GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Məmurlar bir ölkəni necə özəlləşdirdilər? - təhlil

Məmurlar bir ölkəni necə özəlləşdirdilər? - təhlil

Tarix: 9-12-2016, 13:05 Bölmə :Siyasət Baxış: 365
Məmurlar bir ölkəni necə özəlləşdirdilər? - təhlil

Səmimi şəkildə etiraf edirəm ki, 90-cı illərdə “məmur kapitalizmi”, “nomenklatura kapitalizmi” kimi ifadələri bizim medianı gündəminə gətirərkən inanmazdım ki, bu fenomenölkəmiz üçün dəhşətli bir bəla olacaqdır. Əslində həmin ifadələri mən kəşf etməmişdim, mən də bütün bunları mərhum Y.Qaydarın bir kitabından oxumuşdum...

Qərəz, indi, necə deyərlər, deyilənlər gəldi başa və Azərbaycanda məmur kapitalizminin ən eybəcər forması yarandı. Hələlik ümumilikdə keçdiyimiz iqtisadiyolun detallarına varmadan onu deyə bilərəm ki, düz iki ildir dəhşətli böhranla çarpışırıq. Bu günlərdə daha bir bahalaşma dalğası oldu. Amma bundan da dəhşətlisi odur ki, hətta hökumətin öz üzvləri deyirlər ki, bu, hələ hamısı deyildir...

İnsanlar da gözləmə vəziyyətindədir, hələ də ümid edirlər ki, hökumət vəziyyətdən bir çıxış yolu tapacaq. Hökumət isə “maliyyəsabitliyi” və ya yeni antiböhran konsepsiyası deyilən sənəd üzərində iş getdiyini bildirir.

Ammatəhlilçilərartıq bu fikirdədir ki, “yeni” iqtisadi konsepsiya heç də sosialyönümlü olmayacaq vəkəskin iqtisadi addımları nəzərdə tutacaq.

Elə indinin özündə dəsosial proqramlarıazca da olsa, genişləndirmək əvəzinə “qara camaatı” bayağı təbliğatla yedizdirməklə məşğuldurlar – elə danışırlar ki, guya, elektrikin, qazın bahalaşmasının “qara camaat”a nəinki ziyanı olmayacaq, hətta bir azacıq da xeyiri də dəyəcəkdir, çünki onu qənaətcilliyə öyrədəcək...

“Qara camaat” isə bunları səbrlə dinləməkdə və gözləməkdədir. Bəlkə də ölkədə demokratiya olsaydı, “qara camaat” səslərinn sahibi olsaydı, hökumətə təzyiq edər, səslərini ucuz qaza və elektrikə “dəyişər”, siyasətçilərlə və yaxud ki, siyasi partiyalarla istədiyi kimi “bazarlaşardı”...

Amma o, bütün bunlardan məhrumdur. Elə bu səbəbdən də iradını və etirazını bildirmək əvəzinəaz qala hakimiyyətə qazın və işığın qiymətini qaldırdığına görə dua-sənaetməklə məşğuldur...

Kimdir günahkar? Təqsiri kimin üstünəataq? Mənim hökumətə münasibətim tamam bəllidr. Ona görə də ondan umacağım yoxdur və hesab edirəm ki, zəif, aciz və hətta bəzən obrazlışəkildə “liliput cəmiyyət” adlandırdığım toplumun hakimiyyətin və məmurların insafına ümid etməkdən savayıçarəsi yoxdur...

Hökumət vəonun məmurları isə insaflı deyil və heç olmaq da istəmirlər, çünki onların da “qayğı”ları var – bəli, bu adamlar dünyanın ən varlı adamları ilə yarışırlar ki, görək, kimin pulu və yaxud dasərvəti daha çox olacaq? “Qara camaat”heç onların yadına düşürmü? Yadlarına düşmək bir yana,biz “qara camaat” heç onların diqqətinə layiqikmi?..

Ona görə də mənim də bütün giley-güzarım özümüzlə, cəmiyyətlə bağlıdır. Çox aciz cəmiyyətik... Elə bu sətirləri yazanda Cənubi Koreyada baş verənlər yadıma düşdü.

Bilirəm, dərhal deyəcəksiniz ki, axı, Şimali Koreya da var!..Tamamilə düzdür və bu konteksdə sizinlə mübahisə yapmağaheç həvəsim yoxdur və özümü də Koreya yarımadası üzrə mütəxəssis kimi sırımaq fikrim də yoxdur sizə...

Amma inanın, Cənubi Koreyada dasərt rejimlər olub, onlar üçün də heç asan olmayıb, indi də asan deyil.Neçə aydır, insanlar israrla hakimiyyətəetirazlarını bildirirlər – demək istədiyim budur...
Bəs biz nə edirik? Nə düşünürük?.. Heç nə,hökumətdən nəsə tələb etmək əvəzinə biri-birimizin cibinə giririk–keyfiyyətdə aldadır, qiymətdə və ya çəkidə kələk gəlirik...

YAXŞI İŞLƏMƏK ÜÇÜN HÖKUMƏTİN STİMULU VARMI?..

Bütün bunlar bir tərəfə, kimsə düşünmür ki, bu zəncirvari bahalşama siyasətinin axırı necə olacaq? Axı təkcə bahalaşma ilə, malın və xidmətin qiymətini artırmaqla böhrandan çıxmaq olmur!..
Mənartıq sırf iqtisadi islahatlardan danışmıram. Ona görə ki, bu gün ölkədə baş verənlər yalnızbir iqtisadiböhran deyildir, həm də ciddi siyasi böhrandır, konkret idarəçilik fəlsəfəsinin böhranıdır. Ondan yalnız siyasi islahatlarlatamamlanan iqtisadi kursla çıxmaq olar...
Bəli, bilmək lazımdır ki, hökumətin yaxşı işləmək və ya böhrandan həqiqətən də çıxış aramaq üçün hər hansı stimulu yoxdur.Axı onlar niyə də cəmiyyət üçün işləməlidir?Bunu onlardantələb edənvarmı?..

Hətta bütün bunları da bircə tərəfə qoyuram. Bir neçə dəfə yazmışam ki, qeyri-demokratik siyasi sistemnə qədər iqtisadi səmərə verə bilərsə, məmurların tamahını nə qədər cilovlaya bilərsə, onları nə qədər işləməyə vadar edə bilərsə, artıq bunlara nail olunubdu. İndilikisə siyasi sistemin özünün islahına ehtiyac duyulur...

Bu vaxtadəksistemin sərtliyi, onun sanksiyalarıdaha çoxcəmiyyətə və adi insanlara qarşı yönəlmişdi. İslahatlarınbaşlanğıcında bunu haradasa qəbul etmək mümkün idi. Çünki siyasi sabitlik olmasaydıiqtisadi islahatlarabaşlamaq, mülkiyyət münasibətlərini dəyişmək, kommunist iqtisadiyyatını demontaj etmək olmazdı. Amma indi çox vacibdir ki, həminsərtlik iniversiya olunsun və öz istiqamətini dəyişərək məmurlara qarşı yönəlsin və onlarıntamahını, iqtisadiyyata müdaxiləsini cilovlasın.

Ölkədəhazırda “məmur limiti” deyilən fenomen yaranıbdır. Açılımı da budur ki, hakimiyyətin və onun məmurlarının özəl maraqları hər şeyin – iqtisadi inkişafın, siyasi və iqtisadi islahatların önündə bir çəpər olubdur.

Əslində hər adamın limiti var, hər adam nəyəsə yalnız özünə ziyan verməyəcək dərəcədə inkişaf etməyə imkan verə bilər. İndi bundan çıxış edərək, hakimiyyətin və onun məmurlarının imtiyazlarını, nələrə sahib olduqlarını bir daha yada salıb bir suala cavab verməyə çalışın: onlar əsl islahatlaraheç razı olarmı?..

Ona görə də “Böhrandan necə çıxmaq olar?” sualının cavabı birmənalıdır. Dünya neft bazarındakı qiymət konyunkturası nəticəsində yarana bilən mövsümi mülayimləşmələri saymasaq,fundamental şəkildə böhran o vaxt bitəcək ki, hakimiyyət,heç olmasa, bircə həqiqəti qəbul etsin. O da budur ki, bazar iqtisadiyyatıməmurları varlandırmaq üçün vasitə deyildir...

AZAD SEÇKİ HÜQUQU QAYITMASA...

Cəmiyyətin də durumu qətiyyən qənaətbəxş deyil. Azərbaycan cəmiyyəti öz dərmanından imtina edən, başqa üsullarla sağalacağına ümid bəsləyən xəstəni xatırladır...
Deyirsən ki, ölkənin qurtuluşu kompleks islahatlardadır – iqtisadi islahatlar siyasi islahatlarla tamamlanmalıdı. Bunun cavabında qayıdırlar ki, əşi, demokratiya var da – jurnalistlər, iqtisadçılar yazır, danışır...

Bəli, başa düşmək belə istəmirlər ki, tək yazmaq və danışmaq hələ demokratiya demək deyildir. Yazılanlara, deyilənlərəheç bir çürük qoz qədər diqqət və sayğı göstərilməməsi bir tərəfə, bilmək lazımdır ki, demokratiyanın sanksiyaları olmalıdır və bu sanksiyalar cəmiyyətin azad seçkilərdə, referendumlarda və sorğularda verdiyi qərarlardır.

Bu gün Azərbaycanda demokratiyanın və azad iradənin sanksiyası yoxdur, çünki azad və ədalətli seçki yoxdur, müstəqil məhkəmə institutu yoxdur, demokratik və həqiqətən çoxpartiyalı parlament yoxdur. Ona görə də yazmağın və danışmağın da bircə quruş faydası və təsiri olmur...
Elə bu səbəbdən də problemlərimizinhəllini istəyiriksə, böhrandan fundamental bir şəkildə qurtulmağı arzulayırıqsa, ilk növbədə azad seçki hüququmuzu qaytarmalıyıq özümüzə...

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyətdə böyük kapital savaşı

    Hakimiyyətdə böyük kapital savaşı ...

    13-02-2013, 10:34

  • 
  • Daha iki iri məmur quda oldu

    Daha iki iri məmur quda oldu ...

    10-09-2013, 14:29

  • 
  • Mən məmur deyiləm, millətimin vəkiliyəm

    Mən məmur deyiləm, millətimin vəkiliyəm ...

    9-05-2013, 12:36

  • 
  • Daha bir məmur oğluna görə vəzifəsini itirdi - Azərbaycanda

    Daha bir məmur oğluna görə vəzifəsini itirdi - ...

    31-03-2015, 18:40

  • 
  • Azərbaycanda işdən çıxarılan məmur bir neçə saatdan sonra öldü - Eksklüziv

    Azərbaycanda işdən çıxarılan məmur bir neçə ...

    19-11-2013, 12:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (90)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu