Elşad Abdullayevin qayınatası nazirliyi məhkəməyə verib
Azərbaycan Pedaqoji Universitetinin professoru, keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü Hüseyn Əhmədovla Təhsil Nazirliyi arasında məhkəmə çəkişməsi yaşanır
Bu barədə verilən məlumata görə, akademik Hüseyn Əhmədov bir neçə ay əvvəl Təhsil Nazirliyini məhkəməyə verib. Səbəbi isə pul mübahisəsidir:
"Akademik Hüseyn Mustafa oğlu Əhmədov Təhsil Nazirliyi ilə yanaşı, 3-cü şəxs qismində Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərlərini məhkıməyə verərək, keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü kimi rütbə üçün verilən əmək haqqının ödənilməsini tələb edib.
Akademikin iddiasına 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Hakim akademikin iddia tələblərini qəbul etsə də, qarşı tərəf, yəni Təhsil Nazirliyi məhkəmənin bu qərarına etiraz edib. Ona görə də yuxarı məhkəmə instansiyasına şikayət veriblər”.
Məlumata görə, şikayət artıq Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub:
"Nazirliyin şikayəti hakim Kəmalə Abiyevanın icraatına verilib. Hakim işə yanvarın 19-da, saat 11.40-da baxacaq”.
Yeri gəlmişkən, Hüseyn Əhmədov bir müddət əvvəl ləğv edilən Azərbaycan Beynəlxalq Universitetinin Fransaya sığınmış keçmiş rektoru Elşad Abdullayevin qayınatasıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?