GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İdarə rəisindən xanım işçisinə “seks” təklifi- ŞOK OLAY

İdarə rəisindən xanım işçisinə “seks” təklifi- ŞOK OLAY

Tarix: 15-02-2017, 21:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 392
İdarə rəisindən xanım işçisinə “seks” təklifi- ŞOK OLAY

Faciə odur ki, Energetika Nazirliyindəki idarə rəisi latın dilində yazıb-oxumağı bacarmır, amma olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir
Bir mətbu orqan olaraq daim ictimai həyatımızda baş verən və tam əksəriyyətin diqqət mərkəzində saxladığı bir çox problemləri işıqlandırdıqca, çoxsaylı sakinlərin “Gündəm Xəbər”ə ünvanladıqları müraciətlərin də ardı-arası kəsilmir. Belə ki, ünvanlanan müraciətlərdə daha çox qol qoyulan qanunsuzluqlardan, məmur özbaşınalıqlarından, rəhbər şəxslərin vəzifə səlahiyyətlərini aşmalarından və digər neqativ amillərin varlığından bəhs olunur. Bu cür olayların yaşandığı dövlət strukturlarında, yaxud da qeyri-dövlət qurumlarında atılan hər bir addım, çox keçmir ki, hansısa problemlərin əmələ gəlməsinə də səbəb olur. Hətta elə hallar da olur ki, problemlərin əmələ gəlməsinə səbəb olan rəhbər şəxslərin əməllərindən, aidiyyəti dövlət qurumlarına silsilə şikayətlər də ünvanlanır. Dünən “Gündəm Xəbər”in redaksiyasına üz tutan və üz-üzə qaldığı problemin həlli ilə bağlı, hətta bir müddət bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə və digər vəzifə sahiblərinə müraciətlərini ünvanlayan Qasımava Ülkər Eldar qızının yazdıqlarını oxuduqca, sanki dəhşətə gəldik. O halda bilib başa düşdük ki, bu gün bəzi dövlət qurumlarında vəzifə sahibi olan şəxslər nəinki qanunlarımızın aliliyindən, hətta o böyük Yaradandan belə çəkinmirlər. Şikayətçi xanım ünvanladığı müraciətində qeyd edir ki, “mən 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universiteti, iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsində ali təhsil alaraq, inzibati idarəetmə ixtisasına yiyələnmişəm. 28 iyun 2005-ci il tarixdən «Azəriqaz» QSC-ində işə girib əvvəlcə texniki nəzarətçi, az sonra icra şöbəsində kompyuter-operatoru, 02 fevral 2006-cı il tarixdən isə, adı çəkilən qurumun Aparatında rəhbərlik yanında 7-ci dərəcəli kompyuter operatoru vəzifəsini də daşımışam.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 404 №-li Fərmanının icrası ilə bağlı olaraq, «Azəriqaz» QSC-nin Dövlət Qaz Nəzarəti İdarəsi Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeçiliyinə verilir. 18 dekabr 2006-cı il tarixdə adı çəkilən qurumda mühasib vəzifəsini daşımalı oldum. 27 mart 2007-ci il tarixdən isə, mühasibatlıq sektorunda baş məsləhətçi vəzifəsinə təyin edildim. 01 iyun 2007-ci il tarixdə mənə kiçik Dövlət qulluqçusu, 24 yanvar 2011-ci il tarixdə 3-cü dərəcəli Dövlət qulluqçusu, 02 sentyabr 2013-cü il tarixdə isə, 2-ci dərəcəli Dövlət qulluqçusu ixtisas dərəcəsi verildi. 24 iyun 2016-cı il tarixdə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinə Sadıxov Hacıqulu Rəvan oğlu rəis təyin edildikdən sonra, o, bir çox işçiləri heç bir əsas olmadan daşıdıqları vəzifələrindən uzaqlaşdırmağa başladı. Çox keçmədi ki, işdə qalıb işləməyim üçün o, mənə, rəhbər şəxslərə yaraşmayan, hər bir kollektivə üzqaralığı gətirən əxlaqsızlıq əməllərinə qol qoymağı təklif etsə də, onun təklifini heç bir halda qəbul etmədim.
Belə olan halda o, təklif etdi ki, iş yerimi dəyişib müfəttiş vəzifəsinə keçim, mən isə onun bu cür təklifinə də razı olmadım. Hacıqulu Sadıxov ötən ilin oktyabr ayının əvvəllərində məni yanına çağırdı və öz xoşumla ərizə yazıb işdən çıxmağımı tələb etdi. Həmin vaxt ona bildirdim ki, uzun müddətdir ki, mən bu sahədə işləyirəm və iş rejimini, daxili qaydaları heç bir zaman pozmamışam desəm də, o, işdən çıxmağımı təkidlə tələb etdi və “əgər öz xoşunla işdən çıxmasan, daşıdığın vəzifəni ixtisara salıb səni işindən azad edəcəyik” dedi.
Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsini daşıyan bu şəxs, mənim Ağdam rayonundan məcburi köçkün olmağımı nəzərə almadı və daşıdığım vəzifənin ixtisara salınması barədə, çox keçmədi ki, tabe olduğu Energetika Nazirliyə müvafiq məktub da göndərdi. Onun belə bir addımından o qənaətə gəldim ki, bu gün Hacıqulu Sadıxov öz şərtlərini yerinə yetirməkdən ötrü hər cür iyrənc yollara əl atır və idarə rəisi vəzifəsini daşıyan bu şəxsin qol qoyduğu iyrənc əməllərin qarşısını bir kimsə almır, yaxud da almaq istəmir.
Hacıqulu Sadıxov idarə rəisi təyin olunduqdan sonra bu günə kimi, uzun müddət ərzində müxtəlif vəzifələrdə çalışan, kifayət qədər iş təcrübəsi toplayan təqribən 15 nəfərə yaxın dövlət qulluqçularını və müddətli əmək müqaviləsi ilə işləyənləri, ötən 7-8 ay ərzində məcbur edərək daşıdıqları vəzifələrindən azad etmişdir.
Mən də düz onbir il idi ki, adı çəkilən idarədə işləyirdim. Hacıqulu Sadıqov xəstə olan zaman daşıdığım vəzifənin ixtsara salınması üçün Energetika Nazirliyinə məktubla müraciət edir və mənə qarşı qərəzli mövqe tutduğundan, ştatımı ixtisara da saldıra bilir. Elə ki, səhhətimdə əmələ gələn problemlə bağlı müalicə olunub işimə qayıtdım, o halda ştatımın ixtisara salındığını bildirdilər.
Mən dövlət qulluqçusu olduğumdan Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsini daşıyan Hacıqulu Sadıqovun rəhbər şəxsə yaraşmayan qanuna zidd əməllərini, eyni zamanda mənə qarşı etdiyi əxlaqsızlıq təklifi haqda energetika naziri cənab Natiq Əliyevə iki dəfə rəsmi qaydada müraciət etmişəm. Müraciətimdə bu şəxsin qanunsuzluq əməllərinə son qoyulması üçün tədbirlər görülməsini, dövlət qulluqçusu və məcburi köçkün olmağımı nəzərə almasını, həmçinin ixtisasıma uyğun işlə təmin olunmağımı da xahiş etmişəm.
Çox təəssüf hissi ilə qeyd edim ki, etdiyim müraciətlər əsasında Hacıqulu Sadıqovla bağlı heç bir tədbir görülmədi və hətta ünvanladığım şikayət ərizələrimə hansısa formada cavab da verilmədi. Çünki, əldə etdiyim müfəssəl məlumatlara görə o, belə bir strateji vəzifəyə qanunsuz olaraq təyin olunub. Hər kəsi şoka salacaq məlumat da əldə etmişəm ki, 57 yaşlı Hacıqulu Sadıqov, Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyin olunana kimi, heç vaxt dövlət orqanlarında hansısa vəzifəni daşımayıb. Belə bir vəzifəni daşıyan bu şəxs hələ də, latın əlifbası ilə yazıb-oxumağı bacarmır. Hacıqulu Sadıqovun daşıdığı vəzifə isə, dövlət qulluğuna aid olan vəzifədir. Onun belə bir vəzifəyə təyinatı zamanı, Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanunun tələblərinə əməl olunmamışdır. Dövlət Qulluğu haqqında Qanunun 28-ci maddəsi, dövlət qulluğunu tənzimləyir. Maddə 28.1-də qeyd olunur ki, dövlət qulluğuna qəbul, məhz müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanlarından və müsahibələrdən ibarətdir. Amma, bu şəxs həmin vəzifəyə heç bir müsabiqə və müsahibələrdən keçirilmədən, yəni qeyri-qanuni əsaslarla sahiblənmişdir. Belə bir səbəblər üzündəndir ki, onu daşıdığı vəzifəyə “otuzduran”lar da, hələ ki, Hacıqulu Sadıqovun qanuna zidd əməllərini ört-basdır etməkdədirlər.
Hal-hazırda mənimlə bərabər 15 nəfərə yaxın dövlət qulluqçusu olan şəxslərin əmək hüquqlarının pozulması, məhz bu gün işsizliyin artmasına da şərait yaratmaqdadır. Artıq biz problemin nazirlik səviyyəsində deyil, daha yuxarı instansiyalarda həllinə cəhd edəcəyik və bununla bağlı ölkə rəhbəri cənab İlham Əliyevin də məlumatlandırılmasına çalışacağıq. O halda yəqin ki, haqq-ədalət öz yerini tapacaq və adicə latın dilində yazıb oxumağı bacarmayan, daşıdığı vəzifəsinin icrasına başladığı vaxta qədər heç bir dövlət qurumlarında vəzifə daşımayan Hacıqulu Sadıqova, sahib olduğu yerin ünvanı da göstəriləcək”.
Bəli, belə bir məzmunda müraciətləri oxuduqca bütövlükdə tariximizi deyil, yalnız bugünkü günlərimizi qınayırıq. Axı, bu və ya digər yollarla vəzifəyə sahib olanlar, “daydayı”larına arxalananlar, iyrənc əməllərə qol qoyanlar və s. görəsən “atdığım addımlara görə ictimai qınaqla üz-üzə qalaram” deyə, heç öz-özlüklərində sual edirlərmi?. Yoxsa,...
Baş verənlərə diqqət yetirdikdə yəqin ki, hər kəsi o məqamda düşündürür ki, axı biz azərbaycanlıyıq, xalqımıza məxsus adət-ənənələrimiz var. Bu gün qız-gəlinlərimiz müxtəlif dövlət qurumlarında, ayrı-ayrı istehsal sahələrində çalışırlar, halal zəhmətləri ilə ailə dolandırırlar, övlad tərbiyə edirlər. Bu belə olduğu halda, olduqca strateji bir sahəyə rəhbərlik edən Hacıqulu Sadıqovun atdığı addımlara, görəsən ictimai münasibət necə ola bilər? Odur ki, gəlin bu haqda həm düşünək, bir qədər də götür-qoy edək. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Araşdırmamız davam edəcək.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kürdəmir səhiyyəsində həyacan təbili çalınır

    Kürdəmir səhiyyəsində həyacan təbili çalınır ...

    14-09-2016, 20:50

  • 
  • Nəqliyyatımızın bərbadlığı

    Nəqliyyatımızın bərbadlığı ...

    4-02-2015, 23:25

  • 
  • KİV nümayəndələrindən “müdrik” addım

    KİV nümayəndələrindən “müdrik” addım ...

    3-05-2015, 13:48

  • 
  • Beyləqanın problemləri tükənmir.

    Beyləqanın problemləri tükənmir. ...

    19-10-2015, 19:27

  • 
  • Tovuz rayon Təhsil Şöbəsində idarəçilik bir əldə cəmləşib

    Tovuz rayon Təhsil Şöbəsində idarəçilik bir əldə ...

    22-04-2016, 20:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu