Ülkər Qasımova: “Hacıqulu Sadıxovun qanunsuz və əsassız olaraq daşıdığı vəzifəsindən uzaqlaşdırdığı şəxslərdən biri də Elxan Hüseyinovdur”
24 iyun 2016-cı il tarixdə Sadıxov Hacıqulu Rəvan oğlunun Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinə rəis təyin olunması, ötən müddət ərzində bir çox problemlərin əmələ gəlməsinə də səbəb olub. Bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran və adı çəkilən qurumda son iş yeri olaraq rəhbərlik yanında 7-ci dərəcəli kompyuter operatoru vəzifəsini daşıyan Qasımova Ülkər Eldar qızı, redaksiyamıza ünvanladığı müraciətində bildirir ki, “Hacıqulu Sadıxovun daşıdığı vəzifəsinə qeyri-qanuni sahiblənməsi qalsın bir yana, o, bu gün də bir kimsəni sanki saya salmır. Çünki, bu şəxs vəzifəsinin icraasına başladıqdan az sonra, kifayət qədər iş təcrübəsi olan 15 nəfərə yaxın işçini əsassız olaraq daşıdıqları vəzifələrindən uzaqlaşdırdı. Onun atdığı addımlarla bağlı energetika naziri cənab Natiq Əliyevə və digər vəzifə sahiblərinə silsilə şikayət məktubları ünvanlasaq da, rəsmi müraciətlər olunsa da, təəssüflər olsun ki, bu gün də onunla bağlı hər hansı tədbir görülmür. Məsələn, Hacıqulu Sadıxovun qanunsuz və əsassız olaraq daşıdığı vəzifəsindən uzaqlaşdırdığı şəxslərdən biri də Elxan Hüseyinovdur. Təəssüf doğuran hal odur ki, idarə rəisi vəzifəsini daşıyan bu şəxs öz əməllərinə qiymət vermək əvəzinə, ayrı-ayrı ünvanlarda kimlərisə ittiham etməklə də məşğul olur. Belə bir səbəblər üzündəndir ki, bir neçə gün bundan əvvəl Elxan Hüseyinov bir çox sənədləri saxtalaşdırdığına, qanunsuz addımlarını atdığına, işçilərə qarşı qərəzli yanaşdığına və s. görə Xətai rayon Məhkəməsinə müraciət etmiş və Hacıqulu Sadıxovun ona qarşı atdığı qanunsuz addımlara hüquqi qiymət verilməsini də istəyir”. Bəli, bu gün ümumi şəkildə götürdükdə onu da vurğulaya bilərik ki, rəhbər şəxslərin hansısa maraqları çərçivəsində qanunsuz addımlarını atması, heç cür yolverilməz haldır. Axı, illər uzunu müxtəlif dövət və yaxud da qeyri dövlət qurumlarında çalışan şəxslərin iş təcrübəsi, əldə etdikləri göstəricilər olduqca əhəmiyyətə malikdir. Çünki, həmin şəxslər həm gənc nəslin formalaşmasında və lazımi iş təcrübəsi əldə etmələrində, həm də dövlətimizin iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində başlıca rol oynayır. Mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?