GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Milli Məclisdən Jirinovski və Fransua Ollan müzakirəsi

Milli Məclisdən Jirinovski və Fransua Ollan müzakirəsi

Tarix: 15-02-2017, 21:59 Bölmə :Siyasət Baxış: 647
Milli Məclisdən Jirinovski və Fransua Ollan müzakirəsi

Dünən Milli Məclisin qış sessiyasının növbəti plenar iclası keçirilib. Gündəlik təsdiq edildikdən sonra deputatlar cari məsələlərin müzakirəsi zamanı konkret hallarla bağlı çıxış ediblər.

Azay Quliyev: “Fransaya nota verilməlidir”

Milli Məclisin deputatı Azay Quliyev çıxışını əsasən Fransa prezidenti Ollandın erməni diasporası ilə görüşü zamanı səsləndirdiyi fikirlər üzərində qurdu: “Fransaya nota verilməlidir. Prezident Ollandın erməni diasporası ilə görüşü zamanı işlətdiyi fikirlər beynəlxalq hüquq prinsiplərinə ziddir. Olland erməni diasporası ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair xalqların millimüqədaratının təyin edilməsinin əsaslı olduğunu deyib. Hesab edirəm ki, prezident Ollandın bu bəyanat verməsi onun hakimiyyətinin sonuna iki ay qalmış ermənilərin könlünü almaq kimi qiymətləndirmək doğru olmazdı. Fransanın mövqeyi daima erməniləri dəstəkləməklə bağlı olub. Bu qəbuledilməzdir”.

Quliyev daha sonra qeyd etdi ki, bu gün işğal olunan Azərbaycan ərazilərinə ən çox səfər edən nümayəndələr Fransadan olur. Eləcədə separatçı rejimlə ən çox əlaqələri də onlar qurur: “Bu sözsüz ki, bizi narahat edir. Fransanın BMT-nin məlum qərarına hörmət etməməsi cavabsız qalmamalıdır. Fransa prezidentinin bu bəyanatı da cavabsız qalmamalıdır. Dipliomatik işlər görülməli, nota verilməlidir. Fransa prezidenti belə situasiyada prezidentlərin görüşünü təşkil edilməsinə dair bəyanat verir. Birtərəfli mövqe bildirdikdən sonra prezidentlərin görüşünü təşkil etməsi haqda danışır. Hesab edirəm ki, diplomatik xətlə buna etiraz ifadə edilməlidir”.

Spiker Oqtay Əsədov isə Azay Quliyevin dediklərini anladığını bildirib: “Fransa prezidentinin çıxışı tam mətndə verilməyib. Erməni mətbuatından götürülüb. Erməni mətbuatı da həmin çıxışın özünə maraqlı olan hissəsini verib. Mən Səməd Seyidova tapşırdım ki, bu məsələni araşdırsın. Səməd müəllim Ollandın çıxışının tam mətnini tapdı. Sizin fikirlərinizlə razıyam ki, onun çıxışlarında ərazi bütövlüyü ifadəsi işlədilməyib”.

Səməd Seyidov: “Məqsədləri Azərbaycan-Avropa Birliyi əlaqələrinə mane olmaq idi”

Milli Məclisin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov parlamentdə çıxışı zamanı iki vacib məsələyə toxundu, fevralın 6-da prezident İlham Əliyevin Brüsselə səfər etməsi və Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşlər haqda danışdı: “Fevralın 6-da prezident İlham Əliyev Brüsselə səfər edib. Səfərin əsas məqsədi Avropa İttifaqı rəhbərləri ilə görüşlər keçirib strateji əməkdaşlıq haqda yeni sazişlə bağlı müzakirələr aparmaq idi. Avropa İttifaqının tarixində ilk dəfədə olaraq “Şərq Tərəfdaşlığı Proqramı”dan ayrıca olaraq bir dövlət Avropa İttifaqı ilə saziş imzalamaq iradəsini ortaya qoyub. Və bu təşəbbüs Avropa İttifaqı tərəfindən dəstəklənib. Avropa İttifaqı rəhbərliyi Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qalxmasını dəstəkləyib. Təbii ki, Avropa İttifaqı rəhbərliyi Azərbaycan prezidentinin bu təşəbbüsünü dəstəkləməklə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstəklənməsinini ortaya qoyub. Həmçinin Azərbaycanın enerji layihələri də müzakirə mövzusu olub”.

Səməd Seyidov bildirdi ki, Azərbaycan rəhbərliyinin Avropa İttifaqı ilə danışıqlar aparması bəzi ünsürləri narahat edib: “Fevralın 6-da prezidentin səfəri ərəfəsində Avropa Parlamentinin cəmi 2-3 deputatının təşəbbüsü ilə Azərbaycanla bağlı müzakirələr keçirmək istəyib. Burada məqsəd nə idi? Prezident İlham Əliyevin səfərini əngəlləmək və Azərbaycan-Avropa Birliyi münasibətlərinə mane olmaq. İkincisi, yeni seçilən Avropa Parlamentinin deputatlarınınAzərbaycana qarşı fikirlər söyləməsinə nail olmaq. Qeyd edim ki, onlar nə birinci, nə də ikinci məqsədlərinə nail ola bildilər. Bu təşəbbüs Avropa Parlamentinin tarixində utancverici hal kimi qalacaq”.

Parlamentdən Jirinovskiyə tutarlı cavab

Komitə sədri çıxışı zamanı Vladimr Jirinovskinin bir neçə gün əvvəl SSRİ-nin bərpa edilməsi və Bakı quberniyasının yaradılacağına dair sərsəm fikirlərini də qiymətləndirib: “Bu yaxınlarda Vladimir Jirinovski rus kanallarından birində Azərbaycan və Ermənistanı Rusiyaya birləşdirmək və quberniyaya çevirmək iddiası ilə çıxış edib. Bəlkə də buna diqqət etmək lazım deyil. Ancaq Xocalı soyqrımının 25 illiyi ərəfəsində mən bunu deməyə bilmərəm. Ümummilli lider Heydər Əliyev qeyd edib ki, Azərbvaycanın müstəqilliyi dönməzdir və əbədidir. Bu şüar deyil, qan yaddaşımız, qanlı yanvarımız, Xocalımız, Qarabağımızdır. Quberniya olmaq məsələsinə gəldikdə, əslində İrəvan bu statusa tam uyğun gəlir: “Amma İrəvan Rusiyanın deyil, Azərbaycanın quberniyası statusuna uyğundur. Çünki işğalçı Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb, tarixən indiki Ermənistanın əhalisinin 95 faizi azərbaycanlı olub”.

Siyavuş Novruzov: “Qəzet rəhbəri vaxtilə Milli Şura adlanan bir dərnəyin təbliğatçısı idi”

Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzov isə bir neçə gün əvvəl Ermənistandan siyasi sığınacaq istəyən journalist Şahin Mirzəyev haqqında danışıb: “Azərbaycandakı milli satqınlara qarşı sərt olmalıyıq. Azərbaycana qarşı erməni təxribatı davam edir. Ermənistan daxilində iqtisadi tənəzzül və siyasi qarşıdurma baş verir. Bu ölkənin cinayətkar rejimi cəmiyyətin diqqətini bundan yayındırmaq üçün cəbhə bölgəsində təxribata əl atır, prosesləri bölgəyə daşıyır. Digər istiqamətlərdə də təxribatlara əl atırlar. Erməni diasporası bəzi-bəzi şəxslərlər vasitəsilə özlərinin maraqlarına uyğun çıxışlar edir. Azərbaycanda olan bir sıra şəxslərin guya Ermənistandan vətəndaşlıq istəməsi də bura daxildir. Ermənistandan vətəndaşlıq istəyən qəzet rəhbəri vaxtilə Milli Şura adlanan bir dərnəyin təbliğatçısı idi. İndi görün Azərbaycana kimlər rəhbərlik etmək istəyirdilər. Bütün bunları nəzərə alaraq, milli satqınlıara qarşı sərt olmalıyıq”.

Əli Məsimli: “Manatın mövqeyinin möhkəmlənməsi fonunda qiymət artımı niyə olmalıdır?”

Deputat Əli Məsimli isə bildirib ki, bəzi işbazlar ölkədə manatın mövqeyinin möhkəmlənməsinə baxmayaraq qiyməti artırmaqla hökumətin həyata keçirdiyi siyasətə mane olur: “Son dövlərdə manatın dollara nisbətdə mövqeyinin möhkəmlənməsinə baxmayaraq ölkədə qiymət artımı davam edir. 2016-ci ildə əmək haqqları 7 faiz artsa da, infiyasiya 12 faiz, qiymətlər isə 15 faizdən artıq olub. Buna görə də Azərbaycan hökumətinin 2017-ci ildə inflyasiyanı 7 faiz ətrafında götürməsi düzgündür. Ancaq bəzi işbazlar Azərbaycan hökumətinin müəyyən etdiyi bir qaydanı pozmaqda davam edirlər. Yəni bu işbazlar hökumətin müəyyən etdiyi infiyasiya qaydalarını pozurlar”.

Ə.Məsimli qeyd edib ki, yumurtadan başqa digər bütün istehlak məhsullarının qiymətində artım müşahidə olunur: “Bununla da əhalidə narazılıq yaradırlar. Bu qiymət artımı isə hökumətin hədəfinə çatmasına imkan vermir. Aidiyyatı qurumlar məsələyə diqqət yetirib belə halların qarşısını almalıdır. Axı niyə görə manatın mövqeyinin möhkəmlənməsi fonunda qiymət artımı olmalıdır. Bu işbazlar vətəndaşın pensiyasının və əmək haqqının müəyyən dərəcədə artdığını bilərək, qiymət qaldırmaqla onların əlindən gəlirlərini alır. Buna yol vermək olamaz. Əgər aidiyyatı qurumlar müdrikcəsinə bu prosesə susaraq, hansısa addımlar atmırlarsa, deməli onlarla bu məsuliyyəti bölüşür. Həmin işbazların əməllərinin iştirakçısına çevrilmiş olurlar”.

Ədliyyə nazirininin müavininə etiraz

Milli Məclisin iclasında deputatların müzakirəsinə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olundu. Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov məruzə edərək görülən işlər haqqında məlumat verdi.

Məruzədə qeyd edilib ki, 2016-ci ildə də bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, inzibati nəzarət istiqamətində bələdiyyələrlə xeyli iş aparılıb, lazımı metodiki və hüquqi dəstək göstərilib. 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı işini vətəndaşların müraciəti və bələdiyyə aktlarının ekspertizası üzrə qurub. Ümumilikdə, il ərzində mərkəzə 2320 müraciət daxil olub. Həmin müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Bu müraciətlərin 538-i torpaq sahələrinin ayrılmamasını, 145-i torpaq sahələrinin sənədləşdirilməməsini, 557-si torpaq mübahisələrini əhatə edib. Məlum olub ki, bu müraciətlərin bir hissəsi vətəndaşların öz aralarında yaranan torpaq mübahisələri ilə bağlıdır. Daxil olan müraciətlərin 126-ı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrə xırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə tövsiyyələr verilib. 3 halda kiçik maliyyə pozuntusu aşkarlanıb ki, bu zaman vurulan ziyanın da ödənilməsi təmin edilib. Müraciətlər üzrə 18 fakt üzrə ciddi pozuntu aşkarlanıb və bu barədə materiallara hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Bütövlükdə, il ərzində istintaq orqanlarına 58 material göndərilib. Ötən il bələdiyyə üzvlərinin hüquqi maarifləndirilməsi tədbirlərinin sayı 87 faiz artıb. Bu tədbirlərdə iştirak edən bələdiyyə üzvləri və qulluqçularının sayı isə 71 faizi ötüb. 14 metodiki vəsait hazırlanaraq bələdiyyələrə göndərilib. 3 ayda proqramda 500 mindən çox vergi və ödəniş ödəyiciləri sistemdə qeydiyyatdan keçib. 2015-ci ilin 9 ayında vergi və ödənişlər üzrə gəlirlər 8 milyon 219 min 300 manat idisə, ötən ilin 9 ayında bu göstərici 17,5 faiz çox olub. Lakin bələdiyyələrin yığm səviyyəsində artım olsa da, görüləcək iş hələ çoxdur.

Arif Rəhmzadə: “Təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentin iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi bələdiyyələrlə bağlı İllik Məruzəyə etiraz etdi. A.Rəhimzadə Regional məsələlər komitəsinin iclasında İllik Məruzə ilə təkliflərin verildiyini, bəzi tənqidlərin olduğunu diqqətə çatdırıb: “Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb. Belə olmaz. Bəs, Komitə iclasını niyə keçirirdik? Ümumilikdə, bələdiyyələrlə bağlı böyük işlər görülüb, işlərin səmərəliliyi daha artırılmalıdır”.

Deputat Siyavuş Novruzov isə bələdiyyələrin sayının

azaldılmasını təklif etdi: “Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı və tərkibi azaldılmalıdır. Kiçik kəndləri bir bələdiyyədə birləşdirmək mümkündür. Dünya praktikasında da belə təcrübələr var. Qanunla bələdiyyələrə kifayət qədər status verilib. Lakin indi bələdiyyələrin fəaliyyətlərinin istiqamətləndirilməməsi üçün tövsiyyələr verilməlidir və bunlar yerinə yetirilməlidir. Bələdiyyələr haqda elə fikir formalaşıb ki, guya bələdiyyələr torpaq alveriylə məşğul olmalıdır. Bir sıra kənd təsərrüfatına yararlı torpaqlar var ki, bunlar bələdiyyələr vasitəsilə ayrı-ayrı şəxslər tərəfindən mənimsənilib. Bu təəssüfləndirici haldır. Qanunvericiliyə uyğun bələdiyyələrin fəaliyyət mexanizmləri qurulmalıdır”.

“Hərbi vəziyyət haqqında” qanun layihəsi Milli Məclisdə

Milli Məclisin iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Hazırda qüvvədə olan qanun 1994-cü ildə qəbul edilib və 17 maddədən ibarətdir. Hazırda təqdim olunan qanun layihəsi isə 5 fəsil, 27 maddədən ibarətdir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, layihə Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq hazırlanıb. Belə ki, Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir. Həmçinin layihədə hərbi vəziyyətin elan oluması haqqında Prezidentin fərmanının təsdiq edilməsi, səfərbərlik elan olunması məsələləri öz əksini tapıb. Layihənin 3-cü maddəsində isə hərbi vəziyyətin elan olunmasının səbəbləri açıqlanıb. Layihənin birinci fəslindəki 6-cı maddə də olduqca vacibdir. “Hərbi vəziyyətin elan olunması haqqında” fərman iki halda Milli Məclisdə təsdiq oluna bilər. Fərmanın dərhal Milli Məclisin təsdiqinə göndərilməsi və 24 saat ərzində qərar qəbul edilməsi göstərilib. Hərbi vəziyyətin elan edilməsindən sonra onun 24 saat müddətində Milli Məclisə təqdim edilməsi və sessiyasının olub-olmamasından asılı olmayaraq, 48 saat müddətində buna baxılaraq qərar qəbul edilməsi göstərilib.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ollandın səfərinin sirri

    Ollandın səfərinin sirri ...

    14-05-2014, 15:14

  • 
  • Olland Türkiyəyə səsləndi

    Olland Türkiyəyə səsləndi ...

    13-05-2014, 11:36

  • 
  • Yelisey sarayı: "Əliyev, Olland və Sərkisyan Qafqazın gələcəyini naharda müzakirə edəcək"

    Yelisey sarayı: "Əliyev, Olland və Sərkisyan ...

    24-10-2014, 11:55

  • 
  • “Azərbaycanlı və erməni ziyalıların görüşü keçirilə bilər”

    “Azərbaycanlı və erməni ziyalıların görüşü ...

    19-11-2013, 15:33

  • 
  • Parlament jurnalistləri Azay Quliyevin seçki qərargahında olublar

    Parlament jurnalistləri Azay Quliyevin seçki ...

    26-10-2015, 14:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu