GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Akif Çovdarov dedi ki, səni məhv elətdirərəm”

“Akif Çovdarov dedi ki, səni məhv elətdirərəm”

Tarix: 9-02-2017, 21:04 Bölmə :Siyasət Baxış: 501
“Akif Çovdarov dedi ki, səni məhv elətdirərəm”

Zərərçəkmiş: “Akif Çovdarov məni tutdurmaqla hədələyib”

Generalın məhkəməsində Tağı Əhmədovun ifadə verəcəyi gözlənilir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.

İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Şehman İmanov istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, bildirib ki, ki, Kürdəmir rayon İstehsal İstehlak Koperativinin balansında olan, Mollakənd kəndində Kür çayının sağ sahilində 1978-ci ildə inşa edilmiş “Xatirə” adlanan yeməkxanasında 2008-ci ilin yanvar ayına kimi bufetçi vəzifəsində işləyib: “Həmin yeməkxanada əvvəllər atam Malik İmanov işləyib. Mən isə atama kömək edirdim”.

“Akif Çovdarovun hədə-qorxuların real olacağından qorxurdum”

Şehman İmanovun sözlərinə görə, 25 avqust 2008-ci il tarixdə həmin yeməkxananı alıb: “Bir müddət sonra, 2009-cu ilin yanvar ayının əvvəllərində Akif Çovdarov və onun yaxın adamı, həmyerlim kimi tanıdığım Fəttah Seyidov mənə məxsus yeməkxananı qanunsuz şəkildə əlimdən almaq məqsədləri olub.

Bu məqsələ məni müxtəlif vasitələrlə sıxışdırmağa başlayıblar. Dəfələrlə Akif Çovdarov öz mühafizəçiləri ilə birlikdə mənimlə görüşüb, hədə-qorxu gələrək bildiririb ki, mən yüksək vəzifəli dövlət məmuruyam, səni bir anın içərisində məhv elətdirərəm, bütün dövlət orqanlarının vəzifəli şəxsləri mənim tapşırığımdan çıxa bilməzlər, buna görə də, torpaq sahəni 20.000 manata mənə satmalısan. Akif Çovdarovun Milli Təhlükəsizlik Nazirliyinin generalı olduğunu bilirdim. Buna görə Akif Çovdarovun mənə qarşı etdiyi hədə-qorxuların real olacağından qorxurdum”.

“Bizim əraziyə girişimizi qadağan etdilər”

Şehman İmanovun sözlərinə görə, hətta Akif Çovdarov onunla görüşən vaxt yanında olan mühafizəçilər üzərlərində olan odlu silahlarını, konkret olaraq tapançanı ona göstərərək qorxudurublar: “Akif Çovdarov mərhum atam Malik İmanova da mənim yanımda hədə-qorxu gələrək, torpaq sahəsini tərk etməyəcəkləri halda bizim üçün yaxşı olmayacağını bildirirdi. Mənimlə atam torpaq sahəni Akif Çovdarova satmadığımız üçün sonuncunun adamları tərəfindən yeməkxanaların ətrafında, yəni Kür çayının sağ sahilində 100 hektara yaxın ərazini qanunsuz yollarla və özbaşınalıq edərək hasara aldılar. Onlar mənə məxsus yeməkxanaya aid olan elektrik dirəklərini dağıdaraq elektrik naqillərini kəsdilər. Həmçinin yeməkxanaya məxsus tikililəri zəbt edərək şəxsi istifadələrinə götürdülər. Bu işləri həmin vaxt orada olan Fəttah Seyidovun tapşırığı ilə tanımadığım şəxslər görüb. Yeməkxananın ətrafında olan torpaq sahələrini qanunsuz yolla hasara alaraq bizim və digər şəxslərin həmin əraziyə girişini qadağan etdilər”.

“Fikirləşdim ki, Akif Çovdarov məndən əl çəkər”

Şehman İmanov qeyd edib ki, Akif Çovdarovla Fəttah Seyidov onu dəfələrlə tutdurmaqla hədələdikləri üçün ondan və ailə üzvlərindən əl çəkmədiklərinə görə həmin yeməkxananı qohumu Sədiyar Tağıyevə formal olaraq satmağa məcbur olub:

“Fkirləşdim ki, bəlkə bundan sonra Akif Çovdarov və onun adamları məndən əl çəkərlər. Bundan sonra Sədiyar Tağıyev də dəfələrlə Akif Çovdarovun və Fəttah Seyidovun təzyiqlərinə və hədə-qorxularına məruz qaldığı üçün ölkə ərazisini tərk edib, hazırda Rusiya Federasiyasında yaşayır. Hətta Akif Çovdarov və onun yaxını Fəttah Seyidov mənimlə görüşərək həmin torpaq sahənin qohumuma satmağıma baxmayaraq mənə məxsus olduğunu bildiririb və Sədiyar Tağıyevin ölkə ərazisinə gələn kimi onu tutduracağı ilə hədələyiblər”.

Zərərçəkmiş bildirib ki, 2008-ci ildən bu günə kimi Akif Çovdarov və onun yaxın adamları faktiki mülkiyyətində olan yeməkxanaya onların getməyinə imkan vermirlər: “Həmin ərazinin bir hissəsi Akif Çovdarov və onun adamlarının özlərinə məxsus “RAF-2006” MMC tərəfindən uzunmüddətli icarəyə götürülərək balıqçılıq təsərrüfatı kimi qeydiyyata alınıb və həmin ərazi silahlı şəxslər tərəfindən qorunaraq balıqçılıq fəaliyyəti ilə məşğul olurdular. Hətta ərazini müşahidə etmək üçün müşahidə məntəqələri tikilib. Akif Çovdarov bizə məxsus yeməkxananı və onun ətrafındakı torpaq sahələrinin bir hissəsini qanunsuz işğal edənə kimi həmin yeməkxanada Cənnətov Elməddin Mamed oğlu, İmanov Xan Malik oğlu, İmanova Vüsalə Famil qızı, İmanov Zakir Zeyni oğlu, İmanova Nərminə Nəriman qızı ilə birlikdə işləmişəm. Onların və ailələri həmin yeməkxanadan əldə olunan gəlirlər hesabına dolanırdılar”.

“Akif Çovdarovla əlaqə saxlaya bilirdim”

Şehman İmanovun sözlərinə görə, Akif Çovdarov tərəfindən mülkiyyətinə gedən yolu bağladıqları üçün ailələrini maddi cəhətdən təmin edə bilməyib, “RAF-2006” MMC-nin məsul şəxsləri olan Akif Çovdarov və Fəttah Seyidov mülkiyyətini ələ keçirmək üçün hətta məhkəməyə müraciət etmək çalışıblar: “Lakin həmin vaxt yeməkxanaya çıxarışı olduğu üçün ələ keçirə bilmədilər. Yeməkxananın ətrafında olan bütün torpaqları və yardımçı tikililəri zəbt edərək, yeməkxanaya gedən yolu

bağladıqları üçün demək olar ki, bununlada yeməkxananı əlimizdən aldılar. Akif Çovdarov və Fəttah Seyidov hətta yolun açılması ilə bağlı Kürdəmir rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qanunsuz olaraq icra edilməsinə imkan vermədi, öz torpaq sahəmə Akif Çovdarovun icazəsi olmadan mühafizəçilər tərəfindən buraxılmamışam. Akif Çovdarovla Fəttah Seyidov əlaqə saxlaya bilirdim. Akif Çovdarov şəxsən icazə verdiyi halda torpaq sahəsinə və sahənin ərazisində yerləşən yeməkxanaya buraxılırdım. Hazırda da həmin yeməkxana fəaliyyət göstərmir”.

“İcra hakimiyyətinə müraciət etsək də, nəticəsi olmadı”

Şehman İmanov daha sonra ifadəsində göstərib ki, Kürdəmir rayonun Mollakənd kəndi ərazisində 100 hektara yaxın torpaq sahəsi Akif Çovdarov və onun yaxın adamı, əslən Gürcüstan Respublikasından olan Fəttah kimi tanınan Fəttah Seyidov tərəfindən zəbt edilib: “Həmin ərazidə buna qədər kənd sakinləri Bəşirov Mirzə Bəşir oğlu, İmanova Gülər Malik qızı, Eyyubova Həqiqət Malik qızı, Hacıyev İlqar İman oğlu, Hacıyeva Sevil Müslüm qızı, İsrafilov Elmdar Aydın oğlu, Baxışov Əlimusa Səftər oğlu, Babaşov Elman Höccət oğlu, Əzizova Aynurə Hüseyn qızı, Əzizova Nərminə Böyükkişi qızı həmin torpaq sahələrində əkinçiliklə məşğul olaraq ailələrini dolandırırdılar. Akif Çovdarov öz vəzifə səlahiyyətlərindən istifadə edərək torpaq sahələrini kənd sakinlərinin əlindən alaraq, həmin ərazini hasara aldı, xüsusi formada mühafizə etdirirdi. Bununla bağlı Kürdəmir rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsək də, heç bir nəticəsi olmadı”.

“Yeməkxananı fahişəxana kimi işlətməmişəm”

Şehman İmanovun sözlərinə görə, Akif Çovdarovla ümumilikdə 4-5 dəfə 2009, 2010-cu illərdə görüşüb: “Akif Çovdarov mənimlə görüşən vaxtlarda yanında hər dəfə Fəttah Seyidov və mühafizəçiləri, mən isə tək olmuşam. Akif Çovdarov hər dəfə

mənimlə görüşərkən “mən yüksək vəzifəli dövlət məmuruyam, səni bir anın içərisində məhv elətdirərəm, bütün dövlət orqanlarının vəzifəli şəxsləri mənim tapşırığımdan çıxa bilməzlər, buna görə də, torpaq sahəni 20.000 (iyirmi min) manata mənə satmalısan” sözləri bildiririb. Mən isə hər dəfə cavabımda həmin obyekti satmaq fikrində olmadığımı bildirirmişəm. Bunu eşidərkən Akif Çovdarovun göstərişi ilə mühafizəçiləri üzərlərində olan silahlarını aşkarənə şəkildə mənə nümayiş etdiririb ki, Akif Çovdarovdan qorxub, onun təklifi ilə razılaşım. Hətta torpaq sahəni ümumiyətlə satmaq fikrində olmadığımı bildirdikdə, Akif Çovdarov Kürdəmir rayon polis şöbəsində sahə rəisi vəzifəsində işləyən qardaşım Kamran İmanovu vəzifədən azad etdirərək tutduracağı ilə hədələyirdi. Akif Çovdarovun bu hədə-qorxularına görə 2010-cu ildən sonra mən və ailə üzvlərim Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən yeməkxanaya və ətraf sahəsinə getmədik. Akif Çovdarov Mollakənd kəndi ərazisində torpaq sahəsini zəbt etməsə də, “Xatirə” yeməkxanasını 2009-cu ilin yanvar ayının əvvəllərindən işlədə bilməmişəm. Yeməkxananı işlətdiyim dövr ərzində aylıq mənfəəti təxminən 500 manata yaxın təşkil edib. “Xatirə” yeməkxanasını məlum səbəblərə görə bu günə kimi işlədə bilməmişəm. Bunun nəticəsində Akif Çovdarovun mənə 44.000 manat məbləğində ziyan vurub. “Xatirə” yeməkxanasının fəaliyyəti 2003-cü ildə dayandırılmayıb və heç vaxt həmin yeməkxananı fahişəxana kimi işlətməmişəm”.

Dövlət ittihamçılarının və təqsirləndirilənlərin vəkillərinin suallarını cavablandıran Şehman İmanov qeyd edib ki, restoranı Sədiyar Tağıyevə heç bir maddi xeyir güdmədən verib. Lakin vəkillər onun nəzərinə çatdırdılar ki, restoranın alqı-satqısı ilə bağlı sənəd cinayət işinin materiallarına daxildir. Maraqlıdır ki, 2008-ci ildə vur-tut 2000 manata özəlləşdirilən və dövlətdən alınan restoranı Ş.İmanov cəmi 2 ildən sonra öz yaxın qohumuna 55 min manata sata bilib.

Vəkillər cinayət işinə daxil edilmiş materiallara əsasən onu da bildirdilər ki, “RAF-2006” (abbreviatura Ramiz, Akif (Çovdarov) və Fəttah (Seyidov) adlı şəriklərin adlarının baş hərflərindən yaranıb) şirkəti torpağı alaraq restorana gedən yolu kəsdikdən sonra Sədiyar Tağıyev məhkəməyə müraciət edərək, yolun açılmasını tələb edib: “Məhkəmə iddiaçının tələbini təmin edib və işi icra şöbəsinə göndərib. Qəribədir ki, sənədlərə görə, icraçılar məhkəmənin qərarını yerinə yetirmək üçün Sədiyar Tağıyevi bir neçə dəfə şöbəyə çağırsalar da, iddiaçı gəlib çıxmayıb və iş bağlanıb”.

Akif Çovdarov: “Halallıq verirdik, istəmədilər”

Zərərçəkmişin ifadəsinə Akif Çovdarov belə arayış verib: “Dostum Fəttah Seyidov orada torpaq götürüb balıqçılıq təsərrüfatı yaratmaq istəyirdi. Bir uçuq-sökük yeməkxana var idi orada. Dedim, halallıq olsun, kişinin yolunu kəsirik, 20 min təklif etdik. Halbuki, bütün daş-kəsəyini də yığsan, orada 2 min manatlıq şey yox idi. Deyir, 100 min manat istəyib. Ay kişi, 100 min manata mən bütün Mollakəndi alardım, hələ pul artıq qalardı. Buna təklif etdik ki, yol kənarından istədiyin yeri barmağınla göstər, sənə yeni restoran tikib verək, ya da bu 20 min manatı götür, halallıq olsun. Deyir Çovdarov mənimlə görüşüb. Sən kimsən axı, general səninlə görüşsün? Orada Fəttah var idi, 1-2 nəfər başqa adamlar var idi, onlar görüşüb söhbət edirdilər. Bu qədər də yalan olmaz axı...”.

Akif Çovdarovun və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fevralın 6-da davam edəcək. Cinayət işi üzrə zərərçəkmişlərin dindirilməsi, Akif Çovdarov və digər şəxslər tərəfindən zərərçəkmişlərin başına açılan oyunların şahidi olan şəxslər dindiriləcək.

Məlumata görə, növbəti prosesdə zərərçəkmiş şəxs qismində tanınan Bakı Metropolitenini sabiq rəisi, YAP-ın Yasamal təşkilatının sədri Tağı Əhmədovun dindiriləcəyi gözlənilir. Akif

Çovdarov Tağı Əhmədovdan hədə-qorxu yolu ilə 3 milyon manat almaqda təqsirli bilinir.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (122)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu