Baş nazirin müavini Əli Əhmədovla vitse-spiker Ziyafət Əsgərov haqqında yeni məlumatlar meydana çıxıb
Hakimiyyətin etibarlı kadrlarından olan hər iki məmur vitse-prezidentliyə iddialıdır.
Məlumatda Ə.Əhmədovla Z.Əsgərovun hər ikisinin bu posta şanslarının yüksək olduğu qeyd edilir. Bildirilir ki, illərlə YAP hakimiyyətinə sadiq olmuş və bu yöndə fəaliyyətində hər hansı nöqsan olmayan, narazılıq, qıcıq yaratmayan, iqtidardakı kompromat savaşına qoşulmayan baş nazirin müvini və vitse-spikerin vitse-prezident təyin olunması ehtimalı realdır.
Elə bunun nəticəsidir ki, YAP icra katibi olan Ə.Əhmədov karyera yüksəlişinə layiq görülüb, baş nazirin müavini təyin olunub.
Habelə, vitse-spiker postunda mövqeyi silkələnməyən, adı qalmaqallarda hallanmayan, korrupsiya və biznes fəaliyyəti ittihamları ilə üzləşməyən Z.Əsgərovun da vitse-prezident təyin ediləcəyi ehtimalı var.
Ə.Əhmədovun şansı Z.Əsgərovla müqayisədə dah yüksək qiymətləndirilir.
Vitse-prezidentlərin martın sonuna qədər təyin olunacağı gözlənilir. Deputat Vahid Əhmədov martda 6 posta təyinat olacağını açıqlamışdı.
Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı ilə sənaye və energetika naziri Natiq Əliyev 6 vitse-prezidentdən biri olmaq eşqinə düşüb.
İddia olunur ki, sədrlə nazir iqtisadi islahatlar üzrə prezidentin komandasında təmsil olunmaq niyyətindədirlər. Vitse-prezidentlərin təyinatı vaxtı yaxınlaşdıqca rəqabət qızışır; Hakim dairələrdə bu postlar uğrunda mübarizə alovlanır.
Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, birinci dərəcəli Dövlət müşaviri Novruz Məmmədovun da vitse-prezidentliyə namizəd olduğu iddia edilir.
Eyni zamanda İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundovun da namizəd olduğu xəbər verilir. Hər iki nüfuzlu dövlət məmurunun şansları yüksək qiymətləndirilir.
Sorğu
Yeni dizaynımız necədir?