GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Akif Çovdarov 500.000 ABŞ dolları istədiyini dedi”

“Akif Çovdarov 500.000 ABŞ dolları istədiyini dedi”

Tarix: 10-02-2017, 22:00 Bölmə :Siyasət Baxış: 665
“Akif Çovdarov 500.000 ABŞ dolları istədiyini dedi”

“Texnikabank”ın filial müdiri: “Məni MTN-də 8 saat qaranlıq otaqda saxladılar”

“Atam topladığı 350 min dolları Akif Çovdarova xidməti otağında verdi”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.

“Texnikabank” ASC-nin Səbail rayon filialının keçmiş müdiri olmuş Elton Əliyev zərərçəkmiş şəxs qismində ifadə verib. Elton Əliyev bildirib ki, atası Nəsib Əliyev “Badu Kubə” MTK və “Şahbulaq” MTK-nın təsisçisi, eləcə də “Yeni Yasamal” MTK-nın həmtəsisçisi olub: “2007-ci ildə Azərbaycan İqtisad Universitetinin maliyyə-kredit fakultəsini bitirmişəm. Universiteti qurtardıqdan sonra “Texnikabank”ın Səbail filialında müxtəlif vəzifələrdə işləmişəm. 2008-ci ilin sonlarından 2010-cu ilin sonlarınadək “Texnikabank”ın Səbail filialının müdiri vəzifəsində işləmişəm. 2010-cu ildən yaşamaq üçün Moskva şəhərinə getmişəm”.

“Barəmdə istintaq aparılır”

Elton Əliyevin sözlərinə görə, 2013-cü ildə anası ona zəng edərək Suraxanı rayon polis idarəsi tərəfindən axtarıldığını bildirib: “Anam minim “Badu Kubə” MTK-nın inşa etdiyi Yeni Günəşli qəsəbəsinin V massivindəki yaşayış binasında olan mənzillərin təkrar satışında ittiham edildiyimi söylədi. 2015-ci ilin sentyabr ayının 2-də Moskva şəhərində hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq 8 aydan sonra Azərbaycana ekstradisiya edildim. Hazırda barəmdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır”.

“Məni MTN-ə aparanların adlarını xatırlamıram”

Elton Əliyev bildirib ki, 2007-ci ilin sentyabr ayında saat 11 radələrində o, metronun "Gənclik" stansiyasının yaxınlığında yerləşən Atatürk prospektindəki “Texnikabank”ın əsas filialının inzibati binasından iclasdan çıxarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Milli Təhlükəsizlik Nazirliyinə məxsus vəsiqələrini təqdim edib: “Nazirliyə getməli olduğumu dedilər. Həmin şəxslərin heç birinin əlamətlərini xatırlamıram, ancaq birinin kostyum geyindiyi, ucaboy və orta bədən quruluşlu olduğu yadımdadır. Hansı səbəbdən onlarla getməli olduğumu soruşdum. Hər şeyin nazirlikdə araşdırılacağını bildirildilər. Bundan sonra kostyum geyinmiş ucaboy əməkdaşla “Range Rover” markalı avtomobilimə əyləşdim. Digər əməkdaş isə öz avtomobili ilə gələcəyini bildirdi, lakin həyəcanlı olduğumdan həmin əməkdaşın avtomobilinə fikir vermədim. Onların adlarını da xatırlamıram”.

“MTN-də qorxutmaq üçün məni bir otağa saldılar”

Elton Əliyevin sözlərinə görə, MTN-nin Parlament prospektindəki əsas binasının yaxınlığına çatdıqda əməkdaş ona avtomobili nazirliyin nəzarət-buraxılış məntəqəsinin qarşısındakı şam ağaclarının olduğu yerdə saxlamağa göstəriş verib: “Orada çox sayda avtomobillərin olduğunu gördüm. Bundan sonra həmin

şəxslə nəzarət-buraxılış məntəqəsinə yaxınlaşdıq və şəxsiyyət vəsiqəmi, mobil telefonumu təhvil verdim. Nazirliyin əsas inzibati binasına gedərək köhnə liftlə xatırlamadığım mərtəbəyə qalxdım, liftdən çıxdıqdan sonra divanı olan geniş dəhlizə çıxdıq. Orada təxminən 5-10 dəqiqə gözlədik. Sonra məni gətirən kostyumlu əməkdaş harasa getdi, onu başqa əməkdaş əvəz edərək yanımda dayandı. Sonra məni masa və 3-4 ədəd stul olan otağa saldılar. Məni həmin otaqda təxminən 8 saat saxladılar, bu vaxt ərzində mənimlə heç kim ünsiyyətdə olmadı. Hansı səbəbdən nazirliyə gətirildiyimi bilmədən bu qədər vaxt otaqda saxlamaqla məndə qorxu hissi yaratdılar. Həmin gün hava qaraldıqdan sonra otağa orta boylu əlamətlərini xatırlamadığı qolugödək köynək geyinmiş bir əməkdaş daxil oldu. O özü ilə A4 formatlı kağız vərəq və diyircəkli qələm gətirdi. O, iş fəaliyyətimlə bağlı izahat almağa başladı”.

“Akif Çovdarov atamdan 100 min dollar tələb etmişdi”

Elton Əliyev bildirib ki, təxminən saat 22 radələrindən sonra həmin əməkdaş atası ilə bağlı suallar verməyə başlayıb: “Həmin şəxs atamla bağlı mənə suallar verilməyə başlandı. Həmin şəxslərin atam ilə maraqlandıqlarını başa düşmüşdüm. Çünki bundan 3-4 ay öncə, yəni 2007-ci ilin may aylarında atam “Badu Kubə” MTK-nın ofisində olarkən bir müştəri içəri daxil olaraq həmin MTK-nın inşa etdiyi Yeni Günəşli massivindəki hündürmətəbəli yaşayış binasından mənzil almaq istədiyini demişdi və ilkin ödənişi ABŞ dolları ilə verərkən ofisə MTN əməkdaşları daxil olmuşdular. Həmin MTN əməkdaşları MTK-nın sənədlərini apararaq atamı nazirliyə çağırtdırmışdılar. Akif Çovdarov atamdan 100.000 ABŞ dolları tələb etmişdi, atam isə 80.000 verə biləcəyini deyərək, 80.000 ABŞ dollarını Akif Çovdarova onun xidməti otağında vermişdi”.

“Məni MTN-ə atamdan pul almaq üçün gətiriblər”

Elton Əliyevin bildirdiyinə görə, atasından bir dəfə 80.000 ABŞ dolları alıblar: “Tam əmin oldum ki, məni MTN-ə atamdan pul almaq üçün gətiriblər. Söhbətin sonunda həmin əməkdaş mənə mobil telefon verərək atama zəng edərək nazirliyə gəlməsini deməyimi bildirdi. İlk öncə atama zəng etməkdən imtina etdim. Lakin həmin əməkdaş məndən təkidlə bunu tələb etdikdən sonra saat 24 radələrində atama zəng etdim. Atama telefonda MTN-ə gətirildiyimi, onun da həmin nazirliyə gəlməsinin tələb edildiyini bildirdim. Atam da MTN-ə gələcəyini dedi. Həmin vaxt telefonla danışdıqdan sonra həmin əməkdaş da atam ilə danışdı. Bundan sonra yenə də bir saat otaqda tək oturdum. Bir saatdan sonra gecə təxminən 2-yə işləmiş yanıma izahat alan əməkdaş və digər iki əməkdaş gəldilər. Onlar mənimlə artıq dostcasına söhbət etməyə başladı, sual-cavab etmədilər. Onların öz istədiklərinə nail olduqlarını başa düşdüm”.

“Atam daha ətraflı məlumat verə biləcək”

Elton Əliyev qeyd edib ki, təxminən gecə saat 02 radələrində onu həmin əməkdaşlardan biri nəzarət-buraxılış məntəqəsinə ötürüb: “Şəxsiyyət vəsiqəsimi və mobil telefonumu götürərək dərhal evə getdim. Evdə atamın mənim arxamca MTN-ə getdiyi bildirdilər. Çox yorğun olduğumdan yatdım. Səhər atam MTN-dən buraxılmağım üçün Akif Çovdarovun 500.000 ABŞ dolları istədiyini, özünün isə 350.000 ABŞ dolları verə biləcəyini dedi. MTN-dən buraxıldığım gecənin səhərisi atam bacanağı Elçindən 100.000 ABŞ dolları, tanışı Yavərdən 150.000 ABŞ dolları, Mübariz Xudayevdən 100.000 ABŞ dolları borc aldı. Atam günorta saat 16 radələrinə kimi pulu topladı, həmin gün apararaq Akif Çovdarova xidməti otağında verdi. Bunları mənə atam danışıb. Bundan sonra MTN əməkdaşları ilə mənim hər hansı

münasibətim olmayıb. Atam Nəsib Əliyev isə Elçin, Rauf və Ceyhun adlı şəxslərin şikayəti ilə 2010-cu ildə yenidən MTN-ə çağırıldı. Bu barədə atam daha ətraflı məlumat verə biləcək”.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42

  • 
  • "Çovdarov dedi ki, bu brilyantlar Eldar Mahmudova çatacaq" - məhkəmədə gərginlik

    "Çovdarov dedi ki, bu brilyantlar Eldar ...

    23-11-2016, 23:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu