GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Akif Çovdarovun tapşırıqlarını icra etmişəm”

“Akif Çovdarovun tapşırıqlarını icra etmişəm”

Tarix: 21-12-2016, 15:06 Bölmə :Siyasət Baxış: 532
“Akif Çovdarovun tapşırıqlarını icra etmişəm”

MTN polkovniki: “Akif Çovdarovun tapşırığı ilə “Karvansaray” MMC-yə getmişəm”

“Akif Çovdarovun tapşırığı ilə Nizami Quliyevdən həbs edilməsi hədə-qorxusu ilə 1 milyon manat pul tələb etməmişəm”

Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.

Cinayət işi üzrə təqsirləndirilən şəxs Səlim Məmmədovun maraqlı ifadələri ilə yadda qalıb. Qəzetimizin ötən saylarında Səlim Məmmədovun MTN-də keçdiyi xidmət və törədilən cinayətlərlə bağlı bir neçə epizod üzrə ifadəsini dərc etmişdik. Səlim Məmmədovun ifadələrini dərc etməkdə davam edirik.

Səlim Məmmədov bildirib ki, “Yeni Yasamal” mənzil-tikinti kooperativinin təsisçilərinə qarşı qanunsuzluqlar epizodu üzrə ifadə verib. O, bildirib ki, Kazım adlı əslən salyanlı bir şəxsi xatırlayır: “Kazım adlı şəxs əvvəllər Milli Təhlükəsizlik Nazirliyinə işə qəbul olunmaq üçün sənədlərini verib, lakin işə qəbul edilməyib. Kazımın barəsində sənədlərin və məlumatların

toplanması tərəfimdən həyata keçirilib. Onun işə qəbul edilməmə səbəbini bilmirəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəllər Əhmədli qəsəbəsində, Mehmandarov küçəsində qayınatasının evində yaşayıb: “Kazımın həmin küçənin sonunda evi olub. Sonradan yaşayış yerimi dəyişmişəm. Bir müddət MTN-in Ağstafa rayon şöbəsinin rəisi vəzifəsində işləmişəm. Bu səbəbdən də Kazımla münasibətlərim səngiyib. Kazımın şəxsiyyət vəsiqəsinin surəti məndə olub. Bir dəfə MTN-in VI baş idarəsinin rəisi Akif Çovdarov məni otağına çağırdı və dedi ki, inandığın, etibar etdiyin bir adamın şəxsiyyət vəsiqəsinin surəti lazımdır, onun adına müvəqqəti ev yazılacaq, amma sonradan evin başqasının adına rəsmiləşdirilməsinə problem yaradan adam olmasın. Bu səbəbdən də Kazıma zəng edərək dedim ki, sənin adına ev sənədləşdiriləcək, sonra isə həmin ev başqasının adına rəsmiləşdiriləcək. Kazım isə heç bir problem olmadığını deyib və şəxsiyyət vəsiqəsinin surətini mənə verib. Kazımın şəxsiyyət vəsiqəsinin surətini Akif Çovdarovun xidməti otağında onun özünə təqdim etdim. Kazımın adına hansı mənzilin, nə səbəbə, hansı şəraitdə, kim tərəfdən, hansı əsasla rəsmiləşdiriləcəyini Akif Çovdarovdan soruşmamışam. Bu barədə sonradan maraqlanmamışam”.

Səlim Məmmədov əlavə edib ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsi, Kənar dairəvi 5 ünvanında “Yeni Yasamal” MTK tərəfindən inşa edilməkdə olan 16 mərtəbəli binada yerləşən 67, 122, 122 A, 127, 130 və 227 nömrəli mənzillər və 1 ədəd 250 m2 sahəsi olan qeyri-yaşayış sahəsi, onun tanıdığı və şəxsiyyət

vəsiqəsinin surətini Akif Çovdarova verdiyi Kazımın adına rəsmiləşdirilməsindən məlumatı olmayıb.

Səlim Məmmədov “Karvansaray-2010” MMC-nin vəzifəli şəxslərinin qanunsuzluqlara məruz qalması epizodu üzrə göstərib ki, Cahangir Alışovu tanıyır, həmin şəxsi ilk dəfə MTN-nin inzibati binasında Akif Çovdarovun yanında görüb: “Başqa bir məsələ ilə bağlı Akif Çovdarov otağına gəlmişdim. Orada Akif Çovdarov yanındakı şəxsin Cahangir Alışov olduğunu dedi. “Karvansaray” ticarət mərkəzi ilə bağlı olan şikayətlə əlaqədar gəldiyini söz arası mənə dedi, sonralar təxminən 2013-2014-cü illərdə MTN Akademiyasında oxuyan oğlum Sənan dedi ki, bir kursant dostu var atasının adı Cahangirdir və həmin şəxs onu tanıyır. Sonralar Cahangir Alışovun oğlumun toy mərasimində iştirak edib. Cahangir də oğlu Sənanın toy mərasimində iştirak etmişəm, bir-birmizin övladlarına görə tanımışıq”.

Səlim Məmmədovun sözlərinə görə, əvvəllər Daxili İşlər Orqanlarında işləyib və sonradan maklerlik fəaliyyəti ilə məşğul olan Etibar adlı şəxsi tanıyıb: “Nizami Quliyevi hələ tələbəlik vaxtlarından tanıyıram, onunla tanışlıq münasibətlərim olub. Cahangir Alışov ilə Mizami Quliyevin arasında problemlər və narazılıqlar olub, konkret şikayətin olub-olmadığını bilməmişəm. Akif Çovdarovun tapşırığı ilə “Karvansaray” MMC-yə getmişəm. Orada Cahangir və Nizami ilə görüşdüm, aralarındakı problemlərini öyrənib, camaatın narazlıqlarının aradan qaldırılması ilə bağlı müəyyən məsləhətlər verdim. Onlara öz aralarında razılığa gəlmələrini təklif etdim”.

Səlim Məmmədov qeyd edib ki, bundan sonra Nizami və Cahangir bir-birilərini başa düşüb və öz aralarında ümumi razılığa gəlib, həmin ticarət mərkəzində rəsmi heç bir yoxlama və yaxud araşdırma tərəfindən aparılmayıb: “Bununla bağlı hər hansı bir marağım olmayıb. Sadəcə olaraq Akif Çovdarovun göstərişi əsasında həmin ticarət obyektində olmuşam, tərəflərə vətəndaşların narazılıqlarına son qoyulması istiqamətində adları qeyd edilən şəxslərə tövsiyyələr vermişəm. Akif Çovdarovun tapşırığı ilə “Karvansaray” ticarət mərkəzinin tikintisində görülmüş işlərin hesablanmasında iştirak etmiş Malik Əhmədov adlı şəxsi xatırlamıram. Cahangir Alışovun “Mən Alışov Cahangir Həsənağa oğlu, Karvansaray 2010 MMC-dən qalan tikinti ilə əlaqədar borcu 2050 kvadrat metr mövcud ticarət mərkəzindən dükan və obyektlə aldım, Quliyev Nizami Rüstəm oğluna qarşı heç bir iddiam yoxdur” məzmunlu 23 yanvar 2012-ci il tarixdə yazdığı qəbz barədə, həmin qəbzin xidməti otağımda yanımda yazılmasından məlumatsız olmuşam”.

Səlim Məmmədovun sözlərinə görə, 1954-cü il təvəllüdlü Naxçıvan MR-da anadan olmuş İmranova Bilurə Məmməd qızını tanımıram: “Onun “Karvansaray 2010” MMC-də pay sahibi olmasını bilməmişəm, həmin ticarət obyektinin 14 fevral 2012-ci il tarixdə alqı-satqısı ilə bağlı 21 saylı notariat kontorunda, həmçinin “Karvansaray 2010” MMC ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmasına razı olmağa görə Nizami Quliyevə təzyiqim və yaxud təsirim olmayıb. Akif Çovdarovun qohumu Natiq Hümbətov “Karvansaray 2010” MMC-nin direktoru təyin edilməsindən məlumatım olmayıb. Natiq Hümbətov tələbə yoldaşım olub, Nadir Quliyev adlı şəxsi tanımıram. “Karvansaray

2010” MMC-nin təsisçisi Nadir Quliyevin vətəndaş Emil Babayevə Bakı şəhəri 6 saylı notariat kontorunda verdiyi 14 may 2013-cü il tarixli etibarnamə ilə bağlı Nadir Quliyev “Karvansaray 2010” MMC-nin 30% payını ona düşən hissəsindən Emil Babayevə alqı-satqı etmək üçün etibar etməsini bilmirəm. Həmin şəxsləri tanımadığıma görə göstərilən məsələ barəsində dəqiq bir söz deyə bilmirəm. Ümumiyyətlə Natiq Hümbətovla notariusa getdiyimi xatırlamıram”.

Səlim Məmmədov həmçinin göstərib ki, Akif Çovdarovun tapşırığı ilə Nizami Quliyevdən həbs edilməsi hədə-qorxusu ilə 1.000.000 manat pul tələb etməyib, sonda həmin şəxsdən ilkin olaraq 100.000 manat verməsini tələb etməyib: “Bunların hamısı mənə qarşı yalan, şər və böhtan olub. Nizami Quliyevdən onu həbs edəcəyim hədə qorxusu ilə sonuncunun dostu Asif Cahangirovun vasitəsilə 35.000 manat, 45.000 manat və 20.000 manat olmaqla ümumilikdə 100.000 manat pul almamışam. Asif Cahangirov adlı şəxsi tanımamışam. Heç bir kəsdən də pul tələb etməmişəm və almamışam”.

Səlim Məmmədov ifadəsində Asif Cahangirovdan 3 dəfəyə 100.000 manat məbləğində pul aldığını inkar etsə də, sonuncu ilə üzləşdirilərkən ondan bağlamalar qəbul edib və Akif Çovdarova gətirib verməsini etiraf edib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu