GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Dövlət Dəniz Administrasiyasında korrupsiya şəbəkəsi - Müdhiş iddialar

Dövlət Dəniz Administrasiyasında korrupsiya şəbəkəsi - Müdhiş iddialar

Tarix: 14-01-2017, 00:20 Bölmə :Siyasət Baxış: 538
Dövlət Dəniz Administrasiyasında korrupsiya şəbəkəsi - Müdhiş iddialar

Qüdrət Qurbanovun komandasının hansı sektorları rüşvət yuvasına çevirdiyi haqda detallı araşdırma “Gündəm-Xəbər”də...
Mətbuat xidməti susan və medianı ittiham edən DDA rəhbərliyinin “Xəzər Dəniz Gəmiçilik” QSC ilə gəmi çəkişmələrinin - Təfərrüatı
Dövlət Dəniz Administrasiyası “Xəzər Dəniz Gəmiçilik” QSC-ni arxa planda qoyub. Təqribən, bir-birini təkrarlayan, struktur islahatı olarsa birləşdiriləcək hər iki qurum daim medianın diqqət mərkəzində olub.

Dövlət Dəniz Administrasiyasında korrupsiya şəbəkəsi - Müdhiş iddialar

Aydın Bəşirovun talayıb getdiyi QSC indi Rauf Vəliyevin şəbəkəsi tərəfindən tar-mar edilir. Paralel olaraq da DDA tənqid hədəfidir.
Çünki A.Bəşirov və R.Vəliyev kimi Qüdrət Qurbanov da bu spesifik sektoru bildiyi kimi idarə edir. Əslində, mətbuatın Dövlət Dəniz Administrasiyası barədə səhih təhqiqat aparmaq imkanı məhduddur.
Həm qurum sorğuları cavablandırmır, mətbuat xidməti fəal deyil, həm araşdırma üçün informasiya bazası məhdudlaşdırılıb, həm də spesifik sahə olduğuna görə jurnalistlərin DDA-nı dərindən araşdırması çətindir.
Yalnız gələn informasiyalar əsasında mülahizələr yürüdülür və dənizçilərin bu qurumdan anonim şikayət məktubları mətbuatda tirajlanır.
Belə olan halda DDA rəhbərliyi medianı qərəzçilikdə ittiham edir və barəsindəki iddialarla bağlı mətbuat xidməti susqunluq nümayiş etdirir. Bu susqunluq yeni-yeni iddia və ittihamların çoxalmasına şərait yaradır.
Halbuki, Q.Qurbanovun ictimai əlaqələr şöbəsi press-reliz yaya bilərdi, təkzib mətni yaxud açıqlama ilə çıxış etmək olardı. Bu susqunluq görünür, DDA rəhbərliyinin həmin ittihamları dolayısı ilə təsdiqləməsidir.
Əvəzində ayrı-ayrı xəbər portallarında “mətbuat yalan yazır” üslubunda cavab mətnləri dərc etdirilir, ortadakı ittihamlara isə aydınlıq gətirilmir.
“Gündəm-Xəbər”in araşdırma qrupunun yazdığına görə, sertifikatların verilməsi, dənizçilət üçün bildirişlər, qəza araşdırma hesabatları, gəmi standartlarına nəzarət sektoru, limanlarla iş üzrə sektor və onlarla belə sahələr üzrə qeyri-rəsmi gəlirlər var.
Bu gəlirlər diplom, imtahan və sertifikatlaşdırma sektorunu, dəniz qəzalarının araşdırılması sektorunu, gəmi qeydiyyatı və sənədləri sektorunu da əhatə edib.

Dövlət Dəniz Administrasiyasında korrupsiya şəbəkəsi - Müdhiş iddialar

DDA rəhbəri Qüdrət Qurbanovun şəbəkələşmiş peşəkar maxinasiya komandası yuxarıda sadalanan sektorları korrupsiya yuvasına çevirib.
Hətta qurumun mətbuat xidmətinin kim olduğu və əlaqə nömrəsi belə rəsmi saytda yerləşdirilməyib ki, jurnalistlər suallarına ünvanlasın.
Məlumatda bildirilir ki, yuxarıda adı keçən sektorlar gəlirli sahələrdir. Bu sahələrdə rüşvət o şəkildə peşəkar, gizli və qapalı həyat keçirilir ki...
“Gündəm-Xəbər”in məlumatına görə, Dövlət Dəniz Administrasiyası “Xəzər Dəniz Gəmiçilik” QSC ilə daimi intriqa və konfliktdə olan qurumlardır. Gəmilərin qeydiyyatdan keçməsi üstündə tez-tez qarşıdurmalar yaşanır.
Hər iki qurum bir-birindən asılıdır. Bu da Rauf Vəliyevlə Qüdrət Qurbanovun qovğasını alovlandırır. Hətta qurumların bir - birinə xahişi də müəyyən istəklər qarşılığında keçərli olur.
Media yazır ki, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun formalaşdırdığı iş metodu artıq dənizçilərin səbrini daşırıb. Administrasiyada hökm sürən rüşvətxorluq, “sertifikat alveri” bütün kollektivi narazı salıb. Yük gəmilərində, tankerlərdə ağır iş şəraitində çalışan bu insanlar hər dəfə dənizə çıxmamışdan əvvəl Dövlət Dəniz Administrasiyasına qazanclarının müəyyən bir hissəsini rüşvət olaraq vermək məcburiyyəti qarşısında qalırlar. Mediada yayılan xəbərlərə görə, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlar təqdim etməlidirlər.

Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin çalışdığı gəminin ölçülərindən asılı olaraq hər bir dənizçiyə 7-8 sertifikat verilir. Bu sertifikatları verən qurum da məhz Dövlət Dəniz Administrasiyasıdır. Burada isə, həmin sertifikatları sadəcə olaraq satırlar.
Belə ki, sertifikatlara görə ödənilən dövlət rüsumundan başqa, hər bir dənizçi Administrasiyanın rəisi Qüdrət Qurbanov tərəfindən müəyyən edilmiş əməkdaşlara bir sertifikata görə 150 manat əlavə pul ödəməli olur.
Tələb olunan məbləğ verilmədikdə isə, təbii ki, dənizçi sertifikatları ala bilmir və bu səbədən də dənizə çıxa bilmir. Q.Qurbanovun oğlu Orxan Qurbanov da medianın gündəminə gəlib.
Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də "imkan vermirdi”. ARDDA-da törədilən müxtəlif maxinasiyalarla bağlı ən çox adları çəkilən məmurlar rəis müavini Ehtiram müəllim və maliyyə şöbəsinin müdiri Etibar müəllimdir.
Həmçinin təqdim edilən açıqlamalarda Dövlət Dəniz Administrasiyasında müxtəlif diplomların da "açıq satışa” çıxarıldı vurğulanır.
Bildirilir ki, qurumun rəhbərliyi tərəfindən matros diplomu 3000 manata, bosman diplomu isə 5000 manata təklif olunur.
Bir müddət əvvəl Qəmbər Səfərov adlı vətəndaşa məxsus "Yunıy moryak” adlı gəminin oğurlanması ilə bağlı yayımlanan məlumatlarda mühüm məqamlar qeyd olunmuşdu.
Bu məsələ ətrafında ciddi qanun pozuntularına yol vermiş tərəf, məhz ARDDA-nın rəisi Qüdrət Qurbanov olmuşdur.
Hətta məhkəmə sənədlərində təsdiq edilmişdi ki, Dəniz Administrasiyası heç bir hüquqi əsas olmadan və müvafiq sənəd təqdim edilmədən qanunsuz olaraq, gəminin qeydiyyatını rəsmiləşdirib və başqa birinə mülkiyyət hüququ barədə sənəd verib.
“Gündəm-Xəbər”in media üzərindən aldığı məlumatlarda ARDDA-da törədilən müxtəlif maxinasiyalarla bağlı ən çox adları çəkilən məmurlar rəis müavini Ehtiram müəllim və maliyyə şöbəsinin müdiri Etibar müəllimdir.
Həmçinin təqdim edilən açıqlamalarda Dövlət Dəniz Administrasiyasında müxtəlif diplomların da "açıq satışa” çıxarıldı vurğulanır. Bildirilir ki, qurumun rəhbərliyi tərəfindən matros diplomu 3000 manata, bosman diplomu isə 5000 manata təklif olunur.
Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun bu qurumda yaratdığı korrupsiya şəbəkəsi dənizçiləri boğaza yığıb. Rüşvət verməkdən cana doyan dənizçilər toplantı keçirərək prezidentə müraciət edəcəkləri bildirilir. Bu barədə məlumatlandıran mənbənin bildirdiyinə görə dənizçilər üçün artıq bıçaq sümüyə dayanıb. Çünki dənizçilər min cür əziyyətlə qazandığı pulların yarısından çoxunu Dövlət Dəniz Administrasiyasındakı sertifikat və diplom alverçilərinə verməli olurlar.
Ağır iş şəraitinə baxmayaraq, ayda 1050 dollar maaş aldığını bildirən dənizçi deyir ki, hər dəfə dənizə çıxmamışdan əvvəl Dövlət Dəniz Administrasiyasına qazancının müəyyən bir hissəsini rüşvət olaraq verməyə məcbur olur.
Çünki başqa cür dənizə çıxmaq imkanı olmur. Belə ki, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlaırı almalıdır.
Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin böyük, ya da kiçik gəmilərdə üzməsindən asılı olaraq hər bir dənizçiyə 7, ya da 8 sertifikat verilir və bu serifikatları dənizçilər Dövlət Dəniz Administrasiyasından verirlər. Bu qurumda isə sertifikatları sadəcə satırlar. Həm də açıq bazardakı kimi.
Belə ki, məlumatlandıran dənizçinin bildirdiyinə görə sertifikatlara görə ödənilən dövlət rüsumundan başqa hər bir dənizçi bu qurumda fəaliyyət göstərən və söyləntilərə görə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova birbaşa bağlı olan şəbəkə hər bir dənizçidən hər bir sertifikata görə 150 manat tələb edir.
Tələb olunan məbləğ verilmədikdə isə, təbii ki, dənizçi sertifikatları ala bilmir və bu səbədən də dənizə çıxa bilmir. Yəni tələb olunan rüşvət verilmədikdə dənizçilər ailələrini saxlamaq üçün ciddi problemlərlə üzləşirlər.
“Gündəm-Xəbər”in media üzərindən aldığı məlumatlarda o da deyilir ki, Dəniz Administrasiyanın rəisi Qüdrət Qurbanovun "Azimport” şirkətinin keçmiş rəhbəri, MTN-nin həbs etdiyi, hazırda azadlıqdan olan Rəşad Məmmədovla olan biznes əlaqələri var imiş.
Qudrət Qurbanov Rəşad Məmmədovla əlbir olaraq "dövlət əhəmiyyətli layihə” adı altında keçən il Səbail rayonu, Xanlar küçəsi, 1 ünvanda yerləşən 26 qarajı söküb.
Əvəzində isə qaraj sahiblərinə kompensasiya verilməyib. Mediada yazılanlara inansaq, Qüdrət Qurbanov həmin ərazidə çoxmərtəbəli bina tikmək niyyətindədir.
Yaşanan qalmaqal böyük səs-küyə səbəb olmuşdu. Qaraj sahiblərindən birinin əcnəbi olması belə Qüdrət Qurbanovu bu niyyətindən çəkindirməmişdi.
Dəniz Administrasiyasının rəhbərliyi tabeçiliyində olan dövlət qurumundan imkanlarından restoran və kafe biznesi üçün istifadə edir. Həmin restoranlardan böyük gəlir əldə etdikləri bildilir. Qüdrət Qurbanov 1959-cu il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub.
28 Fevral 2014-cü ildə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının Prezidenti seçilib.
Bütün bu ittiham və iddialara baxmayaraq, Q.Qurbanovun öz sahəsinin peşəkarı və yaxşı kadr olduğu bildirilir. Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovla Rauf Vəliyevin müəmmalı əməliyyatı

    Kərəm Həsənovla Rauf Vəliyevin müəmmalı əməliyyatı ...

    28-09-2015, 22:15

  • 
  • AYDIN BƏŞİROVUN RƏHBƏRİ OLDUĞU QURUM LƏĞV EDİLDİ

    AYDIN BƏŞİROVUN RƏHBƏRİ OLDUĞU QURUM LƏĞV EDİLDİ ...

    22-10-2013, 20:25

  • 
  • Aydın Bəşirovun daha bir adamı vuruldu

    Aydın Bəşirovun daha bir adamı vuruldu ...

    10-01-2014, 18:21

  • 
  • Aydın Bəşirovun Türkiyədə gəmiçilik şirkəti (VİDEO)

    Aydın Bəşirovun Türkiyədə gəmiçilik şirkəti ...

    10-12-2013, 01:17

  • 
  • Xəzərdə batan 9 neftçiyə görə rekord sayda qüvvə cəlb olundu: 44 gəmi, 6 vertolyot, 700 xilasedici...

    Xəzərdə batan 9 neftçiyə görə rekord sayda qüvvə ...

    18-12-2016, 17:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu