GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » MTN generalı törətdiyi cinayətləri niyə etiraf etmir?

MTN generalı törətdiyi cinayətləri niyə etiraf etmir?

Tarix: 14-01-2017, 12:10 Bölmə :Siyasət Baxış: 438
MTN generalı törətdiyi cinayətləri niyə etiraf etmir?

Akif Çovdarov evindən tapılan şirkət sənədləri və qızıllarla bağlı ifadə verməkdən imtina edib

“İlqar Aşurbəyovla düşmənçiliyim və ya ədavətim olmayıb”

“Əbil Vəzirovdan 80.000 ABŞ dolları məbləğində pul vəsaitini almağım mənə qarşı böhtandır”

Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Proses qapalı olsa da, mətbuatda içədirdə baş verənlərlə bağlı məlumatlar çıxır. 6 aya yaxındır ki, cinayət işi üzrə proses keçirilir, amma Akif Çovdarov susmağa üstünlük verir. O, ifadəsində törətdiyi cinayətlərə şərik olan vəzifəli şəxslərin adlarını çəkmir. Bununla da dəstə başçısının hələ də həbsdən yaxa qurtarmaq ümüdləri var...

Akif Çovdarov sabiq MTN əməkdaşı İlqar Aşurbəyovun külli miqdarda pulunu ələ keçirməsi epizodu üzrə də ifadə verib. O, bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlqar Aşurbəyov yalan danışır: “İlqar Aşurbəyovdan hər hansı məbləğdə pul tələb etməmişəm və ya almamışam. Anti-terror mərkəzinin rəis müavini işlədiyim dövrdə kürəkənim Rəşad

Əmircanov MTN-in Hava limanında Təhlükəsizlik İdarəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin olunub. Həmin vaxt MTN-in Hava limanında Təhlükəsizlik İdarəsinin rəisi İlqar Aşurbəyov olub. Kürəkənim Rəşad Əmircanov MTN-in Hava limanında Təhlükəsizlik İdarəsinin əməliyyat müvəkkili olmasına baxmayaraq nazirliyin inzibati binasında xidmət aparın. MTN-in Hava limanında Təhlükəsizlik İdarəsi 2009-cu ilə kimi IV Baş idarənin tərkibində olub, 2009-cu ildə IV Baş İdarədən VI Baş İdarə ayrılıb. Mən həmin baş idarənin rəisi təyin olunmuşam. MTN-in Hava limanında Təhlükəsizlik İdarəsi VI Baş İdarənin tərkibinə verilib. VI Baş İdarənin tərkibi təsdiq olunarkən MTN-in Hava limanında Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə başqa şəxs təyin olunub. İlqar Aşurbəyovla düşmənçiliyim və ya ədavətim olmayıb. Sadəcə olaraq münasibətlərimiz soyuq olub”.

“Baktel LTD” MMC-nin sahibi Zaur İbrahimovun külli miqdarda pul vəsaitinin ələ keçirilməsi epizodu üzrə Akif Çovdarov yenə də özünü törətdikləri cinayətlərdən kənara çəkmək istəyib. O, ifadəsində Zaur İbrahimovu, Ruslan Qarayevi, Sənan Bağırovu, Vüqar Məhərrəmovu tanımadığını, Zaur İbrahimovdan ümumilikdə 525.000 ABŞ dolları məbləğində pul vəsaitini almadığını bildirib.

“Zaur İbrahimovun ofisinə MTN əməkdaşları göndərilməyib”

Akif Çovdarov 5 may 2016-cı il tarixdə Zaur İbrahimovla keçirilmiş üzləşdirmə zamanı sonuncunun ifadəsini dinləyib və qeyd olunan hadisəni xatırlayaraq özünü müdafiə xarakterli ifadə verib. O, bildirib ki, həmin ərəfədə Vüqar Məhərrəmov

Milli Təhlükəsizlik Nazirliyinin komendaturasına şikayət edərək “Baktel” MMC-nin sahibi Zaur İbrahimovun “Aytel” MMC-yə borcu olduğunu bildirib: “Bu səbəbdən Zaur İbrahimovu xidməti otağıma çağırtdırmışam. Zaur İbrahimov Ruslan Qarayevlə birlikdə xidməti otağıma gələrək “Aytel” MMC-nin direktoru Vüqar Məhərrəmova 200.000 manata yaxın borcu olduğunu və pulun bir hissəsini ödəyə biləcəyini bildirib. Ərizənin səlahiyyətimə aid olmadığını gördüm. Zaur İbrahimova Vüqar Məhərrəmovun borcunu ödəməsini bildirdim. Həmçinin Zaur İbrahimovla Ruslan Qarayevi qəbul edərkən sonuncunun onunla polis orqanlarında bir yerdə işləmiş əmisi Qarayev Arif Baxcəli oğlu zəng edərək aralarında olan mülki mübahisəni onların özlərinin həll edəcəklərini dedim. Həmçinin o, Zaur İbrahimova borclu olan şəxslərin pullarının qaytarılmasında köməklik etməsini xahiş etmişdi. Zaur İbrahimov Ramiz Ağayevin külli miqdarda pul borclu olduğunu bildirdikdən sonra Ramiz Ağayevi müəyyən edərək həmin şəxsin müflis olduğunu öyrəndim. Bundan sonra Zaur İbrahimovla əlaqəm olmayıb. Lakin sonuncu ilə bir neçə dəfə mobil telefon əlaqəsi saxladım. Sənan Bağırovu xatırlamıram. Rəsulov Rəsul Mösüm oğlunun yanında kimdənsə pul almamışam. Zaur İbrahimovun ofisinə heç vaxt MTN əməkdaşları göndərilməyib”.

Akif Çovdarovun sözlərinə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Neman Kərimovu və Sevinc Məmmədovanı tanımır. Qeyd edib ki, Səlim Məmmədov və Elçin Çıraqov tərəfindən Neman Kərimovdan hər hansı məbləğdə pulun alınmasından və ya tələb etməsindən, eləcə də, Neman Kərimovun nazirliyə gətirilməsindən məlumatı olmayıb.

“80 min ABŞ dolları məbləğində pul vəsaitini almağım qarşı böhtandır”

Akif Çovdarov əntiq malların satışının həyata keçirildiyi “Moda” mağazasının sahibi Əbil Vəzirovun külli miqdarda pul vəsaitinin alınması epizodu üzrə bildirib ki, “Beşmərtəbə” dairəsinin yaxınlığında “Moda” adlı suvenir mağazası işlətmiş Əbil Vəzirovun 2009-cu ilin oktyabr ayının 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutularaq nazirliyinin inzibati binasına gətirilib: “Orada Əbilə hədə-qorxu gələrək Mişa adlı şəxsə qanunsuz antikvar əşya satması barədə etiraf etməsini tələb edərək, onu təxminən gün ərzində 10 saatdan artıq orada saxlaması, 200.000 ABŞ dolları gətirməyini, əks halda onu da Mişa kimi həbs eləməklə hədələməsi və bundan sonra aradakı razılığa əsasən Əbil Vəzirovun ümumilikdə 80.000 ABŞ dolları məbləğində pul vəsaitini gətirib şəxsən mənə Milli Təhlükəsizlik Nazirliyində verməsi, Əbilin pulu verdikdən sonra bu barədə kiməsə bir söz deyəcəyi təqdirdə həbs etməklə hədələməsi barədə göstərilənlər tamamilə yalandır. Belə bir hadisəni tam olmasa da, qismən xatırlayıram. Çünki Azərbaycan Respublikasından xaricə antikvar əşya aparan bir nəfər şəxsin aeroportda saxlanılması sonradan isə həmin şəxsin işlədiyim idarə tərəfindən tutularaq istintaqa verilməsi hadisəsi baş verib. Bununla bağlı özüm heç kimdən pul tələb etməmişəm və ya almamışdam, bu tamamilə yalandır. Ola bilsin ki, tutulmuş şəxs və antikvar əşyanın alındığı mağazanın sahibi izahat alınması üçün idarəmə gətirilib. Lakin bunu xatırlamıram. Həmin mağazanın sahibinin adının Əbil Vəzirov olduğunu da bilmirəm. Adı çəkilən şəxsdən 200.000 ABŞ dolları

gətirməyini, əks halda onu da Mişa kimi həbs eləməklə hədələməyim, bundan sonra aramızdakı razılığa əsasən ondan 80.000 ABŞ dolları məbləğində pul vəsaitini almağım mənə qarşı böhtandır”.

“200.000 ABŞ dolları məbləğində pul tələb etməmişəm”

General Bakı şəhəri Sabunçu rayon sakini Zakir Bədəlova qarşı yol verdiyi qanunsuzluqlar barədə göstərib ki, ərizəçini tanıyır: “Zakir Bədəlov barəsində Gürcüstandan şifahi olaraq bildirmişlər ki, Gücüstanda bir şəxsdən yarım kilo heroin tutulub və həmin şəxs heroinin Gürcüstan vətəndaşı, Bakı şəhərindən yaşayan Zakir Bədəlovdan alıb. İdarənin əməkdaşlarına Zakir Bədəlovun ətrafında işləməyi tapşırdım. Araşdırma nəticəsində məlum oldu ki, Zakir Bədəlov saxta şəxsiyyət vəsiqəsindən və xarici pasportdan istifadə edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə sübut toplaya bilmədik. Təxminən 4-5 il bundan qabaq Zakir Bədəlovu yanıma gətiriblər və sonuncu ilə söhbət edərək MTN-lə əməkdaşlıq etməyi və narkotik vasitənin Gürcüstana ötürülmə kanalını və mənbəyini müəyyən etməkdə köməklik göstərməsini təklif etdim. O da narkotik vasitə ilə əlaqəsinin olmadığını dedi. Bundan sonra Zakir Bədəlovun saxta pasportunu Miqrasiya Xidmətinə göndərdim. Miqrasiya Xidmətindən Zakir Bədəlovun Azərbaycan Respublikası vətəndaşı olmaması və pasportunun saxta olması barədə məlumat gəldi. Rəhbəri olduğum idarədə toplanmış materiallar Daxili İşlər Orqanlarına göndərildi və Zakir Bədəlovun deportasiya olunması barədə qərar alındı. Lakin Zakir Bədəlov dərhal Gürcüstan vətəndaşlığından imtina etdiyindən,

Gürcüstan tərəfi sonuncunu qəbul etmədi. Ona görə də məhkəmə qərarı icra edilmədi. Bundan sonra Zakir Bədəlov mütəmadi şikayətlər etməyə başladı. Zakir Mustafayev adında şəxs tanımıram. Zakir Bədəlovdan hər hansı məbləğdə, yəni 200.000 ABŞ dolları məbləğində pul tələb etməmişəm. Zakir Mustafayevi tanımıram. Zakir Bədəlov Səlim Məmmədov vasitəsi ilə məndən qohumu Zakir Mustafayevi Milli Təhlükəsizlik Nazirliyində işə düzəltməsi üçün xahiş etməyib”.

“Mənzili mənə heç kim hədiyyə verməyib”

“Yeni Yasamal” və digər mənzil-tikinti kooperativlərinin həmtəsisçiləri Nəsib Əliyev və Cahangir Alışovdan hədə-qorxu ilə pul və daşınmaz əmlaklar alınmasına dair Akif Çovdarov bildirib ki, Nəsib Əliyevi, Əliheydər Şahmarovu, Elçin Həsənzadəni, Ceyhun Nağıyevi, Rauf Sultanovu tanımır: “Adları qeyd olunmuş şəxsləri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə hər hansı əməkdaş vasitəsilə çağırtdırmayıb. “Yeni Yasamal” MTK-nın Yasamal rayonunda inşa etdiyi hündürmərtəbəli yaşayış binasından 67, 122, 122A, 127, 130, 227 nömrəli mənzilləri və 1 ədəd 250 kv m qeyri-yaşayış sahəsini, eləcə də 2014-cü ildə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllə “Yüksəliş C” MTK-nın inşa etdiyi binada 179 saylı 3 otaqlı mənzili mənə heç kim hədiyyə kimi verməyib”.

“MTN-ə gətirilməsinə göstəriş verməmişəm”

Bundan başqa, Akif Çovdarov Rusiya Federasiyasının vətəndaşı Aydın Musayevin külli miqdarda pul vəsaitlərinin

ələ keçirilməsi epizodu üzrə də ifadə verib. O, Aydın Musayevi tanımadığını bildirib: “Akif Əliyevə Aydın Musayevin tutularaq MTN-ə gətirilməsi ilə bağlı göstəriş verməmişəm. Ola bilsin ki, Musayev Aydın Paşa oğlundan Akif Əliyevin idarəsində şikayət olub. Lakin şikayətin məzmunundan məlumatım yoxdur. Akif Əliyevin Aydın Musayevdən hər hansı məbləğdə pul almasından, sonuncuya hədə-qorxu gəlməsindən məlumatı olmayıb”.

Akif Çovdarov özünə məxsus evdən 3 ədəd dəyənəyin aşkar edilməsi, “Bəhrə-2010”, “Aqua Agro”, “RAF-2006”, “Nəzrin-E”, “Bozalt” məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti, idarəçiliyində iştirakı, rəsmi gəlir mənbələrinə uyğun olmayan çoxsaylı daşınmaz əmlaklara, qızıl-zinət məmulatlarına malik olması, plastik bank kartları ilə xarici ölkələrdə külli miqdarda pul vəsaiti xərcləməsi xüsusatları üzrə ifadə verməkdən və sualları cavablandırmaqlan imtina edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu