GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Hakimiyyətdə böyük kapital savaşı

Hakimiyyətdə böyük kapital savaşı

Tarix: 13-02-2013, 10:34 Bölmə :İqtisadiyyat Baxış: 1 165
Hakimiyyətdə böyük kapital savaşı

Dövlət qulluğu indiyə qədər məmur üçün faktiki olaraq biznes mandatına çevrilib

Rəsmilər ölkənin dünyaya analoqu olmayan iqtisadi yüksəliş modelini təqdim etdiyini iddia etsələr də, əslində belə deyil. Əksinə, ölkə indi çox az yerdə təsadüf olunan iqtisadi model qoyub ortaya – buna məmur kapitalizmi və bəzən də nomenklatura kapitalizmi deyirlər.

Qanunla oynanılan oyun

Bəri başdan deyək ki, mütəxəssislər iki şeyi ayırmağa tövsiyə edirlər. Biri var, məmurların mülkiyyətə sahib olması, biri də var, onların fəal biznes fəaliyyəti ilə məşğul olması. Dünyada birinci hala təsadüf edilsə də, ikinci hal ən müxtəlif şərtlərlə məhdudlaşdırılır. Amma Azərbaycanda real mənzərə təsəvvür və təsadüf olunandan bir qədər mürəkkəbdir. Məmurlar çox hiyləgər fənddən istifadə edirlər: onlar özlərinin biznes strukturlarını yaxınlarının adına rəsmiləşdirir və belə görüntü yaradırlar ki, sanki özləri heç bir iqtisadi struktura malik deyillər. Buna görə də onların biznes strukturlarına malik olduqlarını bir çox hallarda sübut etmək çətin olur. Bunun təzahürlərini yalnız köməkçi iqtisadi faktorlarla və nəticələrlə müəyyən etmək olur: ölkədə inhisarçılıq yaranır, azad rəqabət mühiti pozulur, azad biznes fəaliyyəti məhdudlaşır, korrupsiya artır.
Bəs qanunvericilik belə hallara necə münasibət bəsləyir? Ölkənin ali qanununda, digər qanunvericilik aktlarında deputat və məmurların biznes fəaliyyəti ilə məşğul olması yasaqdır. Ona görə də bir qədər əvvəl qeyd etdiyimiz mənzərə meydana çıxır: məmurlar və deputatlar qanundan yan keçməyə cəhd edir və buna çox asanlıqla nail olurlar. Bir çox hallarda isə hətta qanunların tələblərini nəzərə almırlar. Məsələn, bir neçə ildir ki, gəlir deklarasiyaları təqdim etməklə bağlı qanun qəbul edilib, amma bu vaxta qədər bu mexanizm işə düşməyib, hətta bu günə qədər onun forması da müəyyən edilməyib. Elə bu səbəbdən indi ölkədə iki tendensiya hiss olunur. Bəziləri deputat və məmurların biznes fəaliyyətinin leqallaşdırılmasına çağırır, digərləri isə, əksinə, qanunla biznes fəaliyyətinə görə onlara qarşı cəza tədbirlərinin sərtləşdirilməsini tələb edirlər. Son qərarın necə olacağını fəhm etmək o qədər də çətin deyil, çünki bu ölkədə məmurların marağı həmişə öndə olub, prioritet təşkil edib. Üstəlik, qərarları məmurlar özləri qəbul edir və onların özlərinin maraqlarının əleyhinə qərar qəbul edəcəklərini zənn etmək sadəlövhlük olardı.

Vəzifə varsa, mülkiyyət var və toxunulmazdır, yoxdursa mülkiyyətin sahibi yoxdur

Məmur kapitalizminin ən böyük qüsuru odur ki, o, mülkiyyət institutuna siyasi məzmun verir: mülkiyyətin toxunulmazlığı bilavasitə məmurun tutduğu vəzifədən asılı olur - vəzifə varsa, mülkiyyət var və toxunulmazdır, yoxdursa mülkiyyətin sahibi yoxdur, onu hətta mənimsəmək olar. Bu vaxta qədər ölkədə «gözdən düşən» məmurlar çox olub və sonda onların malik olduğu biznes strukturları ya dağıdılıb, ya da mənimsənilib. Nəticədə mülkiyyət institutu özünün toxunulmazlığından məhrum olunub.
Burada bir detalı da qeyd etmək yerinə düşər. Bu məsələ ilə bağlı bu vaxta qədər hüquqi tendensiyalar da biri-birinə qarışıb. Ölkədə deputat və məmurların mülkiyyət hüququnu və biznes fəaliyyətini sərt qaydada tənzimləyən qanun və qərarlarla bahəm, onlara yaşıl işıq yandıran qərar və qanunlar da mövcuddur. Məsələn, bir neçə ay bundan əvvəl mülkiyyət məsələsi kommersiya sirrinə aid edildi. Bu qərar faktiki olaraq məmurların sərvətini gizlətmək üçün şərait yaratdı, çünki ölkə jurnalistləri bəzi məmurların sərvətinin miqyaslarını araşdırmağa başlamışdılar.
Beləcə, bir tərəfdən, gəlir deklarasiyası haqda qərar qəbul edilir, o biri tərəfdən, müəssisə və şirkətlərin kimə məxsusluğu kommersiya sirri elan edilir. Bu da onun nəticəsidir ki, ölkədə məmur kapitalizmi modelindən kənarda qalan və ona opponentlik etmək iqtidarında olan dövlət subyekti yoxdur…

Üç yoldan birini seç…

İndi bu məsələyə münasibətdə üç ssenaridən birini seçilməlidir. Birinci yol hər şeyin olduğu kimi qalmasıdır. İkinci yol deputat və məmurların biznes fəaliyyətinin leqallaşdırılmasıdır. Üçüncü yol isə, əksinə, bunun məhdudlaşdırılması üçün qanunların sərtləşdirilməsi və nomenklatura ilə biznesin birdəfəlik bir-birindən ayrılmasıdır. Sonuncu yol ən mütərəqqisi olsa da, ölkədəki mövcud iqtisadi reallıqlar baxımından bəlkə də ən qeyri-mümkün variant hesab edilə bilər. Çünki məmurlarda dövlət qulluğuna marağı məhz onun biznes fəaliyyəti üçün yaşıl işıq yandırması yaradıb, dövlət qulluğu indiyə qədər məmur üçün faktiki olaraq biznes mandatına çevrilib. Məsələnin qəliz tərəfi budur ki, ölkədə dünyada rast gəlinən siyasi sistemlərin bəlkə də ən neqativ modellərindən biri qurulub. Onun öz subyektləri tərəfindən transformasiyası çox müşkül məsələdir. Ona görə də bir siyasi perspektivi heç cür inkar etmək olur: ölkə böyük və əsas mülkiyyət bölgüsünü hələ bundan sonra yaşayacaq…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General İmranovun biznes imperiyası

    General İmranovun biznes imperiyası ...

    9-05-2014, 12:31

  • 
  • Sabiq məmurlar indi nə işlə məşğul olur?

    Sabiq məmurlar indi nə işlə məşğul olur? ...

    31-01-2014, 13:12

  • 
  • Ülvü Quliyevin biznes imperiyası

    Ülvü Quliyevin biznes imperiyası ...

    26-12-2012, 12:32

  • 
  • Azərbaycan üçün demokratiya qaçılmazlığı

    Azərbaycan üçün demokratiya qaçılmazlığı ...

    9-01-2013, 09:57

  • 
  • “Fredeem House” peşəkar insan haqları təşkilatı yox, bir biznes şirkətidir”

    “Fredeem House” peşəkar insan haqları təşkilatı ...

    19-12-2012, 14:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (493)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu