə əlverişli geostrateji mövqe tutan və öz inkişaf yolu ilə gedən bütün ölkələri.

Belə ki bu gün Qərbin vəzifəsi Moskva-Bakı-Tehran üçbucağının zəiflədilməsi, o cümlədən “islam amili”nin istismarı, islamın siyasiləşdirilməsi, sünnilərlə şiələri toqquşdurmaq, Türkiyə və Çinin Avrasiya ideyasından qoparılması və digər xeyli üsullardır.

Bu arada Rusiya, İran və Azərbaycanın yaxınlaşması heç də təsadüfi deyil – elan edilmiş müəyyən fikir ayrılıqlarına baxmayaraq onlaırn qarşısında eyni çağırışlar durur. Nəticə kimi üç ölkənin hərbi-siyasi və iqtisadi tərəfdaşlığının zərurəti yetişib. Bu dəstədə Qərbin əsas opponenti, iqtisadi azman, mövcud dünya düzənini dəyişdirməyə iddiaçı Çin də görünə bilər. Prinsipcə, yuxarıda göstərilən ölkələrin hamısı birlikdə eynib təhlükəsizlik “çətiri”nin altında ola bilər – məsələn, ŞƏT və yaxud BRHÇC-də.

Lakin bu cür perspektiv bir qədər uzaq görünürsə (amma heç kim irəlicədən bilə bilməz ki, dünya terrorizm burulğanı və Qərb amili üzündən hansı alyanslar formalaşacaq), Rusiya, İran və Azərbaycanın alyansı artıq göz qabağındadır. Ekspertlər hətta Azərbaycanda (nəzəriyyədə) üç ölkənin birgə hərbi bazasının yaradılması haqda danışmağa başlayıblar. Politoloq Aleksandr Perenciyev bu cür bazanın əvvəllər Rusiya RLS-nin yerləşdiyi Qəbələdə yaradılması imkanını səsləndirib. Onun Sputnik agentliyinə (Bakı) dediyi kimi, hazırda Qəbələ RLS-nin funksiyasını Armavirdə inşa edilmiş “Voronej-DM” RLS-lərindən biri yerinə yetirir. Onda iki seqment var – biri cənubi-qərb istiqamətini (Cənubi Avropadan Afrikanın şimal sahilinə qədər), ikincisi isə cənub istiqamətini bağlayır. Qaldı ki, Rusiya hərbçilərinin yenidən Azərbaycana qayıtması məsələsinə, bunun mənası yoxdur: “Lakin Qəbələdə Armavir stansiyasının imkanlarını gücləndirən hansısa bir infrastruktur yaratmaq mümkündür. Variant kimi isə – orada sadəcə Rusiyanın hərbi bazasını yaratmaqdır”.

Perenciyev qeyd edir ki, istənilən halda çox şey həm şəraitin özündən, həm də Azərbaycanın gələcəkdə Rusiya ilə sıx hərbi əməkdaşlığa nə qədər hazır olacağından asılıdır. Lakin o, hesab edir ki, bu, Moskva-Bakı-Tehran alyansının formalaşması çərçivəsində mümkündür – bu, artıq xalis Rusiya deyil, Rusiya-İran-Azərbaycan hərbi bazası olacaq. Ekspert məlumat verir ki, lakin ümumən Rusiyada təkcə öz ərazisi deyil, Azərbaycan daxil olmaqla qonşu ölkələrin də ərazilərinin müdafiəsi sistemi yaradılıb.

Bəs NATO üzvü olan Türkiyə necə? O, artıq İrana əvvəlki tək əsəbi yanaşmayaraq anlayır ki, birincisi, müttəfiqlərini bir-bir itirir və yenilərini hazırlamaq lazım gəlir. İkincisi, ona Yaxın Şərqdə Rusiya-İran tandemini udmaq çətindir və tam məğlubiyyətə uğramaqdansa vaxtında ayaq saxlayıb buna qoşulmaq sərfəlidir. Üçüncüsü, Qafqaz və Yaxın Şərqdə qüvvələr tarazlığı Türkiyəyə ciddi dəstək verə biləcək Rusiya və İranın xeyrinə biçimlənir. Lakin Türkiyəni Rusiya və İrana sarı bu fakt da meylləndirir ki, müttəfiqi Azərbaycan artıq Moskva və Tehranla eyni siyasi konstruksiyaya sığışıb. Və ümumiyyətlə, Ankaranın Moskva, Bakı və Tehranaq qoşulmaq həvəsi onun Yaxın Şərqdə ABŞ-ın mövqelərini zəiflətmək istəyi baxımından tamamilə məntiqli görünür. Buna görə də Türkiyə ilə Qərb (NATO) arasında münasibətlərin dəyişdiyi şəraitdə “üç üstəgəl bir” formulu indi tam realist görünür. Xüsusən də ona görə ki, Türkiyə ilə Qərb arasındakı ideoloji ixtilaflar artıq çox dərinə gedib – yaxın perspektivdə “Gəzi parkı”nın təkrar olunması və dövlət çevrilişinə yeni cəhdə qədər.

Qaldı ki, Moskva-Bakı-Tehran üçbucağının özünə, o, ideyaca, heç olmasa, terrorizm, radikal islamla birgə mübarizə və bölgəsəl, kürəsəl təhlükələrin önlənməsi qənaəti baxımından dayanıqlı olmalıdır. Bunu da yaddan çıxartmayacağıq ki, yeni üçbucağın bütün iştirakçıları Xəzər dövlətləridir və Xəzər hövzəsinə xarici hərbi qüvvənin buraxılmaması təsəvvüründən onların birgə hərbi-dəniz qrupu yaratması məntiqli olardı.

Yuxarıda artıq deyildiyi kimi, bu oxun iqtisadi tərkibi hərbi-siyasi və antiterror tərkibindən xeyli azdır, lakin iqtisadiyyat və logistika da onun güclənməsində təkan rolu oynayr. Xüsusən də söhbət Şimali, Mərkəzi və Qərbi Avropa ölkələri, Hindistan və Fars körfəzi ölkələrinə çıxmaqla Rusiya, Azərbaycan və İranın dəmiryollarını birləşdirməli olan “Şimal-Cənub” beynlxalq nəqliyyat dəhlizinin tam işləkliyindən gedir. Bu marşrutun digər, xüsusən də Süveyş kanalından keçən marşrutlar qabağında əsas üstünlüyü daşınma məsafəsinin iki dəfə və daha çox, uyğun olaraq onun maya dəyərinin azalmasıdır.

Növbəti istiqamət – “üçlüyün” enerji resurslarının hasilatı və nəqli sahəsində əməkdaşlığı, üç ölkə arasında enerji dəhlizinin yaradılması, üç ölkənin maliyyə-iqtisadi sisteminin dayanıqlığı və s.-dir. Ümumiyyətlə, tərəflərin planları əzəmətli və tam gerçəkləşdiriləndir. Hər üç tərəf geopoitik zəiflik, xarici müdaxilə və digər təhlükələrə müqavimətin yüksək dərəcəsi, bu dövlətləri Qərbin tuşlanma hədəfində böyuk məqsədə çevrilməsi səbəbindən Moskva-Bakı-Tehran üçbucağının dayanıqlığında maraqlıdır.



Tərcümə Strateq.az-ındır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tehran-Bakı aviareysi təxirə salındı

    Tehran-Bakı aviareysi təxirə salındı ...

    16-11-2015, 13:48

  • 
  • Həsən Ruhani yaxın aylarda Bakıya səfər edəcək

    Həsən Ruhani yaxın aylarda Bakıya səfər edəcək ...

    27-04-2016, 11:38

  • 
  • Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir

    Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir ...

    11-12-2013, 02:00

  • 
  • Türk prezident İranı “sındırdı”: fars-molla rejimini təhqir edib ayağı altına qırmızı xalı sərdirdi

    Türk prezident İranı “sındırdı”: fars-molla ...

    8-04-2015, 16:40

  • 
  • Türkiyə və İran prezidentləri görüşdü

    Türkiyə və İran prezidentləri görüşdü ...

    26-09-2013, 11:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu