GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Baş direktorun müavini: "FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva bu təşkilatın fəaliyyətinə dəstək məqsədilə mühüm işlər görür"

Baş direktorun müavini: "FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva bu təşkilatın fəaliyyətinə dəstək məqsədilə mühüm işlər görür"

Tarix: 13-12-2016, 20:56 Bölmə :Siyasət Baxış: 476
Baş direktorun müavini: "FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva bu təşkilatın fəaliyyətinə dəstək məqsədilə mühüm işlər görür"

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva bu təşkilatın fəaliyyətinə dəstək məqsədilə mühüm işlər görür.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azernews" qəzetinə müsahibəsində FAO-nun baş direktorunun müavini və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin deyib.

O qeyd edib ki, son 20 il ərzində Azərbaycan və FAO arasında əməkdaşlıq daim artır: "Ötən il FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının icrası və FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Bürosunun yaradılması haqqında saziş imzalanmışdı. Bu, tərəflər arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına səbəb olub".

V.Raxmanin bildirib ki, Azərbaycan FAO-nun öz ərazisindəki, eləcə də bir sıra digər ölkələrdəki layihələrini maliyyələşdirəcək: "Bununla əlaqədar, mən FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın cəmiyyətin qurumun siyasəti və məqsədləri barədə məlumatlandırılmasında və FAO-nun işinin dəstəklənməsində mühüm rolunu qeyd etməkdən şadam".

Baş direktorun müavini deyib ki, Azərbaycan ərzaq təhlükəsizliyinin təmin olunduğu bir ölkədir və ölkənin növbəti hədəfi kənd təsərrüfatını daha dayanıqlı və rəqabətqabiliyyətli etməkdən ibarətdir.

Onun sözlərinə görə, FAO və Azərbaycan arasında əməkdaşlıq heyvanların və bitkilərin sağlam olması, kənd təsərrüfatına investisiyaların dəstəklənməsi, potensialın inkişaf etdirilməsi, siyasi və institusional əsasların möhkəmləndirilməsi, məhsuldarlığın, balıqçılıq təsərrüfatı və heyvandarlığın göstəricilərinin artırılması, davamlı, səmərəli meşə təsərrüfatı, torpaq və su resurslarının idarə olunması kimi prioritet sahələri müəyyən edən "2016-2020-ci illər üçün Ölkə Proqramı" çərçivəsində formalaşdırılır: "FAO və Azərbaycan məhz bu sahələrdə birgə təşəbbüslər planlaşdırırlar".

V.Raxmanin, həmçinin FAO-nun GMO ilə bağlı mövqeyinə aydınlıq gətirib və qeyd edib ki, biotexnologiyaları tez-tez yanlış olaraq GMO ilə eyniləşdirirlər: "Bu düzdür ki, GMO biotexnologiyalardan biridir, lakin bir çox biotexnologiyaların GMO-ya aidiyyəti yoxdur. Vaksin və bioloji pestisidlərin istehsal olunması və ya yeni növ bitkilərin yaradılması üçün molekulyar markerlərin istifadəsi biotexnologiyalarla bağlıdır. Lakin burada GMO-dan istifadə olunmur".

Təşkilatın nümayəndəsi bildirib ki, fermentasiya və süni mayalanmadan tutmuş DNT əsaslı müasir metodlaradək bütün proseslər fermerlərə bitki və heyvan növlərini yaxşılaşdırmağa və məhsuldarlığı artırmağa kömək edir: "FAO hesab edir ki, aclığın aradan qaldırılması və ərzaq istehsalının daha dayanıqlı sisteminin yaradılması üçün sərəncamımızda olan bütün alətləri nəzərdən keçirməliyik. Bu alətlərə həm aqroekologiya, həm də biotexnologiyalar daxildir. Biz hesab edirik ki, bu yanaşmalar birgə işləyə və bir-birini tamamlaya bilər".

Baş direktorun müavini iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsirindən də danışıb: "Bu məsələdə əsas işarə 2015-ci ildə qəbul edilmiş iqlim üzrə Paris sazişidir. Bu saziş ilk dəfə iqlim dəyişikliyi problemlərinin həllində xalqları birləşdirir. İqlim dəyişikliyi artıq aşkardır və bu çağırışa adekvat cavab vermək lazımdır. FAO özünün iqlim baxımından optimallaşdırılmış kənd təsərrüfatı konsepsiyası əsasında kompleks yanaşma təklif edir".

V.Raxmanin ərzaq məhsullarının israfçılıqla istifadəsinin dünya ərzaq təhlükəsizliyinə və iqlim dəyişikliyinə təsirini şərh edib: "Bütün ərzağın üçdə biri istehlak olunmazdan əvvəl xarab olur və bütün meyvə və tərəvəzin təxminən yarısı utilizasiya olunur. Bu, qida məhsullarının istehsalı üçün sərf olunan əməyin, suyun, enerjinin, torpağın və digər resursların biabırçı şəkildə israf olunması deməkdir. Biz bu səviyyədə itki və tullantıya imkan verə bilmərik, xüsusilə də 780 milyon insanın kifayət qədər qida əldə edə bilmədiyi dünyada".

O, həmçinin qeyd edib ki, daha sonra atılan və utilizasiya olunan ərzağın istehsalı, təkrar emalı və paylanması qlobal istixana qazı tullantılarının böyük hissəsini əhatə edir: "Əlavə tullantılar tullantı yerlərində ərzaq məhsullarının çürüməsi ilə də bağlıdır. Bu zaman onlar karbon dioksiddən 25 dəfə daha zərərli qaz olan metan buraxır. Problemin miqyasını anlamaq üçün, gəlin, təsəvvür edək: əgər qida tullantıları ölkə olsaydı, o, istixana qazının buraxılması həcminə görə dünyada üçüncü yeri tutardı".

Təşkilatın nümayəndəsi bildirib ki, hər bir insan istehlaka daha məsuliyyətli yanaşmaqla və gündəlik sadə qərarları dəyişməklə, məsələn, daha az qida tullamaqla və ya daha az ət və daha çox paxlalı bitki istifadə etməklə qida tullantılarının həcminin azalmasına və iqlim dəyişikliyinin nəticələrinin yumşalmasına öz töhfəsini verə bilər.

V.Raxmanin qeyd edib ki, FAO ərzaq itkilərinin səviyyəsinin müəyyən olunmasına kömək üçün ölkələrə texniki dəstəyi təmin edir və ərzaq itkilərini və qida tullantılarının həcmini azaltmaq məqsədilə milli və regional təşkilatlar, dövlət və özəl tərəfdaşları arasında əməkdaşlığı təbliğ edir: "Bu məqsədlər üçün 600-dən çox şirkət və təşkilatı birləşdirən SAVE FOOD Qlobal Təşəbbüsü təsis olunub".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Prezident olduğum 9 il müddətində var-dövlət yığmadım" (FOTO)

    "Prezident olduğum 9 il müddətində ...

    17-06-2013, 01:48

  • 
  • Mehriban Əliyeva və Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransda iştirak ediblər

    Mehriban Əliyeva və Leyla Əliyeva Parisdə BMT-nin ...

    5-12-2015, 16:18

  • 
  • Azərbaycan NATO-nun vacib tərəfdaşıdır

    Azərbaycan NATO-nun vacib tərəfdaşıdır ...

    7-03-2016, 13:36

  • 
  • Dövlət Statistika Komitəsinin nümayəndəsi Cenevrədə keçirilən iclasa qatılıb

    Dövlət Statistika Komitəsinin nümayəndəsi ...

    1-12-2016, 20:01

  • 
  • Prezident İlham Əliyev: "Bu vəhşilikdir, bu, İslam mədəniyyətinə qarşı terrordur"

    Prezident İlham Əliyev: "Bu vəhşilikdir, bu, ...

    26-11-2015, 18:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu