GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Ölən əsgərlərin arasında məmur, nazir övladı yoxdur"

"Ölən əsgərlərin arasında məmur, nazir övladı yoxdur"

Tarix: 2-03-2017, 23:13 Bölmə :Siyasət Baxış: 502
"Ölən əsgərlərin arasında məmur, nazir övladı yoxdur"

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətinin əsgərləri yerləşdirilməsi prosesi qaranlıqdır”

Cəbhə bölgəsində həlak olan əsgərlərin əsasən kasıb ailələrdən olması barədə fikirlər mediada yenidən gündəmə gəlib. Azərbaycan Silahlı Qüvvələrinin həlak olan əsgəri, Tovuz rayonu Yanıqlı kənd sakini Əhmədov Elvinin dəfn mərasimində əsgər atasının çəkilmiş fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əlində bayraq tutmuş, boynubükük, nimdaş geyimli atanın fotolarına sosial şəbəkə üzvləri müxtəlif reaksiyalar verirlər. Əksəriyyət həmin fotodan çıxış edərək “niyə ölənlər ancaq kasıb ailələrinin övladları olur?” kimi suallar verirlər.
Ötən ilin aprelində cəbhə xəttində baş verən toqquşmalardan sonra ölənlərin böyüdüyü, yaşadığı evlər sosial şəbəkələrdə geniş müzakirəyə çevrilmişdi.
Martın 1-də Müdafiə Nazirliyi sosial mediada gedən müzakirələrlə bağlı açıqlama yaymalı olub. Nazirliyin yaydığı açıqlamada deyilir ki, bunlar hamısı “qərəzlidir“, “erməni təbliğatına xidmət edir”, orduda heç bir ayrı-seçkilik yoxdur.
Yeri gəlmişkən, Ermənistan tərəfdə də eyni problem var. Orda da sıravi vətəndaş şikayətlənir ki, niyə cəbhə xəttində kasıbların uşaqları qırılır?
Bəs ekspertlər nə deyir?
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli deyir ki, 13 ildir hərbi sahədə apardığı statistika göstərir ki, cəbhə xəttində ölən əsgərlərin içərisində məmur, nazir övladı yoxdur.
Ekspert bildirir ki, çağırışçıların bölgüsünü aparan Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətinin əsgərləri yerləşdirilməsi prosesi qaranlıqdır və bu püşkatma prosesinə müdaxilə olunub-olmaması sual olaraq qalır. Cəsur Sümərinli bildirir ki, bu prosesdə şəffaflıq üçün ictimai nəzarət tətbiq olunmalıdır. Ekspert bu bölüşdürmə prosesinə müdaxilələrin olmasından şübhə edir.
Hərbi ekspert Telman Əbilov bildirir ki, həqiqət odur ki, cəbhə xəttində, təmas xəttində xidmət edən hərbi qulluqçuların əksəriyyəti kasıb övladlarıdır. Ekspert deyir ki, bu həmişə belə olub, indi də belədir.
Onun sözlərinə görə Müdafiə Nazirliyi belə məsələlərə etiraz etməkdənsə, bu istiqamətdə işlər aparmasa daha yaxşı olar. Ekspert deyir ki, nazirlik bu məsələləri yoluna qoymaqda aciz olduğu üçün heç bir ayrıseçkiliyin olmaması ilə bağlı bəyanatlar verir.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyir ki, əvvəllər Azərbaycan ordusunun gücünün az olması, digər çatışmazlıqlar qabardılırdısa, indi həmin problemlər aradan qaldırıldıqdan sonra bu kimi məsələlər qabardılır.
Ekspert bildirir ki, müharibə təkcə cəbhədə deyil, həm də informasiya məkanında gedir. Onun sözlərinə görə düşmən ordusu çalışır ki, Azərbaycan ordusunda ayrıseçkilik salsın, bölücülük salsın. Emin Həsənli deyir ki, sosial şəbəkələrdə yayılan bu kimi məlumatlar bəzən reallığı tam olaraq əks etdirmir. Onun fikrincə məsələyə bu cür yanaşmaq ədalətsizlikdir, ümumi işə kölgə salmaqdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəbhə bölgəsində əsgər intihar edib

    Cəbhə bölgəsində əsgər intihar edib ...

    4-01-2014, 14:53

  • 
  • İki hərbçi həlak olub

    İki hərbçi həlak olub ...

    28-03-2016, 14:33

  • 
  • Şəhidimiz dəfn edilir

    Şəhidimiz dəfn edilir ...

    10-10-2014, 13:32

  • 
  • Ordumuzun 2 əsgəri damarlarını doğradı- Rəsmi

    Ordumuzun 2 əsgəri damarlarını doğradı- Rəsmi ...

    15-01-2014, 16:17

  • 
  • Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ

    Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə ...

    15-11-2014, 09:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu