GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Vergilər Nazirliyinin müstəntiqindən qanunsuz addım

Vergilər Nazirliyinin müstəntiqindən qanunsuz addım

Tarix: 12-12-2016, 20:40 Bölmə :Siyasət Baxış: 1 775
Vergilər Nazirliyinin müstəntiqindən qanunsuz addım

Gözdən əlillər Baş Prokuror və Ədliyyə Nazirinə müraciət etdilər


Əlillərin Müdafiə Komitəsi gözdən əlil Elyar İsrail oğlu İsmayılovun qanunsuz həbsindən narazıdırlar. Artıq neçə müddətdir ki, onlar bu narazılığı mətbuatda, eləcə də "Gündəm Xəbər" qəzetinin səhifələrində ifadə edirlər. Gözdən əlillər eyni zamanda ölkə başçısına, bir sıra nazirlərə, o cümlədən Vergilər Naziri Fazil Məmmədova mürciət ediblər. Lakin hələlik bu müraciətlərə reaksiya verilməyib.

Gözdən əlillərin növbəti müraciəti isə Baş Prokuror Zakir Qaralova, Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının (MHŞ) sədri Fikrət Məmmədova müraciət ediblər: "Sizə üz tutmağımızın nədəni araşdırma, istintaq, əməliyyat-axtarış fəaliyyəti zamanı qanunvericiliyin kobud şəkildə pozulmasına hüquq qiyməti verilməməsi, məhkəmə qərarı olmadan vətəndaşların həbs olunması və sonradan onların barəsində saxta məhkəmə qərarları ilə həbs qətimkan tədbirlərinin seçilməsinə diqqətinizi yönəltməkdir.Hansı qurumun etməsindən asılı olmayaraq, heç bir əsas olmadan özbaşına,şəxsi mülahizəyə əsasən, vətəndaşın şübhəli şəxs qismində bir dəqiqə belə saxlanılmasının yolverilməz olmasını bilməmiş deyilsiniz. Di gəl, Azərbaycanda bir sıra dövlət qurumları tərəfindən vətəndaşın belə “şübhəli” yolla həbs edilməsi praktikası geniş yayılıb. Özü də ailəsini bilgiləndirmədən, saxlanmasının səbəbi deyilmədən, müdafiəçi ayırmadan.Vallah, polisin adı çıxıb,vergiyığanların, icra məmurlarının vətəndaşları, əlilləri, özü də tələbkar tərəfi məhkəmə qərarı olmadan həbs etmələri adi hal alıb. Belə fikir yaranır ki, gerçəkdə ölkədə nə prokuror nəzarəti var, nə də Məhkəmə Hquq Şurası. Sadəcə, gözdən pərdə asmaq adına nə qədər məmur dövlət büdcəsindən əlillərə, pensiyaçılara, işçilərə çatmalı olan pulu yeyir!"

Müraciətdə bildirilir ki, 11 noyabr 2016-cı ildə saat 17 radələrində 10-a yaxın vergi əməkdaşı əlillərin Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki köşkünə soxulub və oradakı bütün şəxsləri zorla maşına basıb naməlum istiqamətdə aparıblar: "Tərtərdə doğulmuş, Gəncədə yaşayan, iş üçün Bakıya gələn gözdən hərbi xidmət əlili, 4-5 yaşında iki körpə uşaq atası Elyar İsrail oğlu İsmayılovu həmin gündən qanunsuz həbsdə saxlayan vergiyığanlar ondan və digər vətəndaşlardan onun əleyhinə ifadə alaraq gecə yarısı sərbəst buraxıblar.

Baş Prokurorluğun 492 55 40 və 492 01 38 “qaynar xətt” xidmətində isə son bir ildə demək olar dəstəyi belə götürmürlər.Bizim çoxsaylı zənglərimizdən sonra gecə yarısı adını deməyən növbətçi prokuror gözdən əlilin hüququnun kobud şəkildə pozulmasına “gecdir, sabah baxarıq” deməklə reaksiya verdi. Ertəsi gün dəstəyi götürən növbətçi yenə adını demədən saat 13-dən sonra zəng etməyimizi bildirdi .Saat 13-dən sonra dəstəyi qaldıran növbətçi isə özünü dandı ki, elə söz deməyib, o sözü deyən növbətçini tapandan sonra şikayətimizə baxılacaq!(??) Bu “qaynar xətt” insanları dolamaq üçündür,yoxsa?... Sizdən soruşuruq,hörmətli baş dövlət ittihamçısı! DİN-in 102 xidmətinə müraciətimizi də öncə qeydə almadılar ki, verginin işinə qarışa bilməzlər, ombudsmanın “qaynar xətt” xidməti (0503709896 ) isə yalnız polisdən şikayətləri qeydə aldığını vurğuladı, 195 xidmətinin 18-ə kimi bizi dinləməyə belə dözümü çatmadı,18-dən sonra isə istirahətə getdi. Bir sözlə, ”qaynar” xidmətdən əlimizin çıxdığına əmin olub, yalnız 102 xidmətinə gözümüzü dikib, gözdən əlilin harada saxlandığını öyrənmək istədik. Heç demə, əlili Yasamal polisində saxlayırlarmış. Sözügedən polisdən verginin göstərişilə (??) saxladıqlarını deyib, ən azı 48 saat orada olacağını bildirdilər. Ha çalışdıq, qanunu, konstitusiyanı anladaq,”olmaz” deyib durdular. Nazirə şikayət edəcəyimizi deyəndən sonra 102-dən özünü Famil kimi təqdim edən (??) polis zəng edib əlilin Yasamal məhkəməsinin qərarı ilə 2 sutka həbs olunduğunu dedi. Axı, məhkəmə 2 sutka həbs qətimkan tədbiri seçmir, bəlkə inzibati həbs seçilib, deyə fikirləşdik.Özünüzü bizim yerimizdə, əlilin, onun ailəsinin yerində hiss edin. Gözdən əlili tutub aparıblar, nə yerini, nə hakimin adını deyirlər, nə də məhkəmə qərarını verirlər. Özü də bunu məhkəmənin qapalı keçməsilə izah edirlər. Birincisi, hadisə Sabunçuda olubsa, niyə Yasamal məhkəməsi qərar verməlidir, ikiincisi, məhkəmə niyə qapalı keçirilməlidir və üçüncüsü, bəyəm qapalı keçəndə hakimin adı da gizlədilir? İbtidai icma quruluşunda yaşayırıq ki, ibtidai araşdırma aparan vergi müstəntiqi vətəndaşı gizlin şəkildə anonim hakimin qərarı ilə həbsdə saxlayır? Nə isə...yalnız əlilin həbsindən 10 gün sonra 12.11.2016-cı il tarixli 4(004)-1119/2016 saylı hakim Sərdar Mehrəliyevin adından seçilən həbs qərarını əldə edə bildik. Bu qərarın girdirmə olduğunu Vergilər nazirinə müraciətimizdə izah etmişik. Onu əlavə edək ki,vergi qurumunun yaydığı informasiyada da Elyar İsmayılova 12.11.2016-cı il tarixli Yasamal məhkəməsinin qərarı ilə həbs seçildiyi göstərilib.Vurğuladığım kimi bu qərar saxtadır və hakim Sərdar Mehrəliyev, onun adından bu qərarı tərtib edənlər məsuliyyətə alınmalıdırlar".

Daha sonra gözdən əlillər bildirirlər ki, dəhşətə, mənəvi terrora baxın ki, gözdən əlil zabiti vergi müstəntiqi həbs edib,özü də məhkəmənin adından qərar qəbul edib: "İndi 1 aydır gözdən əlil Kürdəxanıda reketlyin qurbanıdır. Bəs prokuror nəyə nəzarət edir, bəs penitensiar xidmət niyə əlili məhkəmə qərarı olmadan həbsdə saxlayır? Axı, kim bilməsə də, prokurorluq, ədliyyə işçisi bilməlidir ki, cinayət işlərində məhkəmənin qərarı üçrəqəmlidir! Bunu bilmirlərsə, necə ədliyyə sistemində, hüquq orqanında işləyirlər? Bunu bilmirlərsə,vay bu ölkənin vətəndaşlarının halına! Sizdən vəzifənizi icra edib,gözdən əlil hərbi xidmət əlili, Azərbaycan Ordusunun zabiti, 2 körpə uşaq atası Elyar İsmayılovun anında həbsdən azad edilməsinə, rebilitasiya hüququnun təminatına göstəriş verməyinizi və məsul şəxslərin qanunsuz hərəkətlərinə hüquq qiyməti verməyinizi diləyirik".

Müraciəti Əlillərin Müdafiə Komitəsinin başqanı ,DİN-in 1-ci qrup Qarabağ əlili, jurnalist Məğrur Bədəlsoy və daha 39 əlil-şəhid ailəsi imzalayıb.
Yazışma Danışığı Bitdi

Ramin

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • VERGİLƏR NAZİRLİYİ VƏTƏNDAŞLARIN KONSTİTUSİON ”TƏQSİRSİZLİK PREZUMPSİYASI”NI POZUR

    VERGİLƏR NAZİRLİYİ VƏTƏNDAŞLARIN KONSTİTUSİON ...

    22-11-2016, 03:03

  • 
  • Gözdən əlillərdən vergi məmurlarına sərt ittihamlar

    Gözdən əlillərdən vergi məmurlarına sərt ...

    12-12-2016, 19:46

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak ediblər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    24-12-2015, 15:24

  • 
  • BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR

    BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR ...

    10-01-2013, 12:17

  • 
  • Prokuror Qurban Məmmədova 3 il həbs istədi

    Prokuror Qurban Məmmədova 3 il həbs istədi ...

    28-11-2013, 14:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu