Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin keçmiş rəisi Aydın Bəşirovun daha bir qohumu vəzifədən uzaqlaşdırılıb. Aydın Bəşirovun daha iki qohumunun rəhbərlik etdiyi müəssisədə isə ciddi yoxlamalar aparılır. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar Şöbəsinin rəis müavini Firudin Ömər oğlu Ömərov vəzifəsindən uzaqlaşdırılıb. Rəsmi əmrlə tutduğu vəzifəsindən azad edilən F.Ömərov üzən heyətə 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilib.
Xəzər Dəniz Gəmiçiliyindən verilən məlumatda qeyd olunur ki, Aydın Bəşirovun digər iki yaxını - İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun direktoru Ağaəmi Bəşirov və Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirovun fəaliyyətlərinin təftişi son mərhələdədir. Hər iki məsul şəxsin rəhbərlik etdiyi strukturlarda aparılan yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkar edilib. Onların xüsusi qaydada işdən uzaqlaşdırılacağı istisna edilmir.
Qeyd etdiyimiz kimi, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirovun əvəzinə Dəniz Akademiyasının rektoru vəzifəsinə gətiriləcək adamın isə adı məlumdur. Bu “KMS” dənizçilik firmasının direktoru olmuş, hazırda Akademiyaya prorektor vəzifəsinə gətirilən Çingiz Əliyevdir.
Sorğu
Yeni dizaynımız necədir?