“Sailtrade Denizcilik ve Ticaret Ltd”dən bildiriblər ki, İlqar Bəşirov səfərdə olduğu üçün sualları cavablandıra bilməyəcək
Azərbaycan ANS mətbuatda yayılan bir məlumatın izinə düşüb. ANS-in Türkiyə bürosunun əməkdaşı Xəzər Dəniz Dövlət Gəmiçiliyi İdarəsinin keçmiş rəisi Aydın Bəşirovun Türkiyədə gəmiçilik fəaliyyətilə məşğul olduğu iddia olunan şirkətin yerləşdiyi ünvana gedib.
Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun tuttduğu vəzifədən azad edilməmişdən bir neçə ay əvvəl Türkiyədə gəmiçilik şirkəti qurduğu barədə məlumatlar yayılmışdı. Məlumatda həmin şirkətin ümumi dəyəri 120 milyon manat olan yük və sərnişin gəmisinə malik olduğu iddia edilir. İstanbulda yerləşən “Sailtrade Denizcilik ve Ticaret Ltd” adlı şirkətin təsisçilərindən biri isə Aydın Bəşirovun oğlu İlqar Bəşirovdur. Yayılan məlumatlarda o da iddia olunur ki, maliyyə vəsaiti Aydın Bəşirova məxsus olan şirkət Xəzər Dəniz Gəmiçiliyindən çıxarılan qeyri-qanuni vəsaitlərə söykənib. Şirkətin 3 ay əvvəl təsis olunduğu bildirilsə də, həmin şirkətdən ANS-ə verilən sənəddə isə görünür ki, “Sailtrade Denizcilik ve Ticaret Ltd” şirkəti 2009-cu ildən fəaliyyətdədir. Türkiyə büromuzun əməkdaşlarının bu gün olduğu ofisdən o da bildirlib ki, İlqar Bəşirov indi xarici səfərdə olduğu üçün ona ünvanlanan sualları cavablandıra bilməyəcək.
Şirkətindən o da deyilib ki, ticarət və daşıma ilə məşğul olan bu qurumun 20-yə qədər gəmisi var və uzun illərdir bu işlə məşğul olurlar. Məsələyə aydınlıq gətirmək üçün Aydın Bəşirovla telefonla əlaqə yaratsaq da suallarımızı cavabsız qoydu.
Sorğu
Yeni dizaynımız necədir?